böyük Britaniya

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti.

böyük Britaniya
Böyük Britaniya portalına

xoş gəlmisiniz!
böyük Britaniyaböyük Britaniyaböyük Britaniyaböyük Britaniyaböyük Britaniya

Seçilmiş məqalə

böyük Britaniya

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir.Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, UelsŞimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəxsiyyətlər

Kraliça II Elizabet və ya Yelizaveta Aleksandra Mariya Vindzor (ing. Queen Elizabeth II, Elizabeth Alexandra Mary Windsor; 21 aprel 1926, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəhərlər

böyük Britaniya

London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. London sözü qədim Roma mənşəli olub latın dilindəki Londinium sözündən götürülmüşdür. Lakin, London sözünün mənşəyi haqqında müxtəlif fikirlər də mövcuddur ki, bunlardan dördü daha diqqətə layiqdir:

  1. Latın mənşəli oub, "Lond" sözündən götürülmüşdür ki, bu da "Xam ( əl dəyməmiş ) yer" mənasını verir.
  2. Kelt mənşəli olub, iki sözdən: "Llyn" (göl) və "Dun" (bənd, dayaq): keltlərin zamanında şəhər "Llyndid" adlandırılmışdır.
  3. Qədim Avropa mənşəli Plowonida sözündən əmələ gəlmiş və "daşıb-tökülən çay" mənasını daşıyır.
  4. Latın mənşəli olub şəxs adından götürülmüşdür və "qüdrətli" deməkdir.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

böyük Britaniya

Viktoriya və Albert muzeyi - Londonda yerləşən tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılır. Muzey 1852-ci ildə yaranıb. Burada 4 milyondan çox müxtəlif eksponat 145 zalda ziyarətçilərə təqdim olunur. Bütün dünya ölkələrinin tarixi mədəniyyətini əks etdirən keramik əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənlərin sayını daha da artırır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

  • Biq Ben yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.
  • Vestminster sarayı 1834–cü ildə mövcud olan və müxtəlif xarakterli tikililəri özündə birləşdirən qədim saray yandıqdan sonra onun yerində 1840 – 1860 – cı illər ərzində ucaldılmışdır.
  • Vestminster abbatlığı XI əsrdən ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi, dünya mədəni irsinə aid dini-tarixi və mədəniyyət abidəsidir.

Tarixə nəzər

böyük Britaniya

1812-ci il müharibəsi (ing. War of 1812) — Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya arasında 1812-1814-cü illəri əhatə etmiş müharibə. İkinci İstiqlal müharibəsidə adlanırılan müharibə Böyük Britaniyanın 1810-cu ildən artan siyasi təziqlərinin nəticəsində başlamışdır. Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında olan tərəfdarları vasitəsi ilə müharibəyə başlamışdır. Əsas məqsəd, Şimali Amerikada əvvəlki tək ingilis ağalığı qurmaq idi. İki davam edən müharibənin sonunda Böyük Britaniya məğlub olmuş və ABŞ-la imzaladığı müqavilədə bir daha onun ərazilərinə iddia etməyəcəyinə dair öhdəlik götürmüşdür. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

böyük Britaniya
London şəhəri
 

Regionları

Musiqisi

Kateqoriyalar

Əlaqəli portallar


böyük Britaniya
böyük Britaniya
böyük Britaniya
Coğrafiya Avropa London


Böyük Britaniya Vikixəbərdə  Böyük Britaniya Vikisitatda  Böyük Britaniya Vikikitabda  Böyük Britaniya Vikimənbədə  Böyük Britaniya Vikilüğətdə  Böyük Britaniya Vikiversitetdə  Böyük Britaniya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
böyük Britaniya
böyük Britaniya
böyük Britaniya
böyük Britaniya
böyük Britaniya
böyük Britaniya
böyük Britaniya

Tags:

AvropaBritaniya İmperiyasıBöyük BritaniyaII ElizabetKonstitusiyalı monarxiyaLa Manş kanalıUelsİngiltərəŞimali İrlandiyaŞotlandiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Hava YollarıHikmət HacıyevQuba rayonuAzərsun HoldinqNiderlandRiyaziyyatGərginlik (elektrik)SiluetTürk xalqlarıAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıZəngəzurAğciyərLütfi ZadəI AbbasBaşkənd (Gədəbəy)Bir qalanın sirriRomb10 manatlıq əsginasİspaniyaQarabağ xanlığıAtropatenaArıƏlifbaSəs gücləndiricisiAzərbaycanın Qırmızı KitabıAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıO. HenriFuad Ələsgərov (siyasətçi)İnkişaf etməkdə olan ölkəAnar ƏləkbərovQazax rayonuXocalı soyqırımıAğciyər xərçəngiSuŞəkiAzərbaycanın təbii sərvətləriMüsavat PartiyasıBeyinRum rəqəmləriAyTərtər işiDurğu işarələriOsmanlı sultanlarının siyahısıAvropa İttifaqı5 manatlıq əsginasBabəkRasim BalayevNaftalanAzərbaycan xalq musiqisiQarabağƏbülfəz ElçibəySemiramidanın asma bağlarıElektrik müqavimətiMəhəmməd Əmin RəsulzadəHamiləlikQüvvə (fiziki kəmiyyət)Vilayət EyvazovAzərbaycan arxeologiyasıQubad İbadoğluİlham ƏliyevMartİlk tibbi yardımAzərbaycanlı-erməni qırğınları (1905-1906)VitaminlərTolerantlıq29 aprelXürrəmilər hərəkatıRodos nəhəngiSasanilər imperiyasıBirinci Dünya müharibəsiEtnoqrafiyaƏməliyyat sistemiMasturbasiyaMürəkkəb cümləŞeirSayInstagram🡆 More