Müşfiq Ağıları

Müşfiq ağıları — bəstəkar Cavanşir Quliyev tərəfindən yazılmış və Mikayıl Müşfiqin faciəli həyatına həsr olunmuş oratoriya.

Əsərin librettosunun müəllifi Sabir Rüstəmxanlıdır. 2022-ci il oktyabrın 14-də əsər ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mustafa Mehmandarovun dirijorluğu ilə təqdim olunub.Müşfiq Ağıları

Müşfiq ağıları
Bəstəkar Cavanşir Quliyev
Forma oratoriya
Yazılma tarixi 2020
Premyera
Müddət 62 dəqiqə
İthaf olunub Mikayıl Müşfiqin həyatına

Haqqında

Müşfiq ağıları oratoriyası bəstəkar Cavanşir Quliyev tərəfindən 2020-ci ildə yazılıb və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr edilib. Əsərin librettosunu Sabir Rüstəmxanlı yazıb.

Cavanşir Quliyev özü oratoriya haqqında bunları deyib:

Müşfiq Ağıları  Onun faciəsi cəmiyyətə dərs olmadı – indi də insanlar ədalətsizliyə susurlar. Əsər bütün haqları pozulanlara həsr olunub, o cümlədən özümə. Müşfiq Ağıları 

Bir saatdan ibarət olan əsər 13 hissədən, proloq, 6 ağı, 5 qaragüruh və epiloqdan ibarətdir. Əsərin librettosu Müşfiqin həyatını, ona qarşı olan ədalətsizlikləri, onun sevgisini, nifrətini, haqsızlığa dözümsüzlüyünü əhatə edir. Əsərdəki ağılar Ana Ağısı, Vətən Ağısı, Azadlıq Ağısı, Söz Ağısı, Eşq Ağısı, Həyat Ağısı adlanır. Bəstəkarın qaragüruh adlandırdığı 5 hissə isə Müşfiqə olan hücumları, ədalətsizlikləri və onun ölümə göndərilməsini əks etdirir.

Oratoriya ilk dəfə 2022-ci il oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsində təqdim edilib. Əsər burada Mustafa Mehmandarovun dirijorluğu və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının və solistlərin – Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Səbinə Əsədova, İlham Nəzərov, Nigar Tağıyeva, İlahə Fəda və təqdimatçı Kamran Yunisin ifasında səslənib.

Əsərə qarşı ittiham

2023-cü il 7 fevral tarixində əvvəlcə iranlı jurnalist Ehsan Movahedian tvitterdəki yazısında oratoriyanın 28 saniyəlik bir hissəsini bölüşüb və Azərbaycan dövlətini islama qarşı olmaqda ittiham edərək İran düşmənlərinin yuvası adlandırıb. Həmin hissədə Azərbaycan Dövlət Xor Kapellası tərəfindən bu sözlər oxunub:

Müşfiq Ağıları  Yıxılsın minarələr, kəsilsin azan səsi.

Nə məscid gərək bizə, nə molla moizəsi.

Müşfiq Ağıları 

Bu tvitdən 4 saat sonra İranda fəaliyyət göstərən "Səhər" kanalı da bu mövzuya toxunaraq "Yaşasın ateizm!" adlı məqalə dərc edib. Məqalədə qeyd olunub ki Azərbaycanda konsert zalında "yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi" mahnısı oxunub. Və bu hissənin oxunmasını ölkədə ateizmin təbliği kimi qələmə veriblər.

Bu məqalədən sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-i açıqlama verib. Açıqlamada iranlı jurnalistlərin oratoriyanın bir qismini kəsib paylaşmaqlarının jurnalist adına və etikasına yaraşmayan metod olduğu qeyd olunub. Və əlavə edilib ki oratoriyanın bu hissəsi sovet işğalı dövründə kommunistlərin Azərbaycanda din əleyhinə təbliğatlarını, İslam dini ilə mübarizələrini təsvir edir.

Daha sonra Mədəniyyət televiziyasına müsahibə verən oratoriyanın bəstəkarı Cavanşir Quliyev bildirib ki, əsərdə dinə qarşı olan hissəni səsləndirən qismi o öz oratoriyasında qaragüruh adlandırıb. O deyib:

Müşfiq Ağıları  Bu qaragüruh kommunist ideologiyasını təsvir edir. Bu ideologiya milli dəyərləri, dini dəyərləri sevməzdi, yıxardı. Biz də o zamanın bir parçasını göstərmişik əsərdə. Əsəri tam izləsələr görərlər ki biz onların dediklərinin əksinə əsərdə minarələrin yıxılmasına qarşı olduğumuzu bildirmişik. Müşfiq Ağıları 

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Müşfiq Ağıları HaqqındaMüşfiq Ağıları Həmçinin baxMüşfiq Ağıları İstinadlarMüşfiq Ağıları Xarici keçidlərMüşfiq AğılarıAzərbaycan Dövlət FilarmoniyasıCavanşir QuliyevMikayıl MüşfiqMustafa MehmandarovSabir Rüstəmxanlı

🔥 Trending searches on Wiki Azərbaycanca:

MəhəmmədRum rəqəmləriAzərbaycan Silahlı QüvvələriHeydərbabaya salamSuçiçəyiQəbələ rayonuFikrət ƏmirovMürəkkəb cümləOxatan (astrologiya)HemoqlobinQafqazƏməliyyat sistemiVideosexMəhəmməd FüzuliBöyük Səlcuq imperiyasıQaraqoyunlularRənglər siyahısıNATOAprelTelli BorçalıRodos nəhəngiAzərbaycan memarlığıRəsul RzaAzərbaycan Xalqının Milli Qurtuluş GünüProtokolAzərbaycan mətbuatıƏshabi-Kəhf (mağara)CavanşirTərtər işiTabeli mürəkkəb cümləOlimpdə Zevsin heykəliQazaxıstanVeysəl MusibovDəstəmazKəmaləddin HeydərovKonsumentlərXarıbülbül (simvol)ÖzbəkistanDüzbucaqlı üçbucaqAzərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısıAzərbaycan Texniki UniversitetiElçin Bağırov (kiçik çavuş)D vitaminiSamir ŞərifovƏhalisinə görə ölkələrin siyahısıEldənizlərSinonimSaitLəzgilərNəriman AxundzadəMiladi tarixCəlilabad rayonuI TəhmasibYazŞimali AmerikaKompüterLayihəBöyük Çin səddiDurğu işarələriTürkmənistanKarles PuçdemonAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıAğqoyunlularƏkinçi (qəzet)BabasilƏtraf mühitHəzm sistemiDövlət idarəetmə formalarıMənsubiyyət (qrammatika)Yelo BankNoyabrÜslubiyyat (Azərbaycan dili)BabəkMakedoniyalı İsgəndərArif PaşayevQuranİqtisadiyyatElxan ElatlıAzərbaycandakı çayların siyahısı🡆 More