Mozambik bayrağı — Mozambikin dövlət bayrağı.
Mozambik bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 3:2 |
Vikianbarda əlaqəli mediafayllar |
BMT üzvü ölkələr arasında odlu silahın həkk oldunduğu üç bayraqdan biri də Mozambik bayrağıdır. Bu bayraq dünyada yeganə bayraqdır ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var. Bununla yanaşı bayraqda toxa təsvirinə də rast gəlmək olar ki, avtomatla birgə onlar X-ya bənzər forma yaradırlar.
1975-ci ildə Portuqaliyadan müstəqilliyini aldıqdan sonra Mozambik Azadlıq Hərəkatının bayrağı sayılan, 3:2 nisbətində üfüqi vəziyyətdə yaşıl, qara, sarı zolaqlar və qırmızı düzbucaqlı üzbucaq olan bayrağa FRELIMO-nun (Frente de Libertação de Moçambique - Mozambik Azadlıq Cəbhəsi) simvolları əlaqə edilərək 1983-cü ildə rəsmi bayraq kimi qəbul edilmişdir. Bu vaxta qədər isə bayrağın dizaynı bir qədər fərqli olmuşdur.
Bayraqdakı yaşıl rəng - ölkənin yerüstü sərvətlərini, qara rəng - Afrika qitəsini, qızılı sarı rəng - ölkənin yeraltı sərvətlərini, qırmızı rəng - müstəmləkəçiliyə qarşı müqaviməti, suverenliyin müdafiəsi və milli azadlıq uğrunda silahı mübarizəni, ağ rəng - Mozambik xalqının mübrizənin haqlılığını və sülhü, sarı beşguşəli ulduz - mozambik xalqının beynəlmiləl həmrəylik ruhunu, kitab - təhsili, toxa - kənd təsərrüfatını, istehsalatı və AK-47 - silahlı mübarizəni və ölkənin müdafiəsini simvolizə edir.
This article uses material from the Wikipedia Azərbaycanca article Mozambik bayrağı, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.