Miçiyo Tsucimura

Miçiyo Tsucimura (辻村みちよ, Tsucimura Miçiyo?, 17 sentyabr 1888, Okeqava, Saytama prefekturası – 1 iyun 1969, Toyohaşi, Ayçi prefekturası) – Yaponiya aqronomu və biokimyaçısı.

Yaşıl çayın komponentlərini araşdırmışdır. O, Yaponiyada kənd təsərrüfatı üzrə doktorat dərəcəsi əldə etmiş və laboratoriya köməkçisi olmuş ilk qadındır.

Miçiyo Tsucimura
yap. 辻村みちよ
Miçiyo Tsucimura
Doğum tarixi 17 sentyabr 1888(1888-09-17)
Doğum yeri
Vəfat tarixi 1 iyun 1969(1969-06-01) (80 yaşında)
Vəfat yeri
İş yerləri
  • Oçanomizu Universiteti[d]
Təhsili
Mükafatları Miçiyo Tsucimura

Həyatı

Miçiyo Tsucimura 17 sentyabr 1888-ci ildə Saytama prefekturasının Okeqava şəhərində doğulmuşdur. Cinco Ali İbtidai Məktəbində köməkçi müəllim kimi işlədikdən sonra 1909-cu ildə Tokio Prefektura Qadınlar Normal Məktəbindən, 1913-cü ildə isə Tokio Qadınlar Ali Normal Məktəbindən məzun olmuşdur. Tokio Qadınlar Ali Normal Məktəbində Kono Yasuinin tələbəsi olmuş və elmi tədqiqatlara böyük maraq göstərmişdir. Məzun olduqdan sonra yeddi il boyunca Kanaqava və Saytama prefekturalarında müəllimlik etmişdir. Daha sonra tədqiqatçı karyerasına başlamışdır.

Tsucimura Hokkaydo Universitetinə daxil olmaq istədə də, universitet qadın tələbə qəbul etmədiyi üçün 1920-ci ildə kənd təsərrüfatı kimyası fakültəsinin qida laboratoriyasında ödənişsiz köməkçi kimi işləməyə başlamışdır. Burada ipəkqurduların qidalanmasını araşdırmağa başlamışdır. 1922-ci ildə Tokio Universitetinin tibbi kimya laboratoriyasına keçmiş və biokimya araşdırmalarına başlamışdır. 1923-cü ildə Böyük Kanto zəlzələsi nəticəsində laboratoriya məhv olmuş və o, RIKEN tələbəsi olmuşdur. Umetaro Suzukinin laboratoriyasında qida kimyası və biokimya sahələrində araşdırmalara davam etmişdir. 1950-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur. 1 iyun 1969-cu ildə ölmüşdür.

Yaşıl çay araşdırmaları

Tsucimura 1924-cü ildə Seytaro Miura ilə birlikdə yaşıl çayda C vitamininin olduğunu kəşf etmişdir. Onlar tərəfindən yazılmış "Yaşıl çayda C vitamini" məqaləsi Şimali Amerikaya yaşıl çay ixracatını artırmışdır.

Tsucimura yaşıl çay araşdırmalarına davam etmiş və 1929-cu ildə çaya acılıq verən katexini ayıra bilmişdir. 1930-cu ildə çayın daha acı birləşməsi olan tannini ayırmışdır. Bu iki kəşf onun "Yaşıl çayın kimyəvi birləşmələri haqqında" adlı diplom işi üçün mövzu təşkil etmişdir. 1934-cü ildə yaşıl çaydan qallokatexini ayırmış və 1935-ci ildə bitkilərdən C vitamini kristallarını ayırmaq metodunu patentləşdirmişdir.

Mükafatları və irsi

Tsucimura 1956-cı ildə Yaponiya Aqronomiya Mükafatına layiq görülmüş, 1968-ci ildə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.

Google 16 sentyabr 2021-ci ildə Tsucimuranın 133 illiyi münasibətilə dudl yayımlamışdır. Onun Okeqava şəhərində doğulduğu yer üçün xatirə daşı qoyulmuşdur.

İstinadlar

Tags:

Miçiyo Tsucimura HəyatıMiçiyo Tsucimura Yaşıl çay araşdırmalarıMiçiyo Tsucimura Mükafatları və irsiMiçiyo Tsucimura İstinadlarMiçiyo Tsucimura1 iyun17 sentyabr18881969AqronomAyçi prefekturasıBiokimyaKömək:Yapon şriftlərinin istifadə edilməsiKənd təsərrüfatıSaytama prefekturasıToyohaşiYaponiyaYaşıl çayd:Q570333

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Texniki UniversitetiPlanetMüstəqillik Günü (Azərbaycan)Arif Babayev (xanəndə)Rahib ƏliyevMikayıl MüşfiqƏli XameneiSoyqırımİslamın beş şərtiQara delfin həbsxanasıÇobanyastığıZöhr namazıTörəməAzərbaycanın daxili sularıGöygöl (göl)Sərdar Fərhad PaşaHamiləlikTarMəhəmməd FüzuliAzərbaycan banklarının siyahısıQopuzOrucMübariz Əliyev (musiqişünas)NaxçıvanGülüstan müqaviləsiMəhəmməd peyğəmbərin evlilikləriQulançarGəncə xan sarayıAtmosfer yağıntılarıYaponiyaBakı kəndlərinin siyahısıTerminologiyaAzərbaycan faunasıTaleh QaraşovƏfşar imperiyasıSufizmNyu-YorkQızlıq pərdəsi100 manatlıq əsginasKimyəvi rabitəXarıbülbülFutbolAzərbaycan florasıFunksiya (riyaziyyat)Rövşən NəcəfŞöhrət ordeni (Azərbaycan)ŞamaxıQuba rayonuBəylər EyyubovDağlaləsi həyəcanıXocalı soyqırımıNəqli cümləAzərbaycan diliVladimir PutinAzərbaycan Xalq Cümhuriyyətinin Milli OrdusuSilindrAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiQız qalasıİsimƏfsanəEgey dəniziBitkiHeydər Əliyev ordeniHacı Zeynalabdin TağıyevOğlaq (astrologiya)Süni intellektZəncirotuİspaniyaCəlil MəmmədquluzadəTəbrizAğdam Çörək MuzeyiAzərbaycan Hərbi Hava QüvvələriKor bağırsaqVüqar BiləcəriCənubi KoreyaYeni Azərbaycan Partiyası🡆 More