Mehtab Quliyev

Mehtab Ənvər oğlu Quliyev (6 dekabr 1997, Kiçik Qaramurad, Gədəbəy rayonu – 30 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Mehtab Quliyev
Mehtab Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 dekabr 1997(1997-12-06)
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 2020(2020-10-30) (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Mehtab Quliyev Sərhəd Qoşunları
Xidmət illəri 2019-2020
Rütbəsi Əsgər
Vəzifəsi Qumbaraatan
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
Təltifləri Mehtab Quliyev Mehtab Quliyev Mehtab Quliyev Mehtab Quliyev

Həyatı

Mehtab Quliyev 6 dekabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır.

Hərbi xidməti

Mehtab Quliyev 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Mehtab Quliyev Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənirdi.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Mehtab Quliyev 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, CəbrayılınZəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. O, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Mehtab Quliyev oktyabrın 30-da Zəngilanın azad edilməsi zamanı 1117.0 yüksəkliyində düşmənin əks hucumunun qarşısını alarkən həlak olmuşdur. Mehtab Quliyev noyabrın 3-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehtab Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehtab Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehtab Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltif və mükafatları

İstinadlar

Tags:

Mehtab Quliyev HəyatıMehtab Quliyev Hərbi xidmətiMehtab Quliyev Təltif və mükafatlarıMehtab Quliyev İstinadlarMehtab Quliyev1997202030 oktyabr6 dekabrAzərbaycan Silahlı QüvvələriDövlət Sərhəd Xidməti (Azərbaycan)Gədəbəy rayonuKiçik QaramuradZəngilan rayonuİkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Lionel MessiƏsrin müqaviləsiƏl-XarəzmiBakı küçələrinin köhnə və yeni adlarının siyahısıCümlə üzvləriNəriman AxundzadəVergülİlham ƏliyevƏli MirəliyevTransformatorÖlçü vahidləriLeksikaDüzbucaqlıRoza ZərgərliNyuton qanunlarıMir Mövsüm AğaTimsahlarMetyu BrayzaAna səhifəŞahmatRəşid BehbudovQan damarlarıParaleloqramFeilAzərbaycanın təbii sərvətləriDöyüş arabasıHəcmBakteriyalarGənc türklərMehdi HüseynzadəMarsXəmsəİnflyasiyaQİÇSLeyla ƏliyevaAzərbaycanın Qırmızı kitabına düşən quşlarRamil UsubovHeydər İlham oğlu ƏliyevAzərbaycandakı quşların siyahısıƏdədi silsiləAzərbaycanda prezident seçkiləri (2024)Operativ yaddaş qurğusuŞuşa rayonuNağılMisir ehramlarıAğciyər xərçəngiİranƏfqanıstanAğıllı evlərDüzbucaqlı paralelepipedMədət QuliyevAvtomobilin tarixiAğadadaş AğayevEnerjiBakı metrosuTəyyarəSəfəvilərKitabi-Dədə QorqudSayMirvariAzərbaycan meşələriAtəşgah (Bakı)Azərbaycan memarlığıVeysəl MusibovSaatlı rayonuƏliqismət LalayevAzərbaycanQarabağlar türbəsiEldənizlərBahadur Əliyevİnsan dişləriRombFərid Qayıbovİslamda tanrının adlarıAğac🡆 More