Malayziya Həmkarlar İttifaqları Konqresi

Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri.

Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir.

Malayziya Həmkarlar İttifaqları Konqresi
Yaranma tarixi 1949
mtuc.org.my

Tarixi

Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır.

Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır.

Fəaliyyəti

Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır.

Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb. Təşkilatın ölkənin iqtisadi həyatında da böyük rolu var.

Ali orqanı

Konqresin ali orqanı üç ildən bir keçirilən qurultaydır.

Tərkibi

Konqresin tabeçiliyində 23 təşkilat fəaliyyət göstərir. Onların sıralarında kənd təsərrüfatı, elektroenergetika, su, tikinti, xidmət, nəqliyyat, rabitə, dövlət işçiləri və digər həmkarlar ittifaqı təşkilatı var.

Hazırda 800 mindən çox üzvü var.

Rəhbərləri

Təşkilata Məhəmməd Xalid Atan rəhbərlik edir.

Xarici əlaqələri

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Mənbə

Ədəbiyyat

  • International Centre for Trade Union Rights et al.,, redaktor Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.

Xarici keçidlər

  • mtuc.org.my — Malayziya Həmkarlar İttifaqları Konqresinin rəsmi saytı

Tags:

Malayziya Həmkarlar İttifaqları Konqresi TarixiMalayziya Həmkarlar İttifaqları Konqresi FəaliyyətiMalayziya Həmkarlar İttifaqları Konqresi Ali orqanıMalayziya Həmkarlar İttifaqları Konqresi TərkibiMalayziya Həmkarlar İttifaqları Konqresi RəhbərləriMalayziya Həmkarlar İttifaqları Konqresi Xarici əlaqələriMalayziya Həmkarlar İttifaqları Konqresi MənbəMalayziya Həmkarlar İttifaqları Konqresi ƏdəbiyyatMalayziya Həmkarlar İttifaqları Konqresi Xarici keçidlərMalayziya Həmkarlar İttifaqları KonqresiHəmkarlar ittifaqıMalay diliMalayziya

🔥 Trending searches on Wiki Azərbaycanca:

XocalıÇilov adasıMeşəAktyorRamil SəfərovNaxçıvanXəmsəBakı Dövlət UniversitetiAstronomik vahidAzərbaycan operasıPambıqXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)AlbaniyaQadın reproduktiv sistemləriAygün KazımovaŞəki xanlığıTürk xalqlarıLeyliXorvatiyaÜzümNaftalanAntonimLeykozDeizmTəbiətBakı-Tbilisi-Ceyhan neft kəməriDüzbucaqlı paralelepipedMöcüzələr adası (film, 1963)Oğlaq (astrologiya)Gövhər QazıyevaNeftQİÇSŞahrudin MəhəmmədəliyevAdi tülküİbn SinaFonetik təhlilDövlət idarəetmə formalarıHeydər ƏliyevXəzər dəniziÇoxmənalı sözlərQay FoksŞamaxıAğ ayıSəməd VurğunQafqaz AlbaniyasıSübh namazıPulPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıHeydər Əliyevin ölümü və dəfniBəndİsmayıllı rayonuAğdamGölİslamDiktorCavanşir MəmmədovSimli musiqi alətləriBarmaq izləriMüstəqillik Günü (Azərbaycan)PeyvəndŞiəlikAzərbaycan banklarının siyahısıAvestaÇay (coğrafiya)Tofiq Bəhramov adına Respublika StadionuAzərbaycan Futbol Federasiyaları AssosiasiyasıAğdam rayonuƏkrəm ƏylisliTarixQədim Gəncə qalasıGimnastikaLirik növƏbdürrəhim bəy HaqverdiyevƏliPsixologiyaPambıq (bitki)🡆 More