Luis Bunyuel

Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900, Kalanda, Araqon muxtar birliyi – 29 iyul 1983, Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi.

Luis Bunyuel
Luis Buñuel Portolés
Luis Bunyuel
Doğum adı Luis Buñuel Portolés
Doğum tarixi 22 fevral 1900(1900-02-22)[…]
Doğum yeri
Vəfat tarixi 29 iyul 1983(1983-07-29)[…] (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər sirrozu
Milliyyəti ispan
Vətəndaşlığı
Fəaliyyəti rejissor, kinematoqraf
Fəaliyyət illəri 1929-1977
Təhsili Madrid Universiteti
İstiqamət sürrealizm
Üzvlüyü
Mükafatları Luis Bunyuel
Qızıl Şir
IMDb ID0000320
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfəədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.

Antiklerikal və antiburjua motivləri “Qızıl əsr” (50 il) bədii və “Las Urdes. Çörəksiz torpaq” (1932, ekranlara 1937-ci ildə çıxmışdır) sənədli filmlərinə qadağa qoyulması səbəbi ilə Bunyuel 15 il müddətinə rejissorluqdan uzaqlaşmağa məcbur olmuşdur. 1938–46-cı illərdə ABŞ-da yaşamış, məsləhətçi və montajçı kimi ispan və İkinci dünya müharibələri haqqında filmlərin yaradılmasında iştirak etmişdir. Amerika filmlərinin ispandilli versiyalarını hazırlamış, Müasir incəsənət muzeyində (Nyu-York) işləmişdir.

Filmoqrafiya

1946-cı ildən Meksikada, əsasən, melodram janrında məişət filmlərini çəkmişdir: “Böyük kazino” (1947), “Susanna” (“İblis və cismanilik”, 1950), “Yalanın qızı” (“Başıbəlalı Don Kintin”, 1951), “Yekəpər” (1952) və s. Sonralar G. de Mopassan (“Sevgisiz qadın”; “Pyer və Jan” romanı üzrə, 1951), D. Defo (“Robinzon Kruzo”, 1952), E. Bronte (“Ehtiras uçurumları”; “Tufanlı aşırım” romanı üzrə, 1953), B. Peres Qaldos (“Tristana”, 1970) və b.-nın əsərlərini ekranlaşdırmışdır. “Unudulmuşlar” (1950, Kann Beynəlxalq kinofestivalının mükafatı) və “Nazarin” (1958, Kann Beynəlxalq kinofestivalının mükafatı) filmləri onu dünya kinematoqrafiya xadimlərinin ön sıralarına çıxarmışdır.

Bunyuel 1961-ci ildə (18 illik fasilədən sonra) öz vətənində “Viridiana” filmini çəkmişdir (ekranlara 1976-cı ildə çıxmışdır, Kann Beynəlxalq kinofestivalının baş mükafatı). “Qırıcı mələk” (1962, Kann Beynəl xalq kinofestivalının mükafatı), “Tərki-dünya Simeon” (1965, Venesiya Beynəlxalq kinofestivalının mükafatı), “Tristana” (1970) filmləri M. de Servantes, F. Qoyya və F. Surbaranın əsərlərindən gələn məzmun və obrazlar üzərində qurulmuşdur. Bunyuel 1963–77-ci illərdə, əsasən, Fransada işləmişdir; bu dövrdə J.K. Karryerın ssenariləri üzrə “Qulluqçunun gündəliyi” (1964), “Gündüz gözəli” (1966, Venesiya Beynəlxalq kinofestivalının baş mükafatı), “Burjuaziyanın təvazökar cazibəsi” (1972, “Oskar” mükafatı), “Azadlıq kabusu” (1974), “İstəyin dumanlı hədəfi” (1977) filmlərini çəkmişdir. Bir çox filmləri öz ssenariləri əsasında çəkmiş, aktyor və prodüser kimi də çıxış etmişdir. Venesiya Beynəlxalq kinofestivalında (1969) Bunyuelə “Kino ustası” adı verilmişdir. Ümumən yaradıcılığına görə həmçinin San-Sebastyanda (1977) və Moskvada (1979) Beynəlxalq kinofestivalların mükafatına layiq görülmüş, Venesiya (1982) Beynəlxalq kinofes tivalının yubiley mükafatını almışdır.  

  1. Əndəlüs köpəyi (film, 1929) / Un chien Andalou

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Luis Bunyuel HəyatıLuis Bunyuel FilmoqrafiyaLuis Bunyuel Həmçinin baxLuis Bunyuel İstinadlarLuis Bunyuel Xarici keçidlərLuis Bunyuel1900198322 fevral29 iyulAraqonMexikoSürrealizmd:Q51545d:Q737161İspaniya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kəmaləddin HeydərovAtəşgah (Bakı)Hüseyn CavidPirallahı adasıOksigenTəravih namazıPulQafqaz AlbaniyasıƏlifbaSüni intellektGöyərçinUşaqlıq (anatomiya)Qara YanvarƏfqanıstanHemoqlobinXocalıTərəzi (astrologiya)Əli Nağıyev (general)AğacII MehmedCəmşid Naxçıvanski adına hərbi liseySilindrÇövkənMədə xərçəngiDolça (astrologiya)Heydərbaba dağıGənəgərçək yağıƏli QurbanovAzərbaycanın Milli QəhrəmanıAvtomobilin tarixiVüqar Biləcəri1981-ci il irland aclıq aksiyasıFİFA Dünya Kuboku finallarının siyahısıBrakonyerlikAypara və ulduz rəmziRahib ƏliyevÇoxmənalı sözlərDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)QissəArximed qanunuLaylaƏməköməciEkologiyaGürcüstanZərifə ƏliyevaÜmumdünya Gülüş GünüQədr gecəsiHicri təqvimQüvvə (fiziki kəmiyyət)Mehriban ƏliyevaMirzə Ələkbər SabirZöhr namazıSual cümləsiPasxaRusiya imperiyasıAlbaniyaXocalı soyqırımı qurbanlarının siyahısıXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Azərbaycan Respublikasının KonstitusiyasıPakistanRöya AyxanSumqayıtAdəmLinzalarİqaməŞahmar Hüseynov (mühəndis)Azərbaycan coğrafiyasıMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıAzərbaycan xanlıqlarıMilli Müdafiə Universiteti (Azərbaycan)Egey dəniziƏbülfəz ElçibəyQurban QurbanovAzərbaycanda yayılmış balıqların siyahısıHüdudsuz sevgiXBT-10 sinfinin siyahısı🡆 More