Lakonizm — Sparta şəhərinin də daxil olduğu Yunan şəhər-dövləti Lacedaemondan yaranan bir ifadə başqa sözlə termin.
Qısa və konkret ifadələrdən istifadə edərək bir fikri ifadə etmək üçün istifadə olunan nitq üslubudur. Termin həm də sözlərdən çox hərəkəti vurğulayan düşüncə tərzini təsvir etmək üçün istifadə olunur.
Lakonik ifadələr, stoisizm kimi bəzi fəlsəfi sistemlərdə minimalizmə inananlar arasında geniş yayılmışdır.
Digər antik Yunan şəhərləri ilə müqayisədə təhsilə, incəsənətə və ədəbiyyata daha az və bayağı diqqət yetirən Spartalılar sözlərində daha qısa sözləri istifadə etmələri ilə tanınırdılar. Platon "Protaqor" adli dialoqda spartalıların az və konkret söz istifadə etməklərinin onların yetərsiz ədəbiyyat bilgilərinin nəticəsi olduğu iddiasını rədd edir və onların əslində öz müdrikliklərini gizlədərək özlərini axmaq göstərdiklərini, başqalarının gözündə isə yalnız bu sözlərlə seçildiklərini deyir. Döyüşlərdə cəsarət göstərsələr də, həmsöhbətlərini hətta bir neçə kəlmə ilə heyrətə gətirirlər, hədəfini vuran mütəxəssis atıcılar kimi. Məlumdur ki, Sokrat spartalıların qanunlarını yüksək qiymətləndirirdi. Chenaeli Mayson və Spartalı Xilon Yunanıstanın yeddi müdrikinin arasında ki iki spartalı şəxsiyyətdirlər.
This article uses material from the Wikipedia Azərbaycanca article Lakonizm, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.