Kompüter Dilçiliyi

Komüter dilçiliyi (həmçinin: riyazi və hesablama dilçiliyi, ing.

Kompüter dilçiliyi təbii dillərin emalı ilə üst-üstə düşən bir sahədir. Burada diqqət mücərrəd modellərə deyil, kompüter sistemləri üçün dilin təsviri və işlənməsinin tətbiqi üsullarına yönəldilir. Kompüter dilçilərinin fəaliyyət sahəsi linqvistik məlumatların emalı üçün alqoritmlərin və tətbiqi proqramların işlənib hazırlanmasıdır.

Mənbəyi

Riyazi dilçilik süni intellekt elminin bir qoludur. Kompüter dilçiliyi yeni bir elm sahəsi kimi XX əsrin 60-cı illərində formalaşmağa başlamışdır. Rus dilində işlənən "Компьютерная лингвистика" ingilis dilindəki "computational linguistcs" termininin kalka olunmuş variantıdır. Əslində, "computational" termini rus dilində "вычислительный" termini kimi tərcümə olunur. Ona görə də, bəzən "hesablama dilçiliyi" termini kimi də işlənir. "Hesablama dilçiliyi" anlayışı daha çox "kvantativ dilçilik" termini ilə sinonim kimi işlənir. ABŞ-də "Kompüter dilçiliyi" rüblük jurnalı çap olunur. "Kompüter dilçiliyi" assosiasiyasının bir çox Avropa ölkələrində regional qurumları fəaliyyət göstərir. Hər iki ildən bir kompüter dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans (COLİNG) keçirilir. Süni intellekt məsələləri ilə bağlı keçirilən konfranslarda da kompüter dilçiliyi geniş təmsil olunur. Kompüter dilçiliyini tətbiqi dilçiliyin başqa sahələrinədn fərqləndirən əsas cəhət dil materiallarının kompüterdə işlənməsidir. Müstəqil elm sahəsi kimi formalaşan kompüter dilçiliyində bir çox yeni anlayış və terminlərdən istifadə olunur. Həmin termin və anlayışların əksəriyyəti süni intellekt sistemlərində və koqnitiv dilçilikdə işlənir. Belə terminlərə "freym", "ssenari", "plan" və s. misal göstərmək olar. Kompüter dilçiliyi koqnitiv dilçiliklə sıx əlaqəlidir. Koqnitiv dilçilikdə dünya modeli qurulur və onun kompüter analoqu yaradılır. Dünya modeli süni intellekt sistemlərində xüsusi blok təşkil edir və dünya haqqında ümumi biliklər sistemini formalaşdırır. Belə kompüter modellərinin linqvistik aspekti kompüter dilçiliyinin də obyekti hesab olunur.

Sahələri

  • Təbii dillərin emalı (ing. natural language processing). Mətnin işlənməsi və təhlili səviyyələri: sintaktik, morfoloji, semantik.

Kompüter dilçiliyinin vəzifələri və sahələrinə aşağıdakılar daxildir:

  1. Korpus dilçiliyi, elektron mətn korpusunun yaradılması və istifadəsi.
  2. Elektron lüğətlərin, tezaurusların,
  3. ontologiyaların yaradılması. Məsələn, Lingvo. Lüğətlər, məsələn, avtomatik tərcümə və orfoqrafiya yoxlaması üçün istifadə olunur.
  4. Mətnlərin avtomatik tərcüməsi. Promt rus tərcüməçiləri arasında məşhurdur. Ödənişsiz olanlardan biri Google Translate-dir.
  5. Mətndən faktların avtomatik çıxarılması (məlumatın çıxarılması) (ing. fact extraction, text mining)
  6. Avtoreferatlaşma (ing. automatic text summarization). Bu xüsusiyyət, məsələn, Microsoft Word proqramında mövcuddur.
  7. Biliklərin idarəetmə sistemlərinin qurulması. Ekspert Sistemləri.
  8. Sual-cavab sistemlərinin yaradılması. (ing. question answering systems).
  • Simvolların Optik tanınması (ing. OCR). Məsələn, FineReader proqramından istifadə etməklə
  • Nitqin Avtomatik Tanınması (ASR).
  1. Nitqin avtomatik sintezi.

Həmçinin baxın

Tətbiqi dilçilik

İstinad

Ədəbiyyatlar

Xarici keçidlər

Tags:

Kompüter Dilçiliyi MənbəyiKompüter Dilçiliyi SahələriKompüter Dilçiliyi Həmçinin baxınKompüter Dilçiliyi İstinadKompüter Dilçiliyi ƏdəbiyyatlarKompüter Dilçiliyi Xarici keçidlərKompüter DilçiliyiAlqoritmTəbii dilTəbii dilin emalıTətbiqi dilçilikİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanda təhsilAmerika Birləşmiş ŞtatlarıDünya ölkələrinin pul vahidləriAntarktidaRabitəbankSpirtlərOğlaq (astrologiya)Əbülfəz ElçibəyFutbolŞuşanın işğalıRozmarinMəhəmməd peyğəmbərin evlilikləriDünya əhalisiMədəaltı vəziQod NisanovBucaqYouTubePasxaİtaliyaƏtraf mühitNamiq AbbasovAğdam Çay EviSolitonOmonimSinonimAzərbaycanın telefon kodlarıNəriman İmranovPsixologiyaMisirRövnəq AbdullayevQarabağ atıİçərişəhərKimyəvi elementNanə AğamalıyevaAzərbaycan Xalq CümhuriyyətiFaizİşıqforİslam peyğəmbərləriAzərbaycanın quşlarıMirzə Fətəli AxundovBeynəlxalq Qadınlar GünüÇin tarixiİsimSerbiyaKartelİlhüseyn HüseynovMüsavat PartiyasıNəsirəddin TusiKriştiano RonaldoAfrikaQafiyə1989Cümlə üzvləriƏlcəzairDağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriPolşaKompüterQurban bayramıSahil BabayevSkelet (insan)RiyaziyyatAzərbaycan manatıPlanetİnsan penisinin uzunluğuFacebookUkraynaTəbrizArif PaşayevAygün KazımovaKəlmeyi-şəhadətSuriyaKoroğlu dastanıÇevrə🡆 More