Süni intellekt (Sİ; ing.
Bu məqalə insan məntiqinin maşınlarda tətbiqini nəzərdə tutan elm haqqındadır. Eyniadlı film üçün Süni zəka (film, 2001) səhifəsinə baxın. |
AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), insan dilinin anlayışı ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir.
Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir.
Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər. Süni intellekt psixologiya, linqvistika, fəlsəfə, nevrologiya və bir çox başqa sahələrdən də istifadə edir.
Süni zəkanın yaradılması probleminə bir çox istiqamətdə yanaşmalar olmuşdur. Bunlardan bir neçəsi aşağıda qeyd olunmuşdur:
Modern kompüterlərin atası sayılan Alan Turinq süni zəka haqqında ilk fikirlərini 1950-ci ildə "Mind" jurnalında çap edilmiş "Hesablama maşınları və şüur" məqaləsində bildirib. O, həmin məqalədə insan ilə kompüterin arasında gedən testdən danışıb. Belə ki bu testdə bir insan hakim olur və bir insan və bir kompüterlə sual-cavab edir. Hakim nə həmin adamı , nə də kompüteri görə bilir. Turinq deyir ki, kompüter o zaman süni zəkaya sahib ola biər ki, o hakimi çaşdırsın və hakim onunla adamın yoxsa kompüterin danışdığını başa düşə bilməsin. Bu testə Turinq testi deyilir.
Süni zəka probleminə simvolik yanaşma ilk rəqəmsal maşınların yaranması dövründə yaranıb. Bu yanaşmada problemlərin həllinin tapılmasının uğur və səmərəliyi üçün informasiyanın abstraktlığı vacibdir.
Süni zəka sisteminin yaradılmasına məntiqi yanaşma modelləşdirilmiş mühakiməyə əsaslanır. Teorik əsas kimi məntiqə əsaslanır.
1990-cı illərdə yaranmış yanaşmadır, aqentli-orientasiyalı yanaşma və yaxud intellektual aqentlərdən istifadə edən yanaşma adlanır. Bu yanaşmaya görə zəka intellektual maşının qabağına qoyulmuş məqsədləri yerinə yetirilməsini hesablayan hissədir. Belə bir maşın ətraf aləmi sensorlarla qavrayan intellektual agent olacaq və onu əhatə edən obyektlərə icraedici mexanizmlərlə təsir edə biləcək.
Süni zəka ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni zəkanı "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb.
Zəkaya malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlmək olar. Zəkaya malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdır. Artıq eramızdan əvvəl 4-cü əsrdə yaşamış Aristotel süni zəkanın düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdur. 1275-ci ildə Roman Llull özünün Ars Maqna adlı məntiq aparatını ixtira etmişdir. Ars Maqnaya istifadəçi xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik olaraq bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılmışdır.
Maşınların təlimi sərbəst şəkildə süni zəka biliklərinin və onun işləmə proseslərinin alınmasına aiddir. Bu süni zəka elminin ilk dövrlərindən mərkəzi olmuşdur. 1956-cı ildə Darmund yaz konferansında Rey Solomonoff öz-özünü öyrədə bilən maşının ola biləcəyi haqqında hesabat yazdı və onu "İntuitiv nəticə maşını" adlandırdı. Maşın təliminin iki növü vardır; müəllimsiz və müəllim ilə. Müəllimsiz öyrənmə cisimləri olduğu kimi qavramağa icazə verir. Müəllim ilə öyrənmə isə sinifləndirməyə və reqressiv analizə kömək edir. Sinifləndirmə onun üçün istifadə olunur ki, cismin hansı kateqoriyaya aid olduğu aydınlaşdırılsın. Reqressiv analiz isə ədədi sıralarda giriş ədədlərindən istifadə olunan funksiya tapılması ilə çıxış ədədinin proqnozlaşması üçün istifadə olunur. Təlim prossesi zamanı maşının düzgün cavabları mükafatlandırılır, yanlış cavabları isə cəzalandırılır.
Müasir dövrdəki süni zəkanın əsası 1956-cı ildə Dartmut Kollecində keçirilən konferensiyada qoyulmuşdur.
Süni zəkanın aşağıdakı tərifləri verilir:
Süni zəka nə ilə məşğul olur sualının cavabı tam mənada yoxdur. Hər bir yazıçı süni zəka haqqında kitab yazarkən bu elmə müəyyən bir aspektdən yaxınlaşır.
Fəlsəfi cəhətdən insan zəkasının təbiəti və mənşəyi sualının cavabı hələ yoxdur. Kompüter "şüurluluğunun" da hər hansı bir həddi yoxdur, lakin süni zəkanın yaradılmasına bir sıra hipofizlər verilib, bunlara da Turinq testini və Nyuel-Saymon hipofizini misal göstərmək olar. Ona görə də süni zəka probleminin qoyulmasına iki cür yaxınlaşmaq olar:
Yuxarıdan aşağıya, semiotik – ekspert sistemlər, biliklər və məntiqi qərarlar bazası, yüksək səviyyəli psixi prosesləri təqlid edən sistemlərin yaradılması, məsələn, düşüncə, danışıq, incəsənət və s.
Aşağıdan yuxarıya, bioloji elementlərə əsaslanan intellektləri modelləşdirmək üçün neyron sistemlərinin öyrənilməsi, evolusiya hesablamalarının aparılması, həmçinin neyrokompüter və biokompüterlərin yaradılması. Con Mak-Kartni tərəfindən verilən bu yaxınlaşma süni zəka elminə daxil deyil, yalnızca məqsədləri birdir.
Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni zəkanın rolu böyükdür. Süni zəka çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu sayda sahələri vardır. Çox zaman Sİ-nin bir sahəsi digər sahəsi ilə qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o dərəcədə inkişafa nail olmuşdur ki, onlar artıq ayrıca bir ixtisas kimi fəaliyyət göstərirlər. İnsan zəkasından daha güclü bir zəkanın yaradılması Sİ-in əsas məqsədlərindəndir.
Süni zəkanı nəyə aid edilmasi sualina tək cavab yoxdur. Sİ haqqında bir kitab yazan hər bir müəllif, demək olar ki, o elmin nailiyyətlərini nəzərə alaraq, Sİ haqqinda hər hansı bir fikri müəyyən edir.
Fəlsəfə insanın zəkanın obrazı və statusu haqqinda məsələni həll etmir. Baxmayaraq ki, Nyuell-Saymon fərziyyəsi, yaxud Turinq testi kimi, bir sıra fərziyyələr irəli sürülmüşdü, kompüterin "ağlabatan" səvviyyəsinə qədər inkişaf etməsinin dəqiq sübutu yoxdur.
Robotexnika sahəsi və süni zəka elmi bir-biri ilə sıx əlaqədardır. Robotexnikada süni zəkadan istifadə edib intellektual robotların yaradılması süni zəka elminin yeni bir sahəsini yaradır. İntellektuallıq üzərində cisimləri manipulyasıya etmək , olduğu yeri tapmaq, ətraf aləmi təhlil etmək və hərəkəti planlaşdırmaq üçün işləmək lazımdır. Süni zəkası olan robotlara misal olaraq oyuncaq-robot Pleo, Aibo, Qrio və s. göstərmək olar.
Süni zəka elminin inkişafını iki istiqamətə ayırmaq olar:
İnsan qabiliyyətlərinə ixtisaslaşdırılmış süni zəka sistemlərinin yaxınlaşmasına əlaqədar olan problemlərin həlli və insan təbiətini reallaşdıran inteqrasiyalar; İnsanlıq problemlərini həll edə bilən artıq yaradılmış süni zəka sistemlərinə əsaslanan süni zəkanın yaradılması. Hal-hazırda süni zəka sahəsində daha çox fundamental deyil, praktik sahədə bir çox mövzuya maraq var. Süni zəkanın yaradılmasına bir çox yanaşmalar istifadə edildi, lakin hələ də mükəmməl süni zəkanı heç bir qrup yarada bilməyib.
Süni zəka intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsul olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən intellektual proqram yaratmağı özünə məqsəd götürmüş elm və texnologiyadır. Bu elm həm də insan zəkasının araşdırılması kimi də başa düşülür.
Süni zəka bir elm kimi praktik və nəzəri hissələrdən ibarətdir. Praktik cəhətdən "Süni zəka" problemi bir tərəfdən informatikaya və hesablama riyaziyyatına, digər tərəfdən isə neyrofiziologiyaya və psixologiyaya aid edilir.
"Süni zəka" haqqında ilk fikirlər mexaniki materealizmin yaranması ilə, Dekartın "Metod haqqında mühakimələr" və Tomas Qobbsun "İnsan təbiəti" əsərlərində öz əksini tapdı.
1943-cü ildə U. Mak Kallok və U. Pitts öz məqalələrində süni neyron sistemi anlayışını təklif etdilər. D. Xebb 1949-cu ildə "Davranış oraqanizasiyası" əsərində neyronların öyrənilməsini əsaslarını göstərdi. Bu fikirlər bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rozenblattı inkişaf etdirdi. O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu "Perseptron" adlandırdı.
Bəzi ən məşhur Sİ sistemləri:
Pepper-Yapon şirkəti olan Aldebaran Robotics və Softbank Mobile tərəfindən 2015-ci ildən satışa çıxarılmışdır. Bu humanoid robotun digər robotlardan fərqi odur ki, onun emosiyaları var. Pepper ətraf aləmi 3D kameralar vasitəsilə təhlil edə bilir, boyu 1.2 metr, kilosu isə 28 kilodur. O, insanların mimikaları ilə onların əhval-ruhiyyəsini başa düşə bilir. Həmçinin o, öz-özünü öyrədə bilən robotdur və lazım olan cavabları axtarmaq üçün internetə çıxışı var. Pepper hətta onu itələdikdə belə öz müvazinətini saxlaya bilir, insan toxunuşlarını hiss etmək üçün onda sensor qurğuları vardır.
This article uses material from the Wikipedia Azərbaycanca article Süni intellekt, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.