Kürdüstan Ostanı

Kürdüstan ostanı — İranın qərbində ostan.

Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir.

Kürdüstan ostanı
Kürdüstan Ostanı


Ölkə
İnzibati mərkəz Sənəndəc
Tarixi və coğrafiyası
Sahəsi
  • 29.137 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.603.011 nəf. (2016)
Rəqəmsal identifikatorlar
ISO kodu IR-12
Telefon kodu 0871
Kürdüstan ostanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazi

Kürdüstan Ostanı 
Kürdüstan ostanı

Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.

Əhali

2010-cu ildə Kürdüstan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi
etnik qrup nisbəti
Kürdlər
  
93.90%
Azərbaycanlılar
  
4.10%
Farslar
  
0.90%
Təsniflənməmiş
  
1.10%
  • 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır .
  • Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar .

Azərbaycan-Kürdüstan sərhəddi

Kürdüstan Ostanı 
Güney Azərbaycanla Kürdüstan sərhədi

Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən BicarQürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir.

Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin. Bu zaman Xəmsə vilayəti Azərbaycana tabe qalır və şahzadə nayib-əlsəltənə nəzəri altında işə başlayır (Qacarlar dönəmi Təbriz ikinci paytaxt kimi nayib-əlsəltənənin məkanıdı). Fətəli şahın ölümündən sonra Məhəmməd şah hökumətə və Mirzə ağası sədri-əzəmliyə çatır. Vəzir Məhəmməd Sadıq xan Gərüsinin ölümündən sonra 1260-cı qəməri ilində Gərüs vilayətin nayib-əlsəltənənin ixtiyarı altından çıxardır və hökumətin müstəqil edir ta şah və sədri-əzəm eliyə bilsin oranın hakimin rahatcasına əzl və nəsb edə bilsinlər.

1325-ci qəməri ilində İranın əyalət və vilayət qanunu (qanun-e iyalat və vilayat-e İran) milli məclisin təsvibindən keçdi və bu qanun əsasında İran 27 əyalət və vilayətə bölündü. Bu bölünmələr əsasında Gərus hələ də müstəqil bir vilayət kimi saxlanıldı. Milli hökumət Pişəvəri zamanında Gərusu ələ keçirməyə çalışsa da dövləti nirular önündə iş qabağa apara bilmədi və bu çalışma uğursuz oldu.

1316-cı şəmsi ilində Pəhləvilər ilk inzibati bölmələri (təqsimat-e siyasi) başlandı. Bu əsasda İran 10 ostan və 49 şəhristana bölündü. Bu bölmələr əsasında Gərus beşinci ostana verildi. Beşinci ostanda İlam, Kirmanşah, Bicar, Sənəndəc və Şahabad yerləşirdi. 1318-ci şəmsi ilində Azərbaycan ostanı iki yerə bölünən zaman (üçüncü və dördüncü ostan) Bicar Gərüs şəhristanı beşinci ostandan ayrıldı və batı Azərbaycan ostanına izafə olundu. 1325-ci şəmsi ilində Həmədan əyalətinə verildi və 1337-ci şəmsi ilində Həmədan əyalətindən ayrıldı və Kürdüstan ostanına verildi. Bu bölgə indi iki bölgəyə bölünməklə (Bicar və Qürvə) Kürdüstan əyaləti sınırlarında qalmaqdadır.

Kürdüstan ostanının şəhristanları

Kürdüstan Ostanı 

Əhalisi

Kürdüstan şəhristanlarının əhalisi 2006-ci il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən 1 440 156 nəfər olmuşdur.

2006-cı il siyahıya alması
Şəhristanlar Əhalinin sayı
Sənəndəc şəhristanı 409,628
Saqqız şəhristanı 205,250
Qürvə şəhristanı 196,972
Mərivan şəhristanı 150,926
Banə şəhristanı 116,773
Kamyaran şəhristanı 104,704
Bicar şəhristanı 95,461
Divandərə şəhristanı 82,628
Sərvabad şəhristanı 77,814

İstinadlar

Xarici keçidlər

Tags:

Kürdüstan Ostanı ƏraziKürdüstan Ostanı ƏhaliKürdüstan Ostanı Azərbaycan-Kürdüstan sərhəddiKürdüstan Ostanı Kürdüstan ostanının şəhristanları[16]Kürdüstan Ostanı ƏhalisiKürdüstan Ostanı İstinadlarKürdüstan Ostanı Xarici keçidlərKürdüstan OstanıSənəndəcİran

🔥 Trending searches on Wiki Azərbaycanca:

AvestaAbşeron rayonuDövlət bayraqlarının siyahısıI Qaplan GərayŞuşa rayonuCavanşir Məmmədov (general)Rövşən LənkəranskiDüzbucaqlıİsmin hallanmasıNizami GəncəviCinsi əlaqəŞuşaBeynəlxalq Qızıl Xaç və Qızıl Aypara HərəkatıSillogizmCümlə üzvləriƏlifbaAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıSəhraMaliki məzhəbiÇərşənbə (mifologiya)Astronomik vahidYeni Azərbaycan PartiyasıAvstraliyaRamil Səfərovİslamın beş şərtiPolad HəşimovAğciyər iltihabıZoğalQuba xanlığıQarabağPiramidaAlma (meyvə)KanadaLütfi ZadəİtaliyaUşaqlıq (anatomiya)Vidadi ƏliyevMisirMenstruasiyaMirzə Ələkbər SabirAzərbaycan manatıTağı ƏhmədovFövqəladə vəziyyətEmil BalayevFillərAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıMaterikXərçəng xəstəliyiTorpaqKubBakı Dövlət UniversitetiTəbii zonalarBağlayıcıAzərbaycan Sovet Sosialist RespublikasıAfaq BəşirqızıTürk xalqlarıBeynəlxalq İnkişafa Yardım Agentliyi (Azərbaycan)Roza ZərgərliEpitetSəhlab BağırovRamazan bayramıAzərbaycan Beynəlxalq BankıGövhər QazıyevaAsiyaQitəBabəkAzərbaycan - İsveçrə futbol oyunuÇin Xalq RespublikasıQaraqoyunlularŞirXocalıFunksiya (riyaziyyat)MirvariAvtomobilAyaz MütəllibovHörümçəklərAzərbaycanMehriban Əliyeva🡆 More