Habbl Qanunu

Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir.

ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir.

Qanun

İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir.

Habbl Qanunu 

Burada Habbl Qanunu  - qalaktikalar arasındakı məsafə, Habbl Qanunu  - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, Habbl Qanunu  - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir.

İsbatı

Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir:

  • mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi;
  • qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları;
  • Kainatda əsas kimyəvi elementlər olan hidrogenhelium elementlərinin nisbəti.

Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin.

1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir.

Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.

Dopler effektinə əsasən spektral xətlərin qırmızıya tərəf sürüşməsi (buna qırmızı sürüşmə deyilir), işıq mənbəyinin müşahidəçidən uzaqlaşdığını göstərir. Belə çıxır ki, uzaqlaşmanın sürəti xətlərin sürüşməsi ilə, yəni məsafə ilə mütənasibdir.

Beləliklə, müəyyən edilmişdir ki, bütün qalaktikalar bir-birindən sürətlə aralanır.

Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, qalaktikalardan hər hansı birində yerləşən müşahidəçi üçün bütün istiqamətlərdə qalaktikaların hərəkət xarakteri eynidir, Kosmoloji Prinsipə əsaslanır, yəni Kainat bircinsli və izotropik olaraq genişlənir.

Tags:

Edvin HabblQalaktika

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Quru QoşunlarıƏfşar imperiyasıOğlaq (astrologiya)Mənsubiyyət (qrammatika)ŞuşaBir qalanın sirriAzərbaycanın palçıq vulkanlarıSərt diskXankəndiMüstəqillik Günü (Azərbaycan)Qırğızıstan əhalisiAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Nəriman AxundzadəKlaviaturaAntarktidaXitabMirməmməd CavadzadəDağNitq hissəsiBakı Dövlət UniversitetiAğıllı şəhərYunanıstanDövlətTamamlıqİspaniyaTərcüməSumqayıtOsmanlı sultanlarının siyahısıƏli ƏsədovDurğu işarələriAzərbaycan Hava YollarıEyyub YaqubovAfrikaGöyçə gölüABŞ-nin ştatlarıGöygölTeymurilərin Azərbaycana yürüşləriGözİngilis diliBöyük Hun imperiyasıNəsib QuliyevÇingiz xanMakedoniyalı İsgəndərXırda sinir lifləri neyropatiyasıMoskvaZülallarAzərbaycan Qızıl Aypara CəmiyyətiƏbdürrəhim bəy HaqverdiyevMəxmərəkİsgəndəriyyə mayakıAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan xalq musiqisiİtaliyaNəqli cümləKamran İmanovAzərbaycanın Qırmızı kitabına düşən quşlarAzərbaycan operasıİnsan hüquqlarıDövlət bayraqlarının siyahısıHüseyn CavidQızlıq pərdəsiAzərbaycan mədəniyyətiBakı metrostansiyalarının siyahısıMəhəmmədƏlifbaBraziliyaMəhəmməd FüzuliMisirAzərbaycan muzeylərinin siyahısıSinqapurHeyvanlarVilayət EyvazovKürGərginlik (elektrik)Monteneqro🡆 More