Fiziki Sabitlər

Fiziki sabitlər — çoxdur və onlardan çox rastlaşdıqlarımız bunlardır:

  • Sərbəstdüşmə təcili - Yerin səthi yaxınlığında və orta coğrafi enlikdə cisimlərin havasız fəzada düşmə təcilidir,g ilə işarə olunur və g=9,81m/san2-dır.Bu kəmiyyət cismin kütləsindən asılı deyil və bəzən qravitasiya sahəsinin intensivliyi adlanır.
  • Qravitasiya sabiti - ədədi qiymətcə kütlələri 1kq, aralarındakı məsafə 1m olan iki bircins kürə arasındakı qravitasiya qüvvəsinə bərabər olan sabitdir,G ilə işarə olunur və G=6,67·10-11Nm2/kq2Habbl sabiti-bir-birindən 1Mpk(meqaparsek)məsafədə olan qalaktikaların vir-birindən uzaqlaşma sürətinə bərabər olan sabitdir,H ilə işarə olunur və H=75 km/Mpk·san.
  • Avoqadro sabiti - bütün maddələrin 1mol-dakı molekulların sayidir, NAilə işarə olunur və NA=6,02·1023mol-1-dir.
  • Bolsman sabiti - ideal qazın temperaturu 1K artanda bir molekulun enerji artımına uyğun gələn enerjidir,k ilə işarə olunur və k=1,38·10-23C/K.
  • Universal qaz sabiti-1mol ideal qazın temperaturunu 1K yüksəltdikdə onun daxili enerjisinin artımına uyğun olan enerjidir, R ilə işarə olunur və R=8,31 C/mol·K
  • Kulon sabiti - yükləri 1Kl aralarındakı məsafə im olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabər olan sabitdir,k ilə işarə olunur və k=9·109N·m2/Kl2.
  • Elektrik sabiti - ε0=8,85·10-12Kl2/N·m2/
  • Elementar yük - təbiətdə rast gəlinən ən kiçik elektrik yükünün moduludur,e ilə işarə olunur və e=1,6·10-19Kl.
  • Elektronun xüsusi yükü - elektronun yükününmodulunun kütləsinə olan nisbətidir və e/m=1011Kl/kq.
  • Faradey sabiti - elektroliz zamanı elektrod üzərində 1 qram ekvivalent maddə ayrılması üçün elektrolitdən keçən yükdür və F=96500Kl/mol.
  • İşıq sürəti - İşığın vakuumda 1san-də getdiyi yoldur və c=3·108m/san.
  • Plank sabiti - h=6,63·10-34C·san.
  • Ridberq sabiti - R≈1,097373143·107m-1.
  • Atom kütlə vahidi - atom kütlə vahidi,1a.k.v=1,6605655·10-27kq.
  • Elektronun sükunət kütləsi - me=9,109534·10-31kq.
  • Protonun sükunət kütləsi - Mp=1,6726485·10-27kq.
  • Neytronun sükunət kütləsi - Mp=1.6749543·10-27kq
  • Bor radiusu - hidrogen atomunun stasionar hala uyğun elektron orbitinin ,yəni hidrogen atomunun radiusu a0=5,2917706·10-11m.
  • Elektronun klassik radiusu - r0=2,8179380·10-15m.
  • Stefan-Bolsman sabiti - σ=5,67032·10-8Vt·m2dər-4.
  • İdeal qazın standart həcmi - normal şəraitdə 1mol ideal qazın tutduğu həcm V0=22,41383m³·kmol-1.
  • Loşmid ədədi - normal şəraitdə vahid həcmdəki qaz molekullarının sayıdır,n0=2,7·1025m-3.

Mənbə

  • M.Murquzob, S.Abdullayev və b. VII VƏ VIII sinif üçün fizika dərsliyi. Bakı: 2005.
  • A.Mehrabov və b.Fizika kursu. Bakı: Maarif, 1982.
  • Таблицы физических величин (под ред. И.К.Кикоина).

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Dövlət İqtisad UniversitetiƏli ƏhmədovŞəki xan sarayıNüvə silahıLatın ifadələriQaranquşlarLeykozQazaxıstanMilli Müdafiə Universiteti (Azərbaycan)TəyyarəSpirtlərDünya okeanıMeşəTerminologiyaKəlbəcər rayonuVyetnamAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiMisirİnteqralQİÇSAzərbaycan Daxili QoşunlarıLotu QuliATƏT-in Minsk qrupuRafael HüseynovMart soyqırımıMultikulturalizmModal sözlərGəncəVoleybolƏbülfəz ElçibəyRamiz Mehdiyevİlyas ƏfəndiyevLayihəQuba xanlığıEv pişiyiCavanşir Məmmədov (general)Azərbaycan muzeylərinin siyahısıMehdi Hüseynzadə100 manatlıq əsginasQaraçöp eliAzərbaycanda Stalin repressiyalarıƏkinçi (qəzet)MannaKoroğluArif HeydərovBirləşmiş Ərəb ƏmirlikləriBöyrəkNağılAra sözlərİnternet forumuBəylər Eyyubovİngiltərə tarixiSuAsiya ölkələrinin siyahısıÜzeyir MehdizadəRöya AyxanKəlmeyi-şəhadətAygün KazımovaGöl qurbağasıGöbələklərLaləXarıbülbülBağayarpağıQarabağda döyüşlər (2023)Həzi AslanovGöygöl (göl)Sintaktik əlaqələrKonusSüni intellektCümlə üzvləriAzərbaycan Hava YollarıNamiq QaraçuxurluTaunNaxçıvanAzərbaycan kinosuYazıİnformasiyanın kodlaşdırılmasıŞərqi Zəngəzur iqtisadi rayonu🡆 More