Druzlar

Druzlar və ya dürzilər (ərəb.

Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxr əd-din Məan (1590-1633) və II Bəşir Şihabın ((1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maruni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian Marunilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı İmperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdu. Fransanın mandatlığı dövründə (1920-1943) Suriya və Livan druzları antiimperialist mübarizədə iştirak etdilər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl Druz idi. Üzvlərinin əksəriyyəti druzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunmuşdur) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak etmişdir. 70-ci illərdə Livanda baş verən hadisələr zamanı druzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin birliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması uğrunda mübarizə aparırlar.

Druzlar
Druzlar
Druzların bayrağı
Ümumi sayı
1.5 miliyon
Yaşadığı ərazilər
Druzlar Suriya 865.000
Druzlar Livan 280.000
Druzlar İsrail 118.000
Druzlar İordaniya 20.000
Dili

ərəb dili, İsraildə ivrit dili

Dini

İslam

Qohum xalqlar

Ərəblər

İstinadlar

Mənbə

  • Fəlsəfə Ensklopedik Lüğəti.

Tags:

Maruni KilsəsiƏrəb dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

İlanlarTəyyarəNaftalanAzərbaycan Daxili QoşunlarıƏtraf mühitQarabağ FKÖvrə xəstəliyiZəlzələBeyləqan rayonuŞüalanmaXəbər (qrammatika)GölDünya ölkələrinin pul vahidləriAzərbaycan gerbiÇin tarixiİrəvanTerminologiyaQuran surələrinin siyahısıPeyvəndƏrəb xilafətiAlternativ enerjiKüləkTorpaqBeynəlxalq Əmək GünüAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)ÇahargahXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Ülviyyə FətəliyevaNatural ədədlərQastritHüsniyə MəhərrəmovaXitabGözTərəzi (astrologiya)Azərsun Holdinq5 manatlıq əsginasGədəbəy rayonuİrəvan xanlığıAzərbaycandakı ən yüksək dağ zirvələriLütfi ZadəİtArtemida məbədiŞahmatArtur Konan DoylAsiya ölkələrinin siyahısıKvadrat tənlikMirvariMusiqiDövlət bayraqlarının siyahısıŞizofreniyaOksigenMikayıl CabbarovAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiCəlilabad rayonuNazim BəydəmirliTörəməXarıbülbül (simvol)Azərbaycan Respublikasının KonstitusiyasıKarbohidratlarAdəmAzərbaycan əhalisiHamiləlikQədim MisirSasanilər imperiyasıAzərbaycan xalçalarıOmonimXəritəNüvə silahıƏliDünya okeanıCəbrFikrət Məmmədov (dövlət xadimi)Türkdilli dövlətlərNitq hissəsiQoç (astrologiya)Azərbaycanda təhsilPişik🡆 More