Dreyer Karl Teodor

Dreyer Karl Teodor (3.2.1889, Kopenhagen - 20.3.1968, Kopenhagen) - Danimarka rejissoru, ssenarist, Danimarka kinematoqrafiyasının yaradıcılarından biri.

Avropanın ən tanınmış kinematoqraflarından biri . 1908-ci ildən jurnalist işləmişdir.

Dreyer Karl Teodor
Carl Theodor Dreyer
Dreyer Karl Teodor
Doğum tarixi
Doğum yeri Kopenhagen, Danimarka
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Kopenhagen, Danimarka
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı Danimarka
Fəaliyyəti Kinorejissor
Fəaliyyət illəri 1919-1964
Üzvlüyü
Mükafatları Qızıl Şir, Venesiya Film Festivalı (1955)
IMDb ID0003433
carlthdreyer.dk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dreyer Ensa Kristiana Torpanın nigahdan kənar uşağı idi. Ensa fermer idi və uşağın anası yanında işləyən Yozefina Bernardina Nilson idi. Yozefina abort zamanı ölmüşdür. İlk iki ilini uşaq sığınacaqda yaşamış, daha sonra ciddi lüteran ailəsi, tipoqraf olan Karl Teodor Dreyerin yanında böyümüşdür. Məhs Dreyer Karl Teodor adını da onu şərəfinə almışdır.

16 yaşında Dreyer yüksək qiymətlərlə klassik qimnaziyanı başa vurmuşdur. Daha sonra qəyyumlarını (himayəçiləri) tərk edərək jurnalistlika ilə məşğul olaraq pul qazanmışdır. Dreyer əsasən liberal nəşriyyat olan «Politiken» ilə əməkdaşlıq etmişdir..

Yaradıcılığı

1912-ci ildən Kopenhagendəki “Nordisk Film” studiyasında titrlər müəllifi, montajçı, ssenarist olmuşdur . Bu illərdə onun ssenarisi ilə 22 film çəkilmişdir . “Prezident” (1919) filmi Dreyerin rejissor debütüdür. “İblisin kitabından səhifələr” (1920), “Keşişin dul arvadı” (1920), “Yaxınlarını sev” (1921), “Mixael” (1924), “Arvadına hörmət et” (1925) filmlərini çəkmişdir.

Dreyerin “Janna d’Arkın əzabları” (1927) filmi dünya kinematoqrafiyasının ən yaxşı filmlərindən biri hesab edilmişdir. Kommersiya kinosunun əleyhinə olan Dreyer ilk səsli “Vampir” filmindən sonra uzun müddət işsiz qalmışdı. 1943-cü ildə kinoya qayıtmış və “Qəzəb günü” filmini (X.Virs-Ensenin “Peterin qızı Anna” pyesi üzrə) çəkmişdir. “Söz” (1955; K.Munkun eyniadlı pyesi üzrə; Venesiya Beynəlxalq kinofestivalının baş mükafatı), “Gertruda” (1965; Y.Söderberqin eyniadlı pyesi üzrə) filmlərində Dreyer yaradıcılığının əsas mövzusu getdikcə dini-mistik məna kəsb etməyə başlamışdır. O, Danimarka sənədli kinematoqrafiyasının inkişafına böyük töhfələr vermişdir: “Analara kömək” (1942), “Danimarkanın kənd kilsələri” (1947), “Torvaldsen” (1949), “Storström körpüsü” (1950), “Qəsr içində qəsr “ (1954). Rej. Y.Rosun “Şekspir və Kronborq” (1950), “Rene və Neskenin yenidən qurulması” (1954) filmlərinin ssenari müəllifidir.

Mənbə

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

Xarici keçidlər

İstinadlar

Tags:

Dreyer Karl Teodor HəyatıDreyer Karl Teodor YaradıcılığıDreyer Karl Teodor MənbəDreyer Karl Teodor Xarici keçidlərDreyer Karl Teodor İstinadlarDreyer Karl TeodorAvropaDanimarkaJurnalistRejissorSsenarist

🔥 Trending searches on Wiki Azərbaycanca:

Latın ifadələriCəfər CabbarlıSağlamlıqİsimRöya AyxanƏmir TeymurAzərbaycan dövlət başçılarının siyahısıTərbiyə10 manatlıq əsginasEkologiyaXəlil Rza UlutürkNəsirəddin TusiİraqMuxtar ƏfəndizadəBərdə rayonuVideosexArıAzərbaycan Ərəb xilafətinin tərkibindəİngilis diliAsiya ölkələrinin siyahısıMariya AntuanettaMasonluqÇəmbərəkənd parkıXarıbülbül (simvol)AfrikaƏlifbaCümlənin ikinci dərəcəli üzvləriQaraqoyunlularMir CəlalİspaniyaAzərbaycanın Qırmızı KitabıPakistanFuad Ələsgərov (siyasətçi)Molla Pənah VaqifSultan Süleyman Qanuni100 manatlıq əsginasGəncəQarabağ xalçalarıSelAvtomobilBir qalanın sirriDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Türk Dövlətləri TəşkilatıSinonimBaşkənd əməliyyatıXəttatŞəki xan sarayıDostluqÇingiz MustafayevSöz birləşməsiAzərbaycan Milli KitabxanasıAzərbaycan Texniki UniversitetiAllergiyaÜslubiyyat (Azərbaycan dili)BabəkDərman zəncirotuŞirvan (Azərbaycan)KlaviaturaKüləkAlternativ enerjiBöyük pandaÖvrə xəstəliyiOxatan (astrologiya)Fikrət ƏmirovMiladi tarixİsa QəmbərBantenqQuran surələrinin siyahısıMərkəzi prosessorÇahargahOsmanlı sultanlarının siyahısıAprel döyüşləriMayAvropaAzərbaycan xalçalarıTurizmTürkiyəŞiəlik🡆 More