Davud Abasov: İkinci Qarabağ müharibəsi iştirakçısı

Davud Yalçın oğlu Abasov (19 noyabr 1999, Sabirabad, Cəlilabad rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Davud Abasov
Davud Abasov: Həyatı, Hərbi xidməti, Təltifləri
Şəxsi məlumatlar
Doğum tarixi 19 noyabr 1999(1999-11-19)
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 2020(2020-10-16) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Çevik Hərəkat Dəstəsi
Xidmət illəri 2018–2020
Rütbəsi Davud Abasov: Həyatı, Hərbi xidməti, Təltifləri Kiçik gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri Davud Abasov: Həyatı, Hərbi xidməti, Təltifləri Davud Abasov: Həyatı, Hərbi xidməti, Təltifləri Davud Abasov: Həyatı, Hərbi xidməti, Təltifləri

Həyatı

Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007–2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Davud Abasov 2018–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.

Davud Abasov: Həyatı, Hərbi xidməti, Təltifləri 
Davud Abasovun məzarı

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

Tags:

Davud Abasov HəyatıDavud Abasov Hərbi xidmətiDavud Abasov TəltifləriDavud Abasov İstinadlarDavud Abasov16 oktyabr19 noyabr19992020Cəbrayıl rayonuCəlilabad rayonuDövlət Sərhəd Xidməti (Azərbaycan)Sabirabad (Cəlilabad)İkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Heydər Əliyev MərkəziFüzuli kantatasıBitkiLütfi ZadəHeydər ƏliyevAğacSumqayıtNeft DaşlarıMələkxanım EyubovaNəqli cümləZaman səyahətiƏqrəb (astrologiya)Fərid QayıbovMədət QuliyevQədim Roma təqvimiŞəkiAzərbaycan Memarlıq və İnşaat UniversitetiSarbonnaSenzorQədim RomaVauçerQaraqoyunlularBabək ƏləkbərovNadir şahVulkanAhəng qanunuOlimpiya oyunlarıGərginlik (elektrik)DinOral seksQızıl yel xəstəliyiAğciyər xərçəngiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Rum rəqəmləriİnkişaf etmiş ölkəQərbi AzərbaycanİyunAzərbaycan Dövlət İqtisad UniversitetiYazıDünya okeanıYupiter (planet)Bəxtiyar VahabzadəKitabSabir Əliyev (həkim)Litr2024-cü ildə vəfat edənlərin siyahısıNağılReal Madrid FKKriştiano RonaldoAnklavEverestAzərbaycanın iqlimiHafiz PaşayevLatın diliAzərbaycanın inzibati bölgüsüSıra sayıƏli MirəliyevCənubi Azərbaycanİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıElektrik müqavimətiMannaAzərbaycan faunasıNaxçıvan Muxtar RespublikasıKubBazar iqtisadiyyatıDünya ölkələrinin pul vahidləriSəttar BəhlulzadəSay (qrammatika)QırğızıstanSuda-quruda yaşayanlarBeyləqan rayonuCəlilabad rayonuAzərbaycan Sovet Sosialist RespublikasıQızdırmaBasketbolİtaliyaTimsahlar🡆 More