Cokyakarta (Yogyakarta, Joq jakarta, Djokjakarta) — İndoneziyada şəhər.
Cokyakarta xüsusi ərazi dairəsinin inzibati mərkəzi.
şəhər | |
Cokyakarta | |
---|---|
ing. Yogyakarta | |
Ölkə | İndoneziya |
Tabesində | Cokyakarta |
Region | Cokyakarta |
Başçı | Haryadi Suyuti |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 17 oktyabr, 1756 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 113 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 412,331 nəfər (2016) |
Sıxlığı | 9,000 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +62 274 |
Poçt indeksi | 55111–55792 |
Nəqliyyat kodu | AB |
Digər | |
jogjakota.go.id | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 669,9 min (2007; aqlomerasiyada 1,6 mln.) nəfərdir.
Hind okeanı sahilindən 35 km-lik məsafədə, Yava adasının mərkəzi hissəsində, Merapi vulkanından (hündürlüyü 2911 m) cənubda yerləşir. Avtomobil yolları qovşağı, adanın digər şəhərləri ilə dəmiryol əlaqəsi. Beynəlxalq aeroport (Adisuçipto).
Cokyakarta (Yava dilində "çiçəklənməli olan şəhər") 1755-ci ildə Yava şahzadəsi Manqku bumi tərəfindən eyniadlı sultanlığın pay taxtı kimi salınmışdır. 19–20-ci əsrlərdə Hollandiya müstəmləkə idarəçiliyinə qarşı milli müqavimətin dayağına çevrilmişdi. Yava üsyanı (1825–30) zamanı Diponeqoronun baş qərargahı, 1942–45-ci illərdə isə Sukarnonun başçılığı ilə xalq müqaviməti hərəkatının qərargahı Cokyakartada yerləşirdi. 1946–49 -cu illərdə Cokyakarta İndoneziyanın müvəqqəti paytaxtı olmuşdur. Şəhər dəfələrlə zəlzələ və Merapi vulkanının püs kürməsindən dağıntılara məruz qalmışdır (2006-cı il mayın 27-də baş vermiş zəlzələ nəticəsində təqribən 6 min nəfər həlak olmuşdur).
Şəhərin tarixi mərkəzində Sultan sarayı ansamblı ("kraton", 18-ci əsr), park və Taman-Sari sarayının ("Su qəsri", 1758; 2006-cı ildən bərpa edilmişdir) qalıqları; şimal hissəsində müasir işgüzar mərkəzi (Calan-Malioboro əsas ticarət küçəsində 19–20-ci əsrlər holland müstəmləkə üslubunda olan binalar saxlanılmışdır) yerləşir. Bentenq-Fredeburq holland qalası (1765; hazırda İndoneziyanın müstəqilliyi uğrunda mübarizə tarixi muzeyidir) bərpa edilmişdir. Qadja-Mada Universiteti (1949) ölkənin ilk və ən nüfuzlu ali məktəbidir; Cokyakarta Dövlət Universiteti, İndoneziya İncəsənət İnstitutu (1984), həmçinin bir sıra qeyri-dövlət ali məktəbi, o cümlədən İndoneziya İslam Universiteti (1945); Klassik Yava rəqsi məktəbi və "Kölgələr" teatrı (vayanq-kulit); İslam kitabxanası (1942) və regional kitabxana (1949); İndoneziya Sonobudoyo incəsənəti muzeyi (1935), İndoneziyanın milli qəhrəmanı şahzadə Diponeqoro muzeyi, HHQ muzeyi; Okeanarium (dünyada akulalar üçün ən iri hovuzlardan biri), Pasar-Nqasem quş bazarı və s. fəaliyyət göstərir.
Hər il Cokyakartada İndoneziya musiqi və rəqs sənəti festivalı keçirilir. Cokyakarta turizm mərkəzidir. İşləyənlərin 2/3-sindən çoxu xidmət sferasında çalışır (əsasən, ticarət və əyləncə sənayesində). Cokyakarta batik istehsalının iri mərkəzidir.
Cokyakartanın şəhərətrafı olan Kotagede (16–17-ci əsrlərdə Yavada Mataram imperiyasının paytaxtı olmuşdur) gümüş üzərində döymə və zərgərlik məmulatları istehsalı üzrə ölkənin başlıca mərkəzidir; şəhərətrafı Kasonqan ənənəvi İndoneziya keramikası istehsalının mühüm mərkəzidir. Toxuculuq və tikiş məmulatları (əsasən, batikdən geyimlər) istehsal olunur; yeyinti (şəkər, meyvə-tərəvəz konservi, yağ və s.), tütün, mebel sənayesi müəssisələri fəaliyyət göstərir; metal emal edilir, ənənəvi İndoneziya sənətkarlığı əşyaları və suvenirlər hazırlanır. Cokyakartanın yaxınlığında yerləşən 8–10-cu əsrlərə aid Borobudur Budda məbədi və Pram banan hinduist məbədi kompleksi Ümumdünya irsi siyahısına salınmışdır.
This article uses material from the Wikipedia Azərbaycanca article Cokyakarta, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.