Coş Hatçerson

Coşua Rayan Hatçerson (12 oktyabr 1992, Yunion, Kentukki) — amerikalı aktyor və film prodüseri.

Coş Hatçerson
ing. Josh Hutcherson
Coş Hatçerson 2015-ci ildə
Coş Hatçerson 2015-ci ildə
Doğum adı Joshua Ryan Hutcherson
Doğum tarixi 12 oktyabr 1992(1992-10-12) (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, səsləndirmə aktyoru[d], televiziya aktyoru, kino aktyoru
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
  • Laurel-Sprinqs məktəbi[d],
  • Obern Universiteti[d]
IMDb ID1242688
{{{imzanın izahı}}}
joshhutcherson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, aktyorluq karyerasına 2000-ci illərin əvvəllərində başlamış, ilk olaraq reklamlarda, daha sonra filmlərdə və teleseriallarda kiçik rollarda çəkilmişdir. O, ən çox yeniyetmə yaşlarında çəkildiyi filmlərlə məşhurluq qazanmışdır. Onun diqqətəlayiq filmlərindən bəziləri arasında "Balaca Manhetten", "Zatura: Kosmik macəra", "RV", "Terabitiya körpüsü", "Yerin mərkəzinə səyahət" və "Uşaqlar yaxşıdır" var.

Coş 2011-ci ildə, 18 yaşında olarkən, "Aclıq oyunları" film seriyasında Pita Mellark personajını canlandırmaq üçün seçildi. Coşun bu filmlərdəki performansı ona üç "MTV Film Mükafatı" və "People's Choice Awards" qazandırdı. O, bu dövrlərdə "Journey 2: The Mysterious Island" filmində baş rolda çəkilmiş, həmçinin "Epic" animasiya filmində səsləndirmə etmişdir.

O, vaxtdan bəri Coş müxtəlif filmlərdə rol almağa davam etmişdir. Bunlara daxildir "Burn", "Across the River and Into the Trees", "57 Seconds" və "Freddi ilə beş gecə". Coş bundan əlavə Hulu-da yayımlanan "Future Man" serialında baş qəhrəmanı səsləndirmişdir.

Coş karyerası boyunca həm rejissorluğa, həm də prodüserliyə böyük maraq göstərib. O, "Detention", "The Forger" və "Escobar: Paradise Lost" filmlərində icraçı prodüser kimi iştirak edib. Maraqlıdır ki, o, bu filmlərin hər birində baş rolu da öz üzərinə götürüb.

Həyatı

Coş Hatçerson 12 oktyabr 1992-ci ildə Kentukki ştatının Union şəhərində anadan olub. Onun valideynləri Mişel və Kris Hatçersondur. Mişel əvvəllər Delta Air Lines-də işləyib, hazırda isə Coşun karyerasına köməklik göstərir. Atası Kris Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) analitiki kimi çalışır. Onun valideynləri Kentukkidəki Dry Ridge-də orta məktəbində oxuyarkən tanış olublar. Onlar sinif yoldaşları idilər və sonradan sevgili olmağa başladılar. Coşun Konnor adlı kiçik qardaşı var.

Coşun aktyorluğa marağı kiçik yaşlarında başlayıb. Valideynləri onun aktyor olmaq istəyini tam başa düşməsələr də, o, ifa etməyi və diqqət mərkəzində olmağı sevirdi. Aktyor, öz sözləri ilə desək, əyləncə sənayesinə olan həvəsinin gənc yaşlarından, tam olaraq dörd yaşından başladığını bildirib. Atası qeyd etdi ki, oğlu hələ çox gənc yaşlarından insanları əyləndirməyi sevib. O, təbii olaraq insanların diqqətini cəlb edən valehedici şəxsiyyətə malik idi. Anası onun aktyor olmaq üçün onları çox bezdirdiyini demişdir. Onlar düşünürdülər ki, bu, sadəcə müvəqqəti maraqdır və, o, böyüdükcə buna olan marağını itirəcək. Coş səkkiz yaşında olarkən sarı səhifələri açıb və fəaliyyət göstərən agentliyin əlaqə məlumatlarını tapmışdır. 2002-ci ilin yanvarında aktyorluq üzrə məşqçi Bob Luke, Coşu görmək üçün Nyu-Yorkdan Kentukkiyə səfər etmişdir. Bob onlara təklif etdi ki, Los-Ancelesə getsinlər və televiziya pilotu rolları üçün Coşu audisiyalara aparsınlar. Coş o vaxt yalnız Kroger televiziya reklamında və Vacation Bible School üçün təlim filmində rol almışdı. Coş üç il ərzində anası ilə birlikdə Los-Ancelesdə yerləşən Oakwood mənzillərində yaşayırdı. Bu mənzillər xüsusi olaraq gənc aktyorlar və onların ailələri üçün nəzərdə tutulmuşdu.

Coş həmyaşıdlarından fərqli olaraq sinif otaqlarında deyil, kino kameraları və işıqların əhatəsində böyümüşdür. O, təhsilini doqquz yaşına qədər Uniondakı New Haven İbtidai Məktəbində almış, ancaq karyerasına görə sonralar evdə təhsil almağa qərar vermişdir. Anası müəllim rolunu üzərinə götürmüş və onun təhsilinə rəhbərlik etmişdir. Bir müddət sonra o, doğma şəhəri Kentukkiyə qayıdıb və təhsilinə davam etmək üçün Ryle Liseyinə üz tutmuşdur. Lakin o, burada cəmi bir semestr iştirak edir. Coş məktəb komandasında futbol oynayıb və o vaxtdan bəri idman həvəskarıdır. Onun futbola və tennisə böyük həvəsi var. O, cəmi 13 yaşında olanda triatlonda iştirak edib. Məktəbdəki təcrübələri ilə bağlı fikirlərində o, narazılığını ifadə edərək demişdir: “Hər gün eyni vaxtda oyanmaq və mənim tək başıma rahatlıqla öyrənə biləcəyim şeyləri müəllimlərdən eşitmək heç xoşum gəlmirdi."

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

Tags:

Coş Hatçerson HəyatıCoş Hatçerson FilmoqrafiyaCoş Hatçerson İstinadlarCoş Hatçerson Xarici keçidlərCoş Hatçerson12 oktyabr1992KentukkiYunion (Kentukki)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əshabi-Kəhf (mağara)Rənglər siyahısıElçin Quliyev (general-polkovnik)TolerantlıqQİÇSWi-FiMusiqi alətlərinin siyahısıBağayarpağıYasəmənÖvrə xəstəliyiSahələrinə görə ölkələrin və ərazilərin siyahısıYaponiyaQaraçöp eliİqlimKöməkçi nitq hissələriUzun HəsənKəmaləddin HeydərovİçərişəhərMürəkkəb cümlə9 May Qələbə GünüUşaqlıq yolu (anatomiya)Atəşgah (Bakı)Ağadadaş AğayevZəngəzurŞri-LankaTəzyiqBakı küçələrinin köhnə və yeni adlarının siyahısıSəudiyyə ƏrəbistanıSaitQubad İbadoğluBabəkİslamAzərbaycan ədəbiyyatıBraziliyaAzərbaycan himniAlbert EynşteynSovet Sosialist Respublikaları İttifaqıKoroğlu dastanıSumqayıtAyaz MütəllibovTrapesiyaƏhali sıxlığına görə ölkələrin siyahısıÜnsiyyətMir Cəfər BağırovHəmcins üzvlərİlk tibbi yardımOmbudsmanAzərbaycan qoruqlarıAzərbaycanlılarRombArif HeydərovQaraciyərAzərbaycan Respublikasının əməkdar artistiBağlayıcıDünya ölkələrinin pul vahidləriCənubi KoreyaƏhmədiyyə CəbrayılovRamiz Mehdiyevİslamda oral seksLitrAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıNatural ədədlərDüzbucaqlı paralelepipedElçin İbrahimliAzərbaycandakı çayların siyahısıNapoleon BonapartArif ƏliyevAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)İnsanın tənəffüs sistemiFormula 1Əhmədli metrostansiyasıBürclərin işarələriNamiq QaraçuxurluDüzbucaqlıAnoreksiya🡆 More