Bharatnatyam

Bharatnatyam və yaxud Sadir — klassik hind rəqs sənətinin ən qədim forması.

Bharatnatyam
Bharatnatyam rəqsi

Tarixi

Bharatanatyam sənətinin nəzəri əsasları ən qədim hind mətni olan "Natyaşastra"da tapılmışdır.

İlkin dassiatam adını devadasilərin (allahların kənizləri) e.ə. I minilliyin sonu – eramızın I minilliyinin əvvəllərində Hindistanın cənubunda yaranmış məbəd rəqsindən götürmüşdür. Tədricən bütün Hindistana yayılaraq (və İndoneziya, Kamboca, Yaponiyaya da keçərək), cənub rayonlarında ayin səciyyəli olmuş, şimal rayonlarında isə (təqr. XIII–XIV əsrlərdən) dünyəvi rəqs kimi populyarlıq qazanmışdır.

Bharatnatyam müasir şəklini XIX əsrin əvvəlində almışdır.

XX əsrin sonlarında Bharatnatyamın çoxsaylı məktəb və üslubları formalaşmışdır. Bharatnatyam "Natyaşastra" sanskrit traktatında əksini tapan kanonlara uyğundur; belə ki, rəqs iki əsası: tandava (kişilər üçün Şivanın çılğın rəqsi) və lasyanı (qadınlar üçün ilahə Parvatinin incə rəqsi) simvolizə edir. Klassik rəqsin əsasını üç mütləq komponent təşkil edir: natya (dramatik), nritta (ritmik rəqs hərəkətlərinin özü) və nritya (emosional vəziyyətin və müvafiq ovqatın ifadəsi). B. sənətində bilavasitə rəqs süjetli pantomim və musiqili-poetik əsasla birləşir. Burada bədən hərəkətləri sistemi (angik) ətraflı işlənilmişdir. Fiqurların bir-birini əvəz etməsindən istifadə edərək, rəqqas sözsüz hekayə danışa bilər. Bharatnatyam müğənni və musiqiçilərin müşayiəti ilə bir neçə hissədən ibarət solo rəqs-tamaşadır: üç növ salamlama ilə (Allahı, həmkarları və musiqiçilərlə tamaşaçıları) başlayır, cəld, həm də asta və yüksək texnikalı lirik bölmələrlə davam edir, sakit reçitativli epizod ilə sona yetir. Bharatnatyamda ifaçının cinsindən asılı olmayaraq incəliklə mərdlik, heykələbənzərliklə rəvanlıq uyuşur, obrazlı ifa dəliliyə isə poeziya (teluqu, tamil dillərində, sanskritdə) və raqaya əsaslanan musiqi səbəb olur. Dini bayramlar zamanı məbədlər qarşısında oynanılan xoreoqrafik dramların əsasını Bharatnatyam təşkil edir.

Ardıcıllıq

Puşpanjali

Tamaşanın başlanğıcı "puspandjali" adlanır ki, bu zaman girişin bir hissəsini oynayan rəqqas "çiçəklərlə salam" verilir. Rəqs ifaçısı tanrılar, müəllim və tamaşaçıları simvolik bir çiçək təqdim edir, sonra kaotubamı təqlid edir. Hansı ki, "kaotubam" tanrı Qaneşa, Şiva və ya Karttikeyeyə dua edən bir ünvandır.

Alaripu

Jatisvaram

Şabdam

Varnam

Padam

Tilana

Şlokam və Manqalam

Cavali

Bəzən Bharatnatyam da "Javali" hekayə rəqsini özündə birləşdirir; adətən bu hekayədə bir sevgilisi ilə görüşə gedən bir qız haqqında danışılır.

Filmlər

  1. "Paattum Bharathamum" (Tamil)
  2. "Thillaanaa Mohanambal" (Tamil)
  3. "Salangai Oli" (Tamil)
  4. "Senthamarai" (Tamil; 1962)
  5. "Mayuri" (Telugu)
  6. "Manichitrathazhu" (Malayalam; 1993)
  7. "Kamaladalam" (Malayalam)

İstinadlar

Biblioqrafiya

Xarici keçidlər

Tags:

Bharatnatyam TarixiBharatnatyam ArdıcıllıqBharatnatyam FilmlərBharatnatyam İstinadlarBharatnatyam Xarici keçidlərBharatnatyam

🔥 Trending searches on Wiki Azərbaycanca:

Oqtay ƏliyevHicri təqvimAvrasiyaHekayəOrucXəzər dəniziNitq hissəsiKompüterDənizQarabağEmin Mahmudov (futbolçu)TonzillitAtəşgah (Bakı)Möcüzələr adası (film, 1963)İqtisadiyyatÖvrə xəstəliyiBabaMonqolların Azərbaycana ilk yürüşüTəcavüzAzərbaycan himniEnerjiƏhməd CavadİnformasiyaƏlifbaSistitÇingiz xanMolla Nəsrəddin (jurnal)Azərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıAzərbaycan dövlət başçılarının siyahısıQızılbalıqErmənistanGoogleKəlmeyi-şəhadətVidadi ƏliyevRamil SəfərovEpitetAlp ArslanSuİpəkqurduRəqəmAtlantik okeanİngiltərə tarixiNeftGöbələklərRamazan bayramıBalıqQadın reproduktiv sistemləriZoğalGürcüstanBirinci Qarabağ müharibəsiNikol PaşinyanHacı ŞahinAzərbaycan Respublikasının Dövlət SərhədiSəadət SarayıParasetamolVüsal MurtuzəliyevCəlilabad rayonuFüzuli rayonuŞamaxıGəncə qapılarıAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıCümlə üzvləriQarabağ xanlığıMürəkkəb cümləOvçuluqAbdullah ZubirFövqəladə Hallar Nazirliyi (Azərbaycan)AyıÜrək (insan)Niyaməddin MusayevApp StoreEgey dəniziQızdırmaTəbii fəlakətQalatasaray FKMəzarYeraltı sular🡆 More