Asada Qoryu

Asada Qoryu (麻田 剛立?, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı, Saykaydo – 25 iyun 1799, Osaka, Osaka) – Yaponiya astronomu və həkimi.

Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur.

Asada Qoryu
yap. 麻田剛立
Doğum tarixi 10 mart 1734(1734-03-10) və ya 6 fevral 1734(1734-02-06)
Doğum yeri
Vəfat tarixi 25 iyun 1799(1799-06-25) (65 yaşında)
Vəfat yeri
Tanınmış yetirmələri Takahaşi Yoşitoki, Yamaqata Banto[d], Hazama Şiqetomi[d]

Həyatı və karyerası

Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiyatibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.

Asada təqvim araşdırmalarındakı uğurlarına görə tanınmış, öz təqvim sistemini yaratmışdır. Yoşitoki Takahaşi, Şiqetomi Hazama və Taçu Nişimura kimi alimlər onun şagirdləri olmuş, Sencinkan akademiyasını yaratmışdırlar. 1795-ci ildə Tokuqava şoqunluğu onu Horyaku təqviminin islahatı layihəsinə dəvət etmiş, lakin səhhətindəki problemlərə görə təklifi rədd etmişdir. Bunun əvəzində Takahaşi və Hazamanı tövsiyə etmişdir. Onlar Edoya gedərək Asadanın yerini tutmuşdurlar. Asada məktəbinin işi nəticəsində 1798-ci ildə Kansey təqvimi islahatı baş tutmuşdur. Bu, Yaponiyada Qərb konsepsiyalarına əsaslanan ilk təqvim islahatı olmuşdur. Çox içməkdən qaynaqlanan sağlamlıq problemlərinə görə 1799-cu ildə ölmüşdür.

Elmi töhfələri

Asada Yaponiya astronomiyasında bir çox ilkə imza atmışdır. O, günəş ləkələrini müşahidə edərək Günəşin fırlanmasını ölçən ilk yapon astronom olmuşdur. O, tropik i haqqında Şo-Ço qanununu, eləcə də, Keplerin üçüncü qanununu müstəqil şəkildə kəşf etmişdir.

Asada rasional və empirik metodlardan istifadə etməyə üstünlük vermişdir. Onun araşdırmaları Kiotoda yaşayan bürokratik Tsuçimikado ailəsinin astronomları ilə ziddiyyət təşkil edirdi. Asada məktəbi Qərb modellərini öyrənmiş, ənənəvi Çin cihazlarını müasir ləvazimatlarla əvəz etmişdir. Asada şagirdlərini sistematik müşahidələr aparmağa təşviq etmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 92. ISBN 0-87011-621-5. İstifadə tarixi: 30 yanvar 2023.
  • Biographical Encyclopedia of Astronomers (ingiliscə). Springer. 2007. səh. 64–65. ISBN 9780387304007. İstifadə tarixi: 30 yanvar 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 67. İstifadə tarixi: 30 yanvar 2023.

Tags:

Asada Qoryu Həyatı və karyerasıAsada Qoryu Elmi töhfələriAsada Qoryu QeydlərAsada Qoryu İstinadlarAsada Qoryu ƏdəbiyyatAsada Qoryu10 mart1734179925 iyun6 fevralKömək:Yapon şriftlərinin istifadə edilməsiOsakaYaponiyad:Q11439906d:Q1334003d:Q3034474

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kimyəvi silahGələrsən-Görərsən qalası9 May Qələbə GünüMədəaltı vəziSəfəvilərAzərbaycan xalq musiqisiKürZəngəzurBraziliyaPsoriazElxanilər dövlətiİsaak NyutonAy (zaman)AzərişıqƏhməd CavadAzərbaycan tarixiMikayıl CabbarovİlanlarÜnsiyyətAzərbaycanın Qırmızı KitabıRöya AyxanBirinci Dünya müharibəsiPsixologiyaMenecmentƏmir TeymurSilindrXarıbülbülSourNazirlər Kabineti (Naxçıvan)Qubad İbadoğluTəyinƏməköməciCavanşirŞəkərli diabetİngiltərəÇingiz AytmatovRoma imperiyasıCoğrafiyaPrizmaSahə (ölçü parametri)MisirNəsrin CavadzadəTərəzi (astrologiya)Azərbaycan diliÖlkə paytaxtlarının siyahısıHekayəAra sözlərNitq hissəsiƏli XameneiMir CəlalKütlə vahidləriBöyük Fransa inqilabıRus əlifbasıLerik rayonuAbdulla ŞaiqCəmşid Naxçıvanski adına hərbi liseyÇiçəkŞirvanşahlar sarayıYazVoleybolİnkişaf etməkdə olan ölkəFeilSəlib yürüşləriVərəmQanaxmaİnsan penisiQarabağda döyüşlər (2023)DəstəmazUşaqlıq (anatomiya)Sürücülük vəsiqəsiMetaforLayihəSemiramidanın asma bağlarıYeni Azərbaycan PartiyasıKürəkçay müqaviləsiKamran İmanovTimsahlar🡆 More