Anlayış: Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür

Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır.

O, real gerçəkliyin dərkində əsas rol oynayır.

Anlayış: Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür

Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir.

Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar.

Anlayışların meydana gəlməsi

Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a. Əgər belə predmetlər olmasaydı, ona uyğun anlayışlar da yaranmazdı. Bizi əhatə edən gerçəklikdəki predmet və hadisələr rəngarəngdir,bir-biri ilə oxşar və fərqli cəhətləri vardır.

Anlayışların genezisi haqqındakı bilik bizə onların həqiqi təbiətini aşkarlamağa imkan verir. Anlayış — elə təfəkkür formasıdır ki,onun vasitəsiylə predmet və hadisələrin ümumi, mühim əlamətləri beynimizdə əks olunur.

Anlayışın səciyyəsi əlamətlərdən başlamalıdır. Cismin əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir. Əlamətlər özü də ümumi, fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. yerlərə bölünür. Bundan başqa anlayışların yaranması prosesi də bəzi əməliyyatların əsasında gedir: müqaisə, analiz, sintez, mücərrədləşdirmə, ümumiləşdirmə.

Ədəbiyyat

  1. M.M.İsrafilov Məntiq kursu (dərslik). Bakı-2001

Tags:

Hadisə

🔥 Trending searches on Wiki Azərbaycanca:

MəsudiRənglər siyahısıÇəmbərəkənd parkıAzərbaycan Beynəlxalq BankıAzərbaycan toy adətləriÇay (coğrafiya)Aytən Səfərova2024Azərbaycan mətbəxiİngiltərəAnklavDüzbucaqlıGərginlik (elektrik)QızılgülRozmarinƏhali sıxlığına görə ölkələrin siyahısıBakıBabasilDərinin xoşxassəli törəmələriŞəki xan sarayıƏqrəb (astrologiya)ƏdəbiyyatErotika100 manatlıq əsginasAzərbaycan PrezidentiNyuton qanunlarıMoskvaBöyrəkXBT-10 sinfinin siyahısıOrxan SultanovAzərbaycan Xalq Cümhuriyyətiİnsanın tənəffüs sistemiNitq hissəsiƏdliyyə Nazirliyi (Azərbaycan)Azərbaycan Quru QoşunlarıYelo BankUran (planet)Ulduz metrostansiyasıQarabağda döyüşlər (2023)İbtidai icma quruluşuAppleMasallı rayonuElçin Quliyev (general-polkovnik)Bərdə rayonuAzərbaycan Respublikasının KonstitusiyasıDairəAnton ÇexovÖzbəkistanUzunluq (fizika)YerŞəki xanlığıBağlayıcıAna səhifəEldənizlərÇinQüvvə (fiziki kəmiyyət)NidaÇaldıran döyüşüQİÇSKompüter qurğularıİlhamə QuliyevaSaitAppendisitAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiMədəaltı vəziSəlahəddin ƏyyubiXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Azərbaycan Hava YollarıUşaqlıq (anatomiya)Sadır JaparovDünya əhalisiBəylər EyyubovSahələrinə görə ölkələrin və ərazilərin siyahısıDünya ölkələrinin pul vahidləriMehriban ƏliyevaMete xaqan🡆 More