Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020).
Anar Kərimov | |
---|---|
5 yanvar 2021 – 22 dekabr 2022 | |
Əvvəlki | Əbülfəs Qarayev |
Sonrakı | Adil Kərimli |
20 iyul 2020 – 5 yanvar 2021 | |
Vəzifədədir | |
23 may 2014-cü ildən | |
ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri | |
Vəzifədədir | |
17 may 23-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1977 (46 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 3 |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.
Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunmuş və 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir.
2023-cü ildə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri çalışır
This article uses material from the Wikipedia Azərbaycanca article Anar Kərimov (nazir), which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.