Aleks Buda

Aleks Buda (7 sentyabr 1910, Elbasan – 7 iyul 1993, Tirana) ― Albaniya tarixçisi.

İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur.

Aleks Buda
Aleks Buda
Doğum tarixi 7 sentyabr 1910(1910-09-07)
Doğum yeri
  • Elbasan[d], Elbasan kommunası[d]
Vəfat tarixi 7 iyul 1993(1993-07-07) (82 yaşında)
Vəfat yeri
İş yeri
Təhsili
Üzvlüyü

Erkən illəri

Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı.

Peşəkar karyerası

İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu. Buda Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti idi. Bəzi mənbələr onu Ənvər Xocaya yaxın şəxs kimi qeyd edirlər. Buda 20-25 noyabr 1972-ci il tarixlərində Tiranada keçirilən Albaniya Orfoqrafiya Konqresində iştirak edən yeganə tarixçi idi.

1976-cı ildə Albaniya İşçi Partiyasının yaradılmasının 35-ci ildönümünə həsr olunmuş Milli Etnoqrafik Araşdırmalar Konfransında iştirak etmişdir. Buda Albaniyadan kənarda kapitalizm və revizionizm kimi çağdaş nəzəriyyələri və cərəyanları tənqid edən marksist tarixçilərdən və filosoflardan idi.

Müasir tarixçilərin fikrincə, Budanın əsərlərinin albanların mənşəyinin təyin edilməsində rolu böyük idi. O, illiryalıların tarixinin aparıcı alban tədqiqatçılarından hesab olunurdu, hansı ki bir qrup tarixçilər kimi VI əsr (illiriyalıların tarix sənədlərdə son qeyd edildiyi zaman) ilə XI əsr (albanların tarixi sənədlərdə adlarının ilk dəfə qeyd olunduğu vaxt) arasında illiriyalıların izlərinin olmamasına işarə edirdi. Albanların İlliriya mənşəli hipotezinə əsaslanan Buda albanların Balkan yarımadasının və hətta Avropanın ən qədim sakinlərinə mənsub olduqlarını vurğulayırdı.

Buda Albaniya kommunist rejimi tərəfindən xarici ədəbiyyatın oxunulmasına icazə verilən kiçik ziyalı qrupuna aid idi. Rejimin məqsədi tarixçinin ədəbiyyatdan istifadə edərək, digər həmkarlarına yeni ideoloji və nəzəri təlimatlar hazırlaya bilsin.

Biblioqrafiya

Budanın əsərlərinə aiddir:

  • Historia E Popullit Shqiptar, Etc. (Botim i Dytë.-Stefanaq Pollo Dhe Aleks Buda-redaktorë Përgjegjës.). Enti i teksteve dhe i mjeteve mësimore i Krahinës Socialiste Autonome të Kosovës. 1969., (coautorship)
  • Kuvendi I i Studimeve Ilire: Tiranë 15-20 shtator 1972 : [referate, kumtesa. 1974.
  • Konferenca kombetare e studimeve per Lidhjen Shqiptare te Prizrenit, 1878-1881: (12-28 gershor 1978). Akademia e Shkencave e RPS të Shqipërisë, Instituti i Historisë. 1979.
  • Problems of the formation of the Albanian people, their language and culture: conference (selection). The "8 Nëntori" Pub. House. 1984.

İstinadlar

Mənbələr

Tags:

Aleks Buda Erkən illəriAleks Buda Peşəkar karyerasıAleks Buda BiblioqrafiyaAleks Buda İstinadlarAleks Buda MənbələrAleks Buda191019937 iyul7 sentyabrAlbaniya Elmlər AkademiyasıTiranad:Q114257

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rusiya imperiyasıQara Qarayev (futbolçu)KağızİtAzərbaycan gölləriCavad xanMəhəmməd peyğəmbərin evlilikləriVətən Müharibəsi Qəhrəmanlarının siyahısıBakı-Tbilisi-Ceyhan neft kəməriAbbasqulu ağa BakıxanovAzərbaycan-İsveç futbol matçlarının siyahısıİsimAzərbaycan dövlət başçılarının siyahısıFondlaşdırmaMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıAktyorQubadlıKəbəRus diliKitabi-Dədə Qorqudİmişli rayonuAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıKöməkçi nitq hissələriYovşanAzərbaycan RadiosuBirinci Dünya müharibəsiDetektiv filmiAqronomMasturbasiyaNəriman NərimanovHəzi AslanovKompüter qurğularıDədə QorqudQay FoksTəzyiqAvrasiyaZərdüştilikİqaməAllahın 99 adıÇoxluqlarÜmumi Daxili MəhsulDünya əhalisiZöhr namazıƏhalisinə görə ölkələrin siyahısıQuşlarAzərbaycan Silahlı QüvvələriİstismarAA batareyaTofiq BəhramovUEFA Avro 2024Seyid Əzim ŞirvaniGəncə qalasının işğalıBöyük Səlcuq imperiyasıƏsas nitq hissələriAyaz MütəllibovTorpaqPerimetrNikol PaşinyanAzərbaycan Teatr Xadimləri İttifaqıAzərbaycanda toy adətləriOrxan LökbatanlıCazibə qüvvəsiKoroğluŞəddadilərTonzillitFərhad ƏhmədovCabir NovruzCəlal QurbanovRəhim QocayevKor bağırsaqŞirvanşahlar dövlətiAzərbaycan şirkətlərinin siyahısıDünya sənin, dünya mənim (mahnı)GöbələklərHacı ŞahinAzərbaycan gerbi🡆 More