2018 Fi̇fa Dünya Kuboku Finalı

2018 FİFA Dünya Kuboku finalı — 2018 FİFA Dünya Kubokunun çempionunu müəyyən edən kubokun son futbol matçı.

Bu, FİFA Dünya Kubokları tarixində 21-ci finaldır. Matç 2018-ci ilin 15 iyulunda Moskva şəhərində, Lujniki stadionunda, FransaXorvatiya milliləri arasında keçirildi. Matçda Fransa 4–2 hesabı ilə rəqibinə qalib gəldi və futbol tarixində ikinci dəfə Dünya Çempionu oldu.

2018 FİFA Dünya Kuboku finalı
2018 Fi̇fa Dünya Kuboku Finalı
Turnir 2018 FİFA Dünya Kuboku
Tarix 15 iyul 2018 (2018-07-15)
Yer Lujniki stadionu, Moskva
Matçın adamı Antuan Qrizman (Fransa)
Hakim Nestor Pitana (Argentina)
Tamaşaçı 78011
Hava Qismən buludlu
27 °C (81 °F)
51% rütubət
2014
2022

Fransa final matçında qalib gəlməklə 2021 FİFA Konfederasiyalar Kubokunda da iştirak etmə hüququnu qazandı.

Yer

Finalın keçiriləcəyi stadion Moskvadakı Lujniki stadionudur.Yaponiyanın Tokyo şəhərində FİFA İcraiyyə Komitəsinin keçirdiyi toplantı nəticəsində bu stadion final oyununun keçiriləcəyi stadion olaraq bəlirləndi. Stadion həmçinin mundialın 14 iyundakı açılış və 11 iyuldakı yarı final matçları daxil olmaqla 8 matça ev sahibliyi etdi.

1956-cı ildə açılmış Lujniki stadionu 1992-ci ilədək Mərkəzi Lenin Stadionu olaraq adlanırdı.Stadion Lujniki Olimpiya Şəhərciyinin bir hissəsidir. Stadion Rusiya millisinin əsas stadionu olmaqla yanaşı, keçmiş dövrlərdə SSRİ millisinin də əsas stadionu idi. Bundan əlavə,stadion keçmişdə ÇSKA Moskva, Torpedo Moskva, Spartak Moskva klublarının ev oyunlarını keçirdiyi stadion olmuşdu.Amma, hal-hazırda stadion heç bir futbol klubu tərəfindən istifadə olunmur.

Stadion vaxtı ilə çox sayda mötəbər turnirə ev sahibliyi edib. Lujniki 1980 Yay Olimpiya Oyunlarının əsas idman kompleksi idi. Belə ki, stadionda oyunların açılış və bağlanış mərasimləri keçirilməsi ilə bərabər, həm də atletika, futbol (qızıl medal matçı ilə birlikdə 4 oyun) və atçılıq yarışları da keçirilmişdi. Stadion 1999 UEFA Kuboku Finalı ilə yanaşı, 2008 UEFA Çempionlar Liqası Finalının şahidi olub. Stadionda keçirilən digər mötəbər turnirlərə, 1957 Buz Xokkeyi Dünya Çempionatının final matçı, 1973 Yay Universiadası, 1984 Dostluq oyunları1998 Dünya Gənclik Oyunları misal göstərilə bilər. Stadionda müxtəlif dünyaca məşhur müğənnilərin və musiqi qruplarının – Maykl Cekson, The Rolling Stones, Madonna, Metallica konsertləri olmuşdur.

UEFA stadionu 5 reytinq ulduzundan 4 ulduzla qiymətləndirib. Stadion Rusiyanın və 2018-ci ildəki mundial zamanı ən böyük stadion olmaqla yanaşı, həm də Şərqi Avropanın ən böyük stadionudur. Avropanın isə səkkizinci böyük stadionudur. Stadion 2013-cü ildə yenidən bərpa olundu və bu təmir işləri 2017-ci ildə tamamlandı. Bu təmir-bərpa işləri 350 milyon -ya baha başa gəldi.

Arxaplan

UruqvayBraziliya milliləri 1/4 Finalda turnirə vida etdikdən sonra yoluna davam edən 4 komanda qaldı. Bu dörd komandanın dördü də Avropa ölkələrini təmsil edirdi. Bundan əvvəlki üç mundialda da Avropa komandası kubokun sahibi olmuşdu. Beləliklə ardıcıl dördüncü dəfə kuboku Avropa tərəfinin öz bölgəsinə götürəcəyi bəlli oldu. Mundiallar tarixində doqquzuncu dəfə Avropa ölkələri öz aralarında qalibi müəyyənləşdirmək üçün öz aralarında oynayacaqdılar. Axrıncı dəfə belə final 2006 və 2010-cu illərdə olmuşdu.

Fransa üçüncü dəfə mundialın finalında iştirak etmə hüququ qazandı. 1998-ci ildəki Fransa ilk dəfə ev sahibliyi etdiyi mundialda finala çıxma uğurunu göstərmişdi. Həmin finalda da rəqibi olan Braziliyanı 3–0 hesabı ilə məğlub etmişdi. Axırıncı dəfə 2006-cı ildə final oynayan Fransa rəqibinə oyun sonrası penalti zərbələri nəticəsində uduzmuşdu. Didye Deşamp Frans Bekkenbauer, Rudi Fölyer və Mario Zaqallodan sonra dördüncü həm futbolçu həm də baş məşqçi olaraq finala çıxma uğurunu qazanan futbol adamı oldu.

Beşinci dəfə mundialda iştirak edən Xorvatiya millisi ilk dəfədir ki, finalda iştirak etmə hüququnu qazandı. Ümumiyyətlə, Xorvatlar mundiallar tarixində ən yaxşı çıxışını 1998-ci ildə debüt etdikləri çempionatda əldə etdikləri üçüncü yerlə qazanıblar. Belə ki, yarı finalda ev sahibi Fransaya 2–1 hesabı ilə uduzan Xorvatlar, üçüncülük oyununda eyni hesabla Hollandlara qalib gəlmişdilər.

Bu matç Xorvatiya ilə Fransa arasında oynanan səkkizinci matç olacaq. Digər matçlara nəzər yetirsək, Fransanın Xorvatiyaya uduzmadığının şahidi olarıq. Fransızlar xorvatlarla oynadığı 7 matçda 3 qələbə qazanmış, 4 dəfə də heç-heçə etmişdir.

Finala gedən yol

Fransa Mərhələ Xorvatiya
Rəqiblər Nəticə Qrup mərhələsi Rəqiblər Nəticə
2018 Fi̇fa Dünya Kuboku Finalı  Avstraliya 2–1 1-ci matç 2018 Fi̇fa Dünya Kuboku Finalı  Nigeriya 2–0
2018 Fi̇fa Dünya Kuboku Finalı  Peru 1–0 2-ci matç 2018 Fi̇fa Dünya Kuboku Finalı  Argentina 3–0
2018 Fi̇fa Dünya Kuboku Finalı  Danimarka 0–0 3-cü matç 2018 Fi̇fa Dünya Kuboku Finalı  İslandiya 2–1
C qrupu birincisi
Komanda O Xal
1 2018 Fi̇fa Dünya Kuboku Finalı  Fransa 3 7
2 2018 Fi̇fa Dünya Kuboku Finalı  Danimarka 3 5
3 2018 Fi̇fa Dünya Kuboku Finalı  Peru 3 3
4 2018 Fi̇fa Dünya Kuboku Finalı  Avstraliya 3 1
Qrupdakı son nəticələr D qrupu birincisi
Komanda O Xal
1 2018 Fi̇fa Dünya Kuboku Finalı  Xorvatiya 3 9
2 2018 Fi̇fa Dünya Kuboku Finalı  Argentina 3 4
3 2018 Fi̇fa Dünya Kuboku Finalı  Nigeriya 3 3
4 2018 Fi̇fa Dünya Kuboku Finalı  İslandiya 3 1
Rəqiblər Nəticə Pley-off mərhələsi Rəqiblər Nəticə
2018 Fi̇fa Dünya Kuboku Finalı  Argentina 4–3 1/8 final 2018 Fi̇fa Dünya Kuboku Finalı  Danimarka 1–1 (ə.v) (3–2 pen.)
2018 Fi̇fa Dünya Kuboku Finalı  Uruqvay 2–0 1/4 final 2018 Fi̇fa Dünya Kuboku Finalı  Rusiya 2–2 (ə.v) (4–3 pen.)
2018 Fi̇fa Dünya Kuboku Finalı  Belçika 1–0 Yarım-final 2018 Fi̇fa Dünya Kuboku Finalı  İngiltərə 2–1 (ə.v)

Oyun öncəsi

Matç topu

Final matçının rəsmi topu Telstar Mechta seçildi. Bu top Adidas Telstar 18-in qırmızı rəngli bir versiyası idi.

Hakimlər

2018 Fi̇fa Dünya Kuboku Finalı 
Finalı idarə edən hakim – Nestor Pitana

12 iyul 2018-ci ildə FİFA Hakimlər Komitəsi tərəfoindən finalı idarə edəcək hakim təyin olundu. Bu hakim 43 yaşlı Argentinalı Nestor Pitana idi. Bu final matçı Pitananın bu ilki mundialda idarə edəcəyi beşinci matç olacaqdı. Bundan əlavə, Pitana mundiallar tarixində həm açılış həm final matçını idarə edən ikinci hakim oldu. 2010-cu ildən FİFA'nın Beynəlxalq hakimi olan Pitana 2014 FİFA Dünya Kubokunda dörd matçı idarə etmişdi. Onun köməkçiləri öz həmvətənliləri olan Hernan Maydana və Xuan Pablo Bellatti olacaq. Hollandiyalı Byörn Keypers isə matçda dördüncü hakim olacaq. İtaliya Futbol Federasiyasından olan Massimilyano İrrati mundiallar tarixində ilk dəfə video köməkçi hakim olaraq final matçını idarə edəcək.

Qapanış mərasimi

Turnirin bağlanış mərasimi final matçı başlamamışdan əvvəl keçirildi.13 iyul 2018-ci ildə FİFA turnirin bağlanış mərasimində Uill Smit, Niki Cem və Era İstrefinin birgə turnirin rəsmi mahnısı olan "Live It Up"ı səsləndirəcəklərini elan etdi. Bununla yanaşı, mərasimdə opera müğənnisi Aida Qarifullina və onu müşayiət edən uşaq xoru Rusiyanın xalq mahnısı olan Kalinkanı səsləndirdi.

Matç

Xülasə

Matç yerli vaxtla saat 18:00-də (15:00 UTC) başladı. Matçın temperaturu 27 °C (81 °F) idi. Matçda bir neçə dəfə gözlə görülə bilən şimşək çaxdı. Lujniki stadionu yenə tam dolu vəziyyətdə idi. Belə ki, matçı 78011 tamaşaçı izləyirdi. Bununla bərabər oyunu 10 Dövlət başçısı izləyirdi. Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç daha çox nəzərə çarpırdı. Hər iki komandanın start heyətləri yarı final oyunlarında çıxarılan start heyətləri ilə eyni idi.

Xorvatiya ilk hissədə daha çox topla oynayan tərəf idi. Antuan Qrizmanın hücumunun qarşısı Marçelo Brozoviç tərəfindən kobudluqla qarşısı alındı. Buna görə də hakim cərimə zərbəsi təyin etdi. Qrizman qapıya 30 metrlik uzaqlıqdan cəribə zərbəsini yerinə yetirirdi. Qapıya doğru topu ortaladı və 18-ci dəqiqədə Mandzukiç səhvən öz qapılarının sol küncünün torunu silkələdi. İlk dəfə idi ki, Dünya Çempionatının finalında avtoqol vurulurdu.

Bu qoldan 10 dəqiqə sonra Xorvatlar hesabı bərabərləşdirdi. Belə ki, Luka Modriçin yerinə yetirdiyi cərimə zərbəsinin nəticəsində top Domaqoy Vidaya gəldi. Vida isə topu Rakitiçə ötürdü. Rakitiç isə sol ayağı ilə qapının sağ aşağı küncünə dəqiq zərbə vurmaqla hesabı 1–1 etdi. 34-cü dəqiqədə sağ tərəfdən yerinə yetirilən künc zərbəsinin nəticəsində top İvan Perişiçin əlinə dəydi. Hakim bu anı görməmişdi, lakin oyunçular qışqıraraq topun ələ dəydiyini hakimə israrla deyirdilər. Hakim bu halın olub olmadığını dəqiqləşdirmək üçün video köməkçi hakimdən rəy istədi. Həm də özü də dəfələrlə həmin anın təkrarına baxdı. Təkrara baxdıqdan sonra hakim Fransanın lehinə qərar verdi. Penaltini yerinə yetirən Qrizman komandasını 2–1 hesabı ilə önə keçirtdi. Fransa ilk yarını öndə bitirdi. İşin maraqlı tərəfi isə Fransa tərəfinin hissə boyu qapıya tək bir dəqiq zərbə vurması olub. Bundan əlavə, Fransa ilk hissədə topa sahib olmada da Xorvatiyadan xeyli geri idi: 34%

59-cu dəqiqədə Pol Poqba ilk zərbəsini vurdu, lakin zərbənin qarşısı alındı. Təkrar zərbəni cərimə zərbəsinin kənarından qapının sol tərəfinə dəqiq zərbə endirərək hesabı 3–1 etdi. Altı dəqiqə sonra Kilian Mbappe uzaqdan qapının sol küncünə möhtəşəm zərbə endirərək hesabı artırdı. Mbappe bu qolu vurmaqla 1958-ci il mundialındakı finalda Peledən bəri qol vuran ilk yeniyetmə oldu. 69-cu dəqiqədə Fransanın qapıçısı Huqo Lyorisin səhvindən Mandzukiç istifadə etdi və hesabı 4–2 etdi. Matç elə bu hesabla başa çatdı və ən çox qol vurulan mundiallardan biri oldu.

Detallar

15 iyul 2018
18:00 (Moskva vaxtı ilə) (UTC+3)
2018 Fi̇fa Dünya Kuboku Finalı  Fransa 4 : 2
Hesabat
2018 Fi̇fa Dünya Kuboku Finalı  Xorvatiya
Mandzukiç 2018 Fi̇fa Dünya Kuboku Finalı  18' (ö.q)
Qrizman 2018 Fi̇fa Dünya Kuboku Finalı  38' (pen.)
Poqba 2018 Fi̇fa Dünya Kuboku Finalı  59'
Mbappe 2018 Fi̇fa Dünya Kuboku Finalı  65'
Qollar Perişiç 2018 Fi̇fa Dünya Kuboku Finalı  28'
Mandzukiç 2018 Fi̇fa Dünya Kuboku Finalı  69'
Lujniki stadionu, Moskva
Tamaşaçı: 78 011
Hakim: 2018 Fi̇fa Dünya Kuboku Finalı  Nestor Pitana
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
Fransa
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
2018 Fi̇fa Dünya Kuboku Finalı 
Xorvatiya
GK 1 Huqo Lyoris (K)
RB 2 Benjamin Pavar
CB 4 Rafael Varan
CB 5 Samuel Umtiti
LB 21 Lukas Hernandez 2018 Fi̇fa Dünya Kuboku Finalı  41'
CM 6 Paul Poqba
CM 13 N'Qolo Kante 2018 Fi̇fa Dünya Kuboku Finalı  27' 2018 Fi̇fa Dünya Kuboku Finalı  55'
RW 10 Kilian Mbappe
AM 7 Antuan Qrizman
LW 14 Blez Matuidi 2018 Fi̇fa Dünya Kuboku Finalı  73'
CF 9 Olivye Jiru 2018 Fi̇fa Dünya Kuboku Finalı  81'
Əvəzetmələr:
MF 15 Stiven Nzonzi 2018 Fi̇fa Dünya Kuboku Finalı  55'
MF 12 Korenten Tolisso 2018 Fi̇fa Dünya Kuboku Finalı  73'
FW 18 Nabil Fekir 2018 Fi̇fa Dünya Kuboku Finalı  81'
Baş məşqçi:
2018 Fi̇fa Dünya Kuboku Finalı  Didye Deşamp
2018 Fi̇fa Dünya Kuboku Finalı 
GK 23 Daniyel Subaşiç
RB 2 Şime Vrsalko 2018 Fi̇fa Dünya Kuboku Finalı  90+2'
CB 6 Dean Lovren
CB 21 Domaqoy Vida
LB 3 İvan Striniç 2018 Fi̇fa Dünya Kuboku Finalı  81'
CM 7 İvan Rakitiç
CM 11 Marçelo Brozoviç
RW 18 Ante Rebiç 2018 Fi̇fa Dünya Kuboku Finalı  71'
AM 10 Luka Modriç (K)
LW 4 İvan Perişiç
CF 17 Mario Mandzukiç
Əvəzetmələr:
FW 9 Andrey Kramariç 2018 Fi̇fa Dünya Kuboku Finalı  71'
FW 20 Marko Pyatsa 2018 Fi̇fa Dünya Kuboku Finalı  81'
Baş məşqçi:
2018 Fi̇fa Dünya Kuboku Finalı  Zlatko Daliç

Oyunun adamı:
Antuan Qrizman (Fransa)

Hakim köməkçiləri:
Hernan Maydana (Argentina)
Xuan Pablo Belatti (Argentina)
Dördüncü hakim:
Byörn Keypers (Hollandiya)
Beşinci hakim:
Ervin Zeynstra (Hollandiya)
Video köməkçi hakim:
Massimilyano İrrati (İtaliya)

Statistikalar

Oyun sonrası

Paris küçələrində (sol) və Zəfər tağında (sağ) matçdan sonra azarkeşlərin bayram etməsi.

Fransanın baş məşqçisi Didye Deşamp Frans BekkenbauerMario Zaqallodan sonra üçüncü şəxs oldu ki, həm oyunçu olduğu vaxt, həm də məşqçi olaraq Dünya Kubokunu başı üzərinə qaldırdı. Fransa millisinə qızıl medalları və kuboku prezidentlər – Putin, Makron və Qrabar-Kitaroviç tərəfindən leysan yağışın altında verildi.

Xorvatiya millisindən olan Luka Modriç turnirin ən yaxşı oyunçusu seçildi. Antuan Qrizman isə final matçının adamı seçildi. Bundan əlavə, o bu turnirdə 4 qol və 2 asist etməklə bürünc top və gümüş buts mükafatına da layiq görüldü. Mbappe isə turnirin ən yaxşı gənc oyunçusu seçildi.

Fransada isə izdiham hökm sürürdü. Hamı küçəyə çıxaraq səhər açılana kimi bu qələbəni qeyd etdi. Təxminən 90000 insan Eyfel qülləsinin ətrafında yerləşən fanzone-da, 1 milyona yaxın insan isə Yelisey çöllərində bu qələbəni qeyd etdilər. Lakin bu bayram keçirmələrin nəticəsində bədbəxt hadisələr də baş verdi. Belə ki, bəzi yerlərdə polislə toqquşmalar yaşandı, 2 nəfər həyatını itirdi. Bu zəfərə görə müvəqqəti olaraq bəzi metro stansiyalarının adları dəyişdirildi. Təzə qoyulan adlar isə Fransa millisində oynayan bir sıra futbolçuların adları idi. Xorvatiya tərəfi isə uduzmağına rəğmən çox qürurlu və xoşbəxt idi. 16 iyulda Xorvatlar vətənə dönəndə, 550000-ə yaxın azarkeş komandanı Zaqreb Aeroportunda qarşıladı. Komanda Aeroportdan Ban Yelaciç Meydanına qədər avtobusla altı saatlıq tur etdi.

İstinadlar

Xarici keçidlər

2018 Fi̇fa Dünya Kuboku Finalı   Futbol portalı 2018 Fi̇fa Dünya Kuboku Finalı   Rusiya portalı 2018 Fi̇fa Dünya Kuboku Finalı   Moskva portalı

Tags:

2018 Fi̇fa Dünya Kuboku Finalı Arxaplan2018 Fi̇fa Dünya Kuboku Finalı Finala gedən yol2018 Fi̇fa Dünya Kuboku Finalı Oyun öncəsi2018 Fi̇fa Dünya Kuboku Finalı Matç2018 Fi̇fa Dünya Kuboku Finalı Oyun sonrası2018 Fi̇fa Dünya Kuboku Finalı İstinadlar2018 Fi̇fa Dünya Kuboku Finalı Xarici keçidlər2018 Fi̇fa Dünya Kuboku Finalı2018 FİFA Dünya KubokuFransa milli futbol komandasıFİFA Dünya KubokuLujniki stadionuMoskvaXorvatiya milli futbol komandası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Olimpdə Zevsin heykəliAzərbaycanın Milli QəhrəmanıEpitetTriqonometriyaLimfa düyünləriAzərbaycan Memarlıq və İnşaat UniversitetiMicrosoft WordDünya ölkələrinin siyahısıMart soyqırımıRövşən LənkəranskiQədim MisirƏliHəmidə ÖmərovaBirinci Dünya müharibəsiQuşlarNeft DaşlarıKürəkçay müqaviləsiƏdatDüzbucaqlı paralelepipedBakı kəndlərinin siyahısıXankəndiKanadaÇilov adasıİsaak NyutonDədə QorqudAnar ƏləkbərovDünya okeanıAmoksisillinNazirlər Kabineti (Azərbaycan)Azərbaycan Respublikası Mərkəzi BankıƏsas nitq hissələriVenera (planet)İmadəddin NəsimiAnklavArtemida məbədiSenzorHeydər Əliyev adına Hərbi İnstitutVüsal Kazımov (baş leytenant)Yüngül atletikaAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıKöməkçi nitq hissələriAzərbaycanlı-erməni qırğınları (1905-1906)Fələstin DövlətiLionel MessiQızdırmaGünəşTorpaq9 May Qələbə GünüOlimpiya oyunlarıSəməd VurğunƏshabi-Kəhf (mağara)Neftçi PFKMayVitaminlərİnsan penisinin uzunluğuMəhəmmədhüseyn ŞəhriyarQızılcaŞöhrət ordeni (Azərbaycan)Kub metrNyuton qanunlarıSeyid Əzim ŞirvaniŞəkilçiŞiəlikƏtraf mühitAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiAzərbaycan Hərbi Dəniz QüvvələriÜnsiyyətAzərbaycanın təbii sərvətləriSabirabad rayonuTeymurilərin Azərbaycana yürüşləriAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıBumeranqDövlət Sərhəd Xidməti (Azərbaycan)ŞahmatArxeoloji abidələrHekayəAzərbaycan muzeylərinin siyahısı🡆 More