2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum

Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum.

Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib.

2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum
Yaşıl hissələr-'Hə' , qırmızı hissələr-'Yox' (Rəngin çalarları səslərin gücünü göstərir)

Tarix

Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir.

Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub.

Debatlar

Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb.

Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb. Salmond müstəqillikdən sonra Şotlandiyanın canını nüvə silahlarından qurtaracağına söz verib. "Bu axşam mənim tək bir sözüm var: Şotlandiyada yaşayan və çalışan insanlardan başqa heç kəs bu ölkəni yaxşı idarə edə bilməz. Sentyabrın 18-də bizim əlimizə belə bir imkan düşəcək. Bu fürsətdən ikiəlli yapışmaq lazımdır", — o deyib.

Kampaniyalar

2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum 
Mağazadada 'Hə' kampaniyası

Müstəqilliyə qarşı çıxan "YOX" kampaniyası leyborist, mühafizəkar və liberal demokratları "Better Together" ("Birlikdə daha yaxşıdır") koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, "YOX" kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15–20%-i hələ tam qərarını verməyib.

İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. "Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər", — o deyib.

Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və "Şengen müqaviləsi" üstünlüklərindən yararlanmağa çalışır.

Nəticə

Seçim Səslər %
Yox 2,001,926 55.30
1,617,989 44.70
Qeydə alınan səslər 3,619,915 99.91
Qeydə alınmayan(səhv və ya boş) səslər 3,429 0.09
Ümumi səslər 3,623,344 84.59
Seçici sayı 4,283,392 100

Bu təbliğata rəhbərlik edən Şotlandiyanın birinci naziri Aleks Salmond artıq mətbuata öz məğlubiyyətini etiraf edib. Bundan sonra, əsas diqqət rəsmi Londondan daha artıq azadlıq tələb etmək uğrunda siyasi fəaliyyətlər davam edəcək.

Tənqid

Şotlandiya hökuməti və "Hə" kampaniyası Londonu siyasi təzyiq və seçkilərdə saxtalaşma elemeyəni ittiham edib.

Beynəlxalq reaksiya

  • 2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum  İspaniya: İspaniyanın baş naziri Mariano Rahoy video mesajında dedi ki, Şotlandiya ciddi nəticələrdən çəkindi və "hər kəs üçün ən yaxşı seçimi elədi; özləri üçün, bütün Britaniya üçün və Avropanın qalanı üçün."
    • Basklar ölkəsinin başçısı Iñigo Urkullu dedi ki, Britaniya hökuməti Şotlandiyaya öz gələcəyini azad şəkildə seçmək hüququnu verdi, Basklar ölkəsini etməli olduğu İspaniyada oxşar razılığa gələrək "Şotlandiyanın yolundan getməkdir".

İstinadlar

Tags:

2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum Tarix2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum Debatlar2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum Kampaniyalar2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum Nəticə2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum Tənqid2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum Beynəlxalq reaksiya2014 Şotlandiyanın Müstəqilliyi Haqqında Referendum İstinadlar2014 Şotlandiyanın Müstəqilliyi Haqqında ReferendumBöyük BritaniyaŞotlandiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)AllergiyaİtBöyük Moğol imperiyasıCəlilabad rayonuVəfa ŞərifovaMirzə Fətəli AxundovRövşən CavadovKarles PuçdemonCihazPakistanQaranquşlarBuenos Ayres Konvensiyasıİngiltərə burjua inqilabıTəbiətAzərbaycan Quru QoşunlarıNyu-YorkÇaldıran döyüşüMonteneqroNəriman NərimanovDağMüslüm Maqomayev (bəstəkar)Mübariz İbrahimovAğdamAlbaniyaAktyorBabəkAzərbaycan himniMicrosoft ExcelTrapesiyaNitq hissəsiOmonimXocalı soyqırımı qurbanlarının siyahısıBiq BenKovsər surəsiYol nişanlarıRamiz MehdiyevQan dövranıKor bağırsaqƏdatApp StoreRum rəqəmləriİğdır iliAprel döyüşləriFunksiya (riyaziyyat)BananAntarktidaİslamın beş şərtiAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıNeft DaşlarıWhatsAppƏli QurbanovAyİsimBasketbolTərəzi (astrologiya)Leyli və Məcnun (Nizami)BeyinQara delfin həbsxanasıAzərbaycanın Qırmızı KitabıSəməd VurğunKleopatraMədət QuliyevAğdam Çörək Muzeyiİşığın sınmasıSərdar Fərhad PaşaCo BaydenAzərbaycanın telefon kodlarıİqtisadiyyatTamamlıqAzərbaycanın Milli QəhrəmanıSəfəvilərDünya ölkələrinin siyahısıPolad HəşimovADA UniversitetiHeydər Əliyev ordeniSinqapur🡆 More