İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir.
Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.
İprit | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₄H₈Cl₂S |
Molyar kütlə | 0 kq |
Fiziki xassələri | |
Sıxlıq | 1,37 q/sm³, 1,338 q/sm³, 1,2741 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 13,5 °C, 14,45 °C |
Qaynama nöqtəsi | 198 ± 9 °C, 227,8 °C |
Buxarın təzyiqi | 9,59921 Paskal, 14,6655 Paskal |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,5313 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 505-60-2 |
PubChem | 10461 |
RTECS | WQ0900000 |
ChEBI | 25434 |
BMT nömrəsi | 2810 |
ChemSpider | 21106142 |
Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.
İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.
Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir.
İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İprit mədə-bağırsaq yollarına düşdükdə 30–60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.
İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.
Deqazasiya xlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.
This article uses material from the Wikipedia Azərbaycanca article İprit, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.