Beynəlxalq Əlillər Günü

Beynəlxalq Əlillər Günü — 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur.

Beynəlxalq Əlillər Günü
"Arabaçı" Əlillər Şəbəkəsi İctimai Birliyinin təşkil etdiyi tədbir

Tarixi

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Azərbaycanda əlillər

Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub.

İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.

Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. 1997–2003-cü illərdə 508 ailə mənzillə, 138 ailə isə fərdi evlə təmin olunub. 1998–2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib…

Ümumdünya Əlillik Həftəsi

Əlillər Günü çox vaxt unudulan və ya cəmiyyətdən kənarlaşdırılan əlilliyi olan insanlar və onların ehtiyacları haqqında məlumatlılığın artırılması və onların dərk edilməsi üçün xüsusi bir gündür. Əlilliyi olan insanların töhfələrini və nailiyyətlərini təbliğ etmək və sosial şüurun yaradılması üçün hər il dekabrın 3-də qeyd olunur.

10 May Əlillər Həftəsinin açılışı

11 May Gözdən Əlillər Günü,

12 May Eşitmə və Nitq Əlillər Günü,

13 May Ortopedik Əlillər Günü,

14 May İntellekt və Əqli Əlillər Günü,

15 May Zəif Qocalar və Qorunmağa Ehtiyacı olan Uşaqlar Günü,

16 May Əlillər Həftəsinin Ümumi Qiymətləndirilməsi,

İstinadlar

Tags:

Beynəlxalq Əlillər Günü TarixiBeynəlxalq Əlillər Günü Azərbaycanda əlillərBeynəlxalq Əlillər Günü Ümumdünya Əlillik Həftəsi[1]Beynəlxalq Əlillər Günü İstinadlarBeynəlxalq Əlillər Günü

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qüvvə (fiziki kəmiyyət)Jalə ƏhmədovaƏrəb xilafətiAzərbaycan Silahlı QüvvələriAzərbaycan banklarının siyahısıCənubi AzərbaycanAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)İqtisadi sanksiyalarMolla Pənah VaqifAzərbaycandakı şəhərlərin siyahısıHüceyrəƏkinçi (qəzet)AvstraliyaOlimpdə Zevsin heykəliAppendisitMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Dədə QorqudRusiya imperiyasıQərbi Azərbaycan mahallarıŞamaxıAzərbaycan gölləriVeysəl Musibovİnsan İnkişafı İndeksiMoskvaSuçiçəyiMuğamVergiArif PaşayevRənglər siyahısıŞiəlikAzərbaycan mətbəxiİqlim dəyişikliyiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)İçərişəhərPiramida (həndəsə)PakistanMilli Məclis (Azərbaycan)IP ünvanıİkinci Dünya müharibəsiFikrət ƏmirovBirləşmiş Millətlər TəşkilatıOksigenGəncəSkarlatinCavanşir MəmmədovAlbaniyaDemarkasiya xəttiAntonimSöz birləşməsiİranNigar CamalKonusAzərbaycanın telefon kodlarıPulBakı kəndlərinin siyahısıİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıFransaİsrafil Məmmədov (hərbçi)TəyyarəNidaAtmilçək qaş səhləbiAzərbaycanın palçıq vulkanlarıZeynəb XanlarovaBağanıs AyrımBadClauseBənzətməSözün həqiqi mənasıİsmin hallanmasıTəbiətin qorunmasıAzərbaycan Ərəb xilafətinin tərkibindəBaşkənd (Gədəbəy)Dağlıq QarabağDöyüş arabasıSakit okeanInstagramQuran surələrinin siyahısıII MuradVərəmÇernobıl faciəsi🡆 More