Əsrimizin Siyavuşu

Əsrimizin Siyavuşu (osman.

Məhəmməd Əmin əsəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazıb. Əsər 1923-cü ildə İstanbulda çap edilib.

Əsrimizin Siyavuşu
osman. عصرمزك سیاوشی
İstanbuldaki nəşrin türk dilində olan titul vərəqi (1923)
İstanbuldaki nəşrin türk dilində olan titul vərəqi (1923)
Janr esse
Müəllif Məhəmməd Əmin Rəsulzadə
Orijinal dili türk dili
Yazılma ili 1920
Nəşr ili 1923
Nəşriyyat Amedi Mətbəəsi
Əvvəlki "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti"

Yazılma tarixi

Əsrimizin Siyavuşu 
Əsərin müəllifi Məhəmməd Əmin Rəsulzadə

Bakı 1920-ci ildə bolşeviklərin əlinə keçdikdən sonra Məhəmməd Əmin Rəsulzadə bir ay müddətində şəhərdə qalmışdı. Daha sonra o, dostu ilə birlikdə Gürcüstana getdi. Onlar səyahət zamanı Şamaxı qəzasının Lahıc qəsəbəsində, yerli sakinlərin birinin evində qalırlar. Evin kiçik kitabxanasında fars, azərbaycan və rus dillərində kitablar var idi. Kitabxanada Məhəmməd Əmin diqqətini çəkən əsər Firdovsinin "Şahnamə"si idi. Məhəmməd Əmin ev sahibinin icazəsi ilə kitabı oxumağa başladı. Onun ən çox xoşuna gələn hissə Siyavuş haqqında dastan idi. Məhəmməd Əmin hekayə ilə tanış olsa da, bir dəfə də dostuna yüksək səslə oxudu. Əsərdən ilhamlanan Məhəmməd Əmin dedi:

Əsrimizin Siyavuşu  Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam. Əsrimizin Siyavuşu 

Məhəmməd Əminin dostu hər dəqiqə basqın gözləntisi olduğu halda onun yazı yazacağına inanmadı. Ancaq o, yazmağa başladı. Məhəmməd Əmin bir neçə səhifə yazdıqdan sonra onlar yerlərini dəyişdirməli oldular. Yeni yer onun daha da ilhamla işləməsinə kömək etdi. Altı gün sonra yenidən yerlərini dəyişdilər. Burada sonuncu bölmənin qaralama variantı tamamlandı.

Amma Rəsulzadə dostu ilə Lahıcda daha çox qala bilməzdilər. Qəsəbə sakinlərindən bəziləri nəzarət altına alınmışdılar, qəsəbənin üzərində isə müşahidə edilirdi. Rəsulzadə Lahıcı tərk etdi və kəndlərin birində əsərini təzədən yazmağa başladı. Tutulacaq deyə ehtiyatlanan Məhəmməd Əmin Rəsulzadə, əsərin surətini kəndlinin evində saxladı, qaralama halın isə özündə. Amma tezliklə onun gizləndiyi yer tapıldı, özü isə həbs edildi. Təslim olmadan öncə Rəsulzadə onda olan surəti məhv etmişdi.

Əsrimizin Siyavuşu 
Əsərin yazıldığı İsmayıllı rayonunun Lahıc qəsəbəsi

Rəsulzadə Moskvaya aparıldı. İki ildən sonra onu Finlandiyaya, oradan isə İstanbula köçürtmək mümkün oldu. Bu iki il ərzində kəndliyə verdiyi nüsxənin saxlanılması haqda heç bir şey öyrənə bilməmişdi. Həmən əsərin onun dostlarında olması mümkün deyil idi, çünki Məhəmməd Əmin Rəsulzadə kəndliyə tapşırmışdı ki, onun yazılı icazəsi olmadan nüsxəni heç kəsə verməsin. Nəhayət, 1923-ci ildə Rəsulzadə İstanbula gəlib çatmış əsəri tapdı. "Əsrimizin Siyavuş" həmin il İstanbulda dərc olundu.

Rəsulzadə itirilmiş əməyinə görə çox üzülürdü. Onun dostları ona əsəri yenidən yazmağı məsləhət görürdülər, amma Rəsulzadə qeyd edirdi ki: "Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun (saxlanıldığım zaman daşıdığım gizli ad) əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.

Çapı

"Əsrimizin Siyavuşu" ilk dəfə 1923-cü ildə İstanbulda türk dilində çap edildi. 1928-ci ildə əsər yenidən İstanbulda çapdan çıxdı. 1989-cu ildə "Əsrimizin Siyavuşu" Ankarada nəşr olundu.

"Əsrimizin Siyavuşu" ilk dəfə azərbaycan dilində 1990-cı ildə Bakıda çap edildi. Mais Əlizadə əsəri türk dilindən tərcümə etmişdi.

Mənbələr

Şərhlər

İstinadlar

Ədəbiyyat

  • Мәммәд Әмин Рәсулзадә. Әсримизин Сијавушу. Чағдаш Азәрбајҹан әдәбијјаты. Чағдаш Азәрбајҹан тарихи / Под ред. Арифа Аджалова. — Б.: Ҝәнҹлик, 1990. — 112 с. — ISBN 5-8020-0772-9.
  • Әлијев М. Мәммәд Әмин Рәсулзадәнин өмүр јолу (азерб.) // Әсримизин Сијавушу. Чағдаш Азәрбајҹан әдәбијјаты. Чағдаш Азәрбајҹан тарихи. — Б.: Ҝәнҹлик, 1990.
  • Балаев А. Мамед Эмин Расулзаде (1884-1955) / Научный редактор: М. Н. Губогло – доктор исторических наук, профессор, зам. директора Института этнологии и антропологии РАН. Рецензент: С. М. Исхаков – доктор исторических наук, профессор, Институт Российской истории РАН.. — М.: Издательство «Флинта», 2009. — 288 с. — ISBN 978-5-9765-0785-2.

Tags:

Əsrimizin Siyavuşu Yazılma tarixiƏsrimizin Siyavuşu ÇapıƏsrimizin Siyavuşu MənbələrƏsrimizin SiyavuşuAzərbaycan Milli ŞurasıAzərbaycan Xalq CümhuriyyətiBakı əməliyyatıEsseLahıc (İsmayıllı)MüsavatMəhəmməd Əmin RəsulzadəOsmanlı türkcəsiTürk diliİstanbul

🔥 Trending searches on Wiki Azərbaycanca:

PerimetrBakıda yerləşən abidələrin siyahısıSəyavuş Hüseynli9 (ədəd)QuşlarSəfəvilərNeft Daşları (film, 1990)Azərbaycan banklarının siyahısıƏsr namazıBəxtiyar VahabzadəSinan OğanMisirAzərbaycan Daxili QoşunlarıAhəng qanunuBabaQız qalasıOvçuluqŞakiraMirqafar SeyidovKəpənəklərSillogizmElxanilər dövlətiXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Azərbaycan manatıMurad DadaşovÇoxmənalı sözlərFaizI Qaplan GərayTabesiz mürəkkəb cümlələrAzərbaycanın inzibati bölgüsüKənd təsərrüfatıDünyanın yeddi möcüzəsiSalamAzərbaycan Futbol Federasiyaları AssosiasiyasıRamazan bayramıKondensator (elektrik)MeşəDərman bitkiləriAzərbaycan RadiosuBananAzərbaycan Sovet Sosialist RespublikasıAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıOrucQaraqoyunlularAllergiyaXaçmaz rayonuTörəməTamamlıqHeyvanlara qarşı şiddətMorfologiya (linqvistika)Rəsul RzaMəzarTarİncəsənət xadimiDinYovşanSözün həqiqi mənasıVəftizŞuşa qalasıMüxtəsər vurma düsturlarıİrşadPolşaAğacdələnlərCəlil MəmmədquluzadəQarışqalarÖzbəkistanYeni il YaponiyadaNorveçKosa və keçəlVilayət EyvazovRusiya imperiyasıQafqaz AlbaniyasıİsveçXudayar Yusifzadəİsaak NyutonMark TvenAsteroidASAN xidmətXəzər dənizi adalarının siyahısı🡆 More