Film İv Sen Loran

İv Sen Loran (fr.

Film İv Sen Loran Bu məqalə Rejissor Cəlil Lespert İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film haqqındadır. Rejissor Bertrand Bonellonun İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film üçün San Loran (film, 2014) səhifəsinə baxın.

Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır.

İv San Loran
Yves Saint Laurent
Filmin posteri
Filmin posteri
Janr bioqrafik film, dram filmi[…], LGBT mövzulu film[d]
Rejissor Cəlil Lespert
Prodüserlər Yannik Bollore
Vassim Beji
Əsərin müəllifi Lorens Benyaminin "İv San Loran" bioqrafiyası
Ssenari müəllifləri Jak Fieşi
Ceremi Gez
Mari-Pyer Hasterin
Baş rollarda Pyer Niney
Gilyom Qalen
Şarlotta Le-Bon
Laura Smet
Mari de Vilpen
Ksavye Lafit
Nikolay Kinski
Aleksandr Steycer
Jan-Eduard Bodziak
Operator Tomas Hardmeyer
Bəstəkar İbrahim Maaluf
İstehsalçılar İstefsal edən: Canal+, SND, Wy Productions
Distribütor: The Weinstein Company (ABŞ)
Distribütor The Weinstein Company[d], Netflix
İlk baxış tarixi 8 yanvar 2014
Müddət 105 dəq.
Büdcə €12 milyon
Gəlir $23,292,860
Ölkələr Fransa Fransa
Dillər fransız
ingilis
rus
ərəb
yapon
Rəng rəngli
Çəkiliş yeri Paris
IMDb ID2707858

Məzmunu

Film İv Sen Loranın 1958-ci ildən sonrakı həyatı haqqındadır. Filmdə İv Sen Loran və onun biznes və həyat partnyoru Pyer Berjenin fransız moda industriyasında fəaliyyətindən, bütün çətinliklərinə baxmayaraq birlikdə qalmalarından və bir-birini sevmələrindən bəhs olunur. Filmdə açıq homoseksual səhnələr də yer alır.

Rollarda

  • Pyer Niney — İv Sen Loran
  • Gilyom Qalen — Pyer Berje
  • Şarlotta Le-Bon — Viktoriya Dotreleu
  • Laura Smet — Lulu de la Falyez
  • Mari de Vilpen — Betti Katrua
  • Ksavye Lafit — Jak de Başe
  • Nikolay Kinski — Karl Lagerfeld
  • Ruben Alves — Fernando Sánchez
  • Marianna Basler — Lusyeb San Loran
  • Astrid Vetnoll — İvon De Peyerimhoff
  • Anna Alvaro — Mari-Luis Busqet
  • Mişel Qarsiya — Raymonde Zehnaker
  • Patris Tibod — Kristian Dior
  • Amira Kasar — Anna-Mari Munoz
  • Aleksandr Steycer — Jan-Pyer Debord
  • Jan-Eduard Bodziak — Bernard Buffet

İstehalı

2013-cü ilin mart ayında “The Weinstein Company” filmin ABŞ-da distribütorluq haqqlarını əldə etdiyini elan etdi, “Entertainment One” isə Birləşmiş Krallıq, Avstraliya, Beneluks ölkələri və Kanadada distribütorluq haqqını aldı.

Çəkilişlər

Film İv Sen Loran 
Rejissor Cəlil Lespert və əsas aktyor Pyer Niney Parisdə filmin premyerasında.

Filmin əsas çəkilişləri 2013-cü ilin iyun ayında başlamışdır. Filmin çəkilişlərinin bir hissəsində Berje özü də iştirak edərək, “San Loranın 1976-cı ildəki məşhur Opéra Ballets Russes kolleksiyasının yenidən yaradılması və sərginin keçirildiyi orijinal məkan olan Vestin otelinin (əvvəlki İnterKontinental oteli) düzənlənməsi üçün podium modellərini çəkiliş meydanına cəlb etmişdir." Berjenin fondu film çəkilişləri üçün “arxivdən 77 vintaj gecə geyimini vermiş, həmçinin Lespertə Parisdə, Marso Avenyudakı mənzil-qərargahda çəkiliş etməyə icazə vermişdir." Berje filmi dəyərləndirərkən qeyd edir ki, “Lespertin filmi Lorens Benyamin tərəfindən yazılmış İv San Loranın bioqrafiyasına və dizanynerinin demonlarının göstərilməsi üçün Berje tərəfindən yazılmış “İvə məktublar” kitabındakı xatirələrə” istinad edilmişdir. Berje deyir: “orda bəzi detallar var ki, mənim xoşuma gəlmir, lakin ümumilikdə bu bir əhəmiyyət kəsb eləmir. Çünki, filmi bir bütöv halında qəbul eləmək lazımdı.”

Qəbulu

Tənqidçilərin mövqeyi

İv Sen Loran filmi müxtəlif rəylər almışdır. Rotten Tomatoes saytı 50 tənqidçinin rəyinə əsasən filmə 5.4/10 bal və 47% müsbət rəy vermişdir. Metacritic isə altı tənqidçinin rəyinə əsasən filmə 47/100 bal (“qarışıq və ya müsbət” rəyli) vermişdir.

İstinadlar

Xarici keçidlər

Tags:

Film İv Sen Loran MəzmunuFilm İv Sen Loran RollardaFilm İv Sen Loran İstehalıFilm İv Sen Loran QəbuluFilm İv Sen Loran İstinadlarFilm İv Sen Loran Xarici keçidlərFilm İv Sen Loran19582014Fransız diliİv San Loran

🔥 Trending searches on Wiki Azərbaycanca:

Səxavət MəmmədovƏlcəzairŞəki rayonuSeks təhsili (teleserial)BeyinAzərbaycan gerbiAzərbaycan şirkətlərinin siyahısıSürücülük vəsiqəsiHafiz PaşayevOkeanUEFA Çempionlar LiqasıKompüter qurğularıDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Birləşmiş Millətlər TəşkilatıMasturbasiyaFolklorKöməkçi nitq hissələriXristianlıqŞirAzərbaycandakı quşların siyahısıEkoloji problemlərAzərbaycandakı çayların siyahısıAnal dəlikD vitaminiAbşeron rayonu9 May Qələbə GünüAzərbaycan Xalq CümhuriyyətiMərakeşAzərbaycan Sovet Sosialist RespublikasıQəbələDolça (astrologiya)Elektrik sahəsiMehriban ƏliyevaFaizGəncəKarles PuçdemonƏdəbiyyatQan damarlarıDairəAntonimFonetikaDəriBucaqQuşlarBronxial astmaAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıAzərbaycan siyasi partiyalarının siyahısıİsimAzərbaycanın inzibati bölgüsüCahid CamalYuxu kimiNeftAlternativ enerjiProqram təminatıQafqazŞamaxıİtaliyaVideosexQədim MisirBabək ƏləkbərovTəyinSultan Süleyman QanuniLimfa düyünləriƏmr cümləsiElektron poçt2024 Avroviziya Mahnı MüsabiqəsiMüstəqillik Günü (Azərbaycan)ŞifrCümləBabəkCavanşirQanaxmaAzərbaycan əhalisiMisCümlənin ikinci dərəcəli üzvləriAğdərə rayonuİslamda oral seksDüz xətt🡆 More