Zeynal Xəlil

Xəlilov Zeynal Rza oğlu (23 mart 1914, Yelizavetpol – 11 avqust 1973, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Zeynal Xəlil
Zeynal Rza oğlu Xəlilov
Zeynal Xəlil
Doğum adı Зейнал Рза оглы Халилов
Təxəllüsü Zeynal Xəlil
Doğum tarixi
Doğum yeri Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan SSR
Təhsili
Fəaliyyəti şair
Fəaliyyət illəri 1932–1973
Mükafatları Zeynal Xəlil
Zeynal Xəlil

Həyatı

On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır.

"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr etmişdir.

"Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.

Yaradıcılığı

Zeynal Xəlil 
Zeynal Xəlilin yaşadığı bina (Azərbaycan pr. 41)

XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bədii sənət nümunələrində əks etdirən Z. Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı, diqqət, sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, "tarix-insan-tale", milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olmuşdur. Buna görə də Z. Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30–70) inkişaf mərhələlərini öyrınmık, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır.

XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Z. Xəlil olmuşdur. Hadisə, ıhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Z. Xəlil şeirinə həzn bir romantika, təbii obrazlılıq, estetik, müasir ruh gətirmişdir.

Əsərləri

  • 1. Əsərləri, 2 cilddə, B., 1965;
  • 2. Əsrim, taleyim mənim, B., 1978;
  • 3.Стихи о горной тропинке, M., 1973.

Xarici keçidlər

İstinadlar

Tags:

Zeynal Xəlil HəyatıZeynal Xəlil YaradıcılığıZeynal Xəlil ƏsərləriZeynal Xəlil Xarici keçidlərZeynal Xəlil İstinadlarZeynal Xəlil11 avqust1914197323 martBakıGəncə

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanın quşlarıMüdafiə Nazirliyi (Azərbaycan)Həmcins üzvlərErmənistanAğdam Çay EviQida zənciriTəbiətin qorunmasıƏli XameneiİşıqforAzərbaycan gerbiİndoneziyaADA UniversitetiAzərbaycan Quru QoşunlarıUzunluq (fizika)Ağdam Çörək MuzeyiHamiləlikKəbəBürclərin işarələriSöz birləşməsiÇevrəSahil BabayevAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıMədəaltı vəziXərçəng xəstəliyiMoskvaMehriban ƏliyevaMərkəzi prosessorMannaFonetikaAzərbaycan RadiosuXocavənd rayonuAğciyər iltihabıRozmarinKöməkçi nitq hissələriAypara və ulduz rəmziAzərbaycan milli-mənəvi dəyərləriİkinci Dünya müharibəsiOvçuluqRoza ZərgərliOman tarixiTerminologiyaRafiq MasallınskiAzərbaycan diliViktoriya AzarenkoÖvrə xəstəliyiTyananmen meydanı etirazları (1989)MeşəHeydər Əliyev MərkəziXocalı soyqırımıHepatit BXarıbülbülQarabağ xanlığıRənglər siyahısıHeydərbabaya salamAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıKürŞizofreniyaBelarusÖd kisəsiSourDövlət Sərhəd Xidməti (Azərbaycan)AvrasiyaFəxrəddin TəhməzovRedinq MuzeyiSuÜnsiyyətKönül XasıyevaTeatrXarici Kəşfiyyat Xidməti (Azərbaycan)EkologiyaÇobanyastığıBitkiPavel SisianovAvropaMəxmərəkAzərbaycan toponimləriİlk tibbi yardımAvstraliya🡆 More