Xristian Simvolikası

Xristianlıq

Xristian Simvolikası

Xristianlıq

Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir.

Balıq, gəmi, lövbər, quş

Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər.

1. Balıq ilk xristian simvollarından biri olmuşdur. O, İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviatursıdır (İXTUS). Bu abreviatur yunan dilində "Xilaskar İsa Məsih Tanrının oğludur" sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir. Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur.

Xristian Simvolikası

2. Gəmi və lövbər xristianlığın ən qədim simvollarından biridir. III əsrdə yaşamış məşhur Roma ilahiyyatçısı İppolit xristian kilsəsini "dalğalar üzərində üzən və heç zaman batmayan" gəmiyə bənzədirdi. Başqaları onu "nicat gəmisi" adlandırırdılar.

Xristian Simvolikası

3. Xristianlığın ən qədim simvollarından biri də Quşdur (Luka 12:6-7). Tanrının daim insanın yaxınlığında olmasınından xəbər verir. Məsələn, göyərçin Müqəddəs Ruhun rəmzidir, sərçənin təsviri isə Tanrının ən xırda şeylərdən belə xəbərdar olduğunu göstərir.

Xristian Simvolikası

Xaç (çarmıx)

Xaç (çarmıx) İsanın edam edildiyi alətin təsviridir. Bu rəmz xristianlıqdan öncə qədim Misirdə həyat simvolu olmuşdur. Xaçın yuxarısında olan dairə qadın, aşağı hissəsi isə kişi başlanğıcını simvolizə edir.
Xristian Simvolikası
Ən sadə və geniş yayılmış xaç latın xaçıdır. Müasir zamanda bu xaç daha da çox protestantların rəmzidir. Xaçın üzərində çarmıxa çəkilmiş İsanın təsviri isə ortodoks (pravoslav) və katolik kilsələrinin rəmzidir.
Xristian Simvolikası
Hər tərəfi eyni ölçüdə olan yunan xaçı. Rəvayətlərə görə bu formada olan xaçda İsanın həvarilərindən biri olan Andreas edam edilmişdi.
Xristian Simvolikası
Qolqofa (İsanı edam edilən təpəliyin adı) xaçı və ya pilləli xaç.
Xristian Simvolikası
Rus ortodoks (pravoslav) kilsəsinin xaçı. Yuxarıdakı xət İsanın edam vaxtı başının olduğu yeri mənasını daşıyır. Aşağıdakı əyri xətin mənası bilinmir. Lakin ola bilər ki, o yuxarıda göstərilər yunan xaçının fraqmentidir.
Xristian Simvolikası
Roma papalarının xaçı, onların rəsli simvoludur. Təsvir olunmuş üç xətt papazların hakimiyyətinin üç dayaqlarının rəmzləridir: kilsə, dünya və göylər.
Xristian Simvolikası
Səkkiz guşəli xaç suyuna salınma mərasiminə aid olan xaç. Dirçəlişin rəmzidir. Yunan xaçına bənzər yan xətləri "Xİ"(Ksi) adlanan yunan hərfidir (Xristos sözünün baş hərfi).
Xristian Simvolikası
Qələbənin rəmzi olan Yunan xaçı. Yuxarıda olan hərflər yunanca "İsa" və "Xristos" sözlərinin baş hərfləridir. Aşağıda isə "NİKA" (qalib) sözü yazılmışdır.
Xristian Simvolikası
Yeruşalaim (Qüds) xaçı xaçlıların dövründə Qüdsdə Latın krallığının rəsmi gerbi olmuşdur. Barada böyük xaç İsa Məsihin şəxsiyyətini, onun ətrafında olan dörd xırda xaçlar isə dünyanın dörd guşəsində dörd İncilin bəyan edilməsini simvolizə edir.
Xristian Simvolikası

Labarum

Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır.

Xristian Simvolikası

Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı.

Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi. Bu yuxunu görəndən sonra, Konstantin öz əskərlərinə gördüyü labarumu öz qalxanlarının üzərində təsvir etməyi əmr etmişdi. Bu döyüş onun qələbəsi ilə bitmişdi və bundan sonra Konstantinus roma imperatoru olmuşdu. Onun hakimiyyəti dövründə də Xristianlıq dövlət dini statusunu almışdı.

Günümüzdə də hərbi və dövlət simvolları kimi labaruma bənzər rəmzlərdən istifadə edilir.

Mənbə

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 157-161. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

Bibliya simvolikası

Bibliya simvolikasıBibliyada istifadə olunan bədii obrazlara, yüksək ruhsal anlayış və gerçəklikləri ifadə edən işarələrə Bibliya simvolikası deyilir. Bibliyadakı simvollar, sözlə ifadə olunmaz gerçəklikləri ifadə etmək, bu dünyaya aid olan söz və obrazlar vasitəsilə İlahi varlığın sirlərini açıqlamaq üçün işlənən vasitələrdir.

Sözlərlə ifadə olunan simvollar

Bunlara ilk əvvəl Müqəddəs Kitabda olan Tanrının adları, antropomirfizm və sosiomorfizmlər, habelə Bibliya naturomorfizmləri daxildir. Bibliyanın ilk fəsillərində dünyanın yaranması və ən qədim tarixin sirləri, eləcə də Bibliyanın axırıncı kitabında dünyanın gələcəyi simvollarla təsvir olunmuşdur. Müqəddəs Kitabda "məkan" ilə əlaqəli olan obrazlar da simvolik xarakter daşıyır ("Göylərdə" olan Tanrı; dünyamıza "gələn, enən" Məsih). Ruhsal sirləri elmi dillə açıqlamayan simvolların əsas xüsusiyyəti, bu dünyadan pərdələnən ruhani aləmin gerçəkliklərini ötürmək qabiliyyətidir.

Əşyalarla ifadə olunan simvollar

Bunlara Əhdi-Ətiq dövründə ibadət üçün istifadə olunan müqəddəs əşyalar, məsələn Tanrının Öz xalqının arasında olmağına işarə edən Əhd Sandığı və Hüzur Çadırı kimi maddi obyektlər daxildir. Əhdi-Ətiqdə məbədin quruluşu (yeddi çıraq, tuncdan hovuz və s.) Tanrının izzəti ilə dolu olan Kainatın rəmzlərindən ibarətdir. Xristian mərasimlərində işlənən maddi elementlər də Əhdi-Cədidin simvollarına əsaslanır.

Hərəkətlərlə ifadə olunan simvollar

Müqəddəs Kitabda peyğəmbər və möminlərin Tanrı-Taalanın qarşısında özlərini simvolik hərəkətlərlə ifadə etdiklərini, Tanrının dediyini bəyan etmək üçün dramatik hərəkətlərdən istifadə etdiklərini görə bilirik. Musa və Yeşua Müqəddəs yerdə duranda, ayaqlarından çarıqlarını çıxardırdılar. Süleyman məbədin təqdis edildiyi zaman dua edəndə əllərini göyə açdı. Yeremya peyğəmbər Yerusəlimin Babilə təslim ediləcəyini elan etmək üçün boynuna boyunduruq taxmış xalqın arasında gəzirdi. Əhdi-Ətiqdə bu kimi simvolik hərəkətlər saysız-hesabsızdır.

Əhdi-Cədiddə də İsa Məsihin simvolik hərəkətlərini görürük. Məsələn, İsa Məsih bar gətirməyən əncir ağacını lənətlədiyi zaman, tövbə və iman meyvəsini verməyən insanın ruhən ölü vəziyyətini göstərmişdir. İsa Məsih axırıncı şam yeməyində bir çoxları uğrunda axıtdığı qanı ilə Yeni Əhdi bağlayanda bu şam yeməyini simvolik bir hərəkətə - xristian kilsəsi üçün müqəddəs mərasimə döndərmişdir.

Rəqəmlərlə ifadə olunan simvollar

Müqəddəs Kitabdakı bəzi rəqəmlər simvolik olduğuna görə dəqiq deyil, şərti xarakter daşıyır. Məsələn, 40 rəqəmi mühüm bir hadisədən öncə hazırlıq dövrü göstərən simvol kimi işlənir. Nuhun dövründə böyük daşqın 40 gün davam etdi, Musa Sina dağında 40 gün qaldı, İsrail oğulları 40 il səhrada dolaşdı, İlyas peyğəmbər Tanrının dağına qırx gün-qırx gecə yol getdi, İsa Məsih 40 gün səhrada oruc tutdu. Bundan əlavə, bir nəslin ömrü 40 il sayılırdı.

12 rəqəmi seçilmişlər mənasını verirdi (İsrailin 12 qəbiləsi, Məsihin 12 həvarisi, qəbilələrin hərəsində 12 min seçilmişlər).

10 rəqəmi tamlığın rəmzidir. Məsələn, Misir xalqına verilən 10 cəza, Tanrının 10 əmri, 15-ci Məzmurda müqəddəs məskənə yaxınlaşmaq üçün 10 şərt.

Müqəddəs Kitabda tamlığı, kamilliyi göstərmək məqsədilə daha çox işlənən simvol 7 rəqəmidir. Yaradılış Kitabı 1-ci fəsildə dünyanın yaranması 7-ci gündə istirahətlə tamamlanır; 10-cu fəslə əsasən, bütün millətlər 70 əcdadlardan əmələ gəldi. İsa Məsihin həvariləri 7 köməkçinin seçilməyini təşkil edirlər, Vəhy Kitabında 7 imanlılar cəmiyyəti və 7 ulduz haqqında danışılır.

4 rəqəmi dünyanın 4 əsas səmtinə görə "ümumdünya" mənasına gəlir. Buna görə, cənnətdən çıxan çay 4 qola bölünürdü, Yezekel peyğəmbərin görüntüsündə Səmavi Çadırı daşıyan simvolik 4 varlığın hər birinin 4 üzü və 4 qanadı var idi.

3 rəqəmi Müqəddəs Kitabda Tanrının üçlü vahid təbiətini simvolizə edir, xilas tarixinin mühüm mərhələlərini ifadə edir.

Simvolik rəqəmlərin xüsusi bir növü kriptoqrammadır (yunan dilindən “gizli yazı”). Bir misal kimi, İbrani dilində David דָּוִד (Davud peyğəmbər) sözündəki hərfləri rəqəm olaraq 14-ə bərabərdir (7+7). Bu isə öz növbəsində, Məsihin doğulmasından əvvəlki 3 böyük dövrdəki nəsillərin sayına uyğun gəlir.

Mənbə

  • Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Символы библейские», «Символические действия», «Символические числа библейские» http://krotov.info/spravki/temy/s/simvol.html Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine

İstinadlar

Tags:

Xristian Simvolikası Balıq, gəmi, lövbər, quşXristian Simvolikası Xaç (çarmıx)Xristian Simvolikası LabarumXristian Simvolikası Bibliya simvolikasıXristian Simvolikası İstinadlarXristian SimvolikasıXristianlıq

🔥 Trending searches on Wiki Azərbaycanca:

MirvariBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)MultikulturalizmAtəşgah (Bakı)QanAzərbaycanda neft sənayesiKütlə vahidləriFacebookQədim MisirQoç (astrologiya)Sifət (qrammatika)Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)İngiltərə tarixiMisirHidrogenAdolf HitlerVenera (planet)Elektrik cərəyanıQarabağ FKXarıbülbülNida cümləsiMarketinqAzərbaycanın inzibati bölgüsüİnformasiyanın kodlaşdırılmasıAzərbaycan adalarının siyahısıKompüter qurğularıCəbrTərcüməAvtomobilin tarixiVyetnamQara QarayevLitrQan qrupuNatural ədədlərAzərbaycan Respublikası Dövlət Neft Şirkəti2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıQırğızıstan coğrafiyasıDünya ölkələrinin pul vahidləriBronxitFevralƏvəzlikPakistanAğcabədi rayonuƏlifbaİqlim dəyişikliyiAğqoyunlularAzərbaycan bayrağıİnternetBağlayıcıBeşinci nəsil qırıcıSəlib yürüşləriGözƏmir TeymurYeni Müsavat (qəzet)Ölkə paytaxtlarının siyahısıQobustan Dövlət Tarixi-Bədii QoruğuŞirvanşahlar sarayıBakı kəndlərinin siyahısıMikayıl MüşfiqBəylər EyyubovÇilov adasıİlham ƏliyevTonzillitTürk Dövlətləri TəşkilatıNəriman AxundzadəHekayəBeyinAzərbaycan Respublikasının KonstitusiyasıBöyük Çin səddiİsrailCənubi AzərbaycanRamil UsubovƏli ƏsədovŞəkiOmonimŞəki rayonuİsaak Nyuton🡆 More