1468 Xoy Döyüşü

Xoy döyüşü — 1468-ci ildə Uzun Həsən ilə Həsənəli mirzə arasında baş vermiş döyüşdür.

1468 Xoy Döyüşü Bu məqalə Xoy döyüşü (1468) haqqındadır. Digər mənalar üçün Xoy döyüşü səhifəsinə baxın.

Döyüş Uzun Həsənin qələbəsi ilə başa çatdı. Həsənəli mirzənin bu məğlubiyyəti ilə Qaraqoyunlu dövləti dağıldı və yerini Ağqoyunlu dövlətinə verdi.

Xoy döyüşü
Tarix 1468
Yeri Xoy
Səbəbi Ağqoyunluların Azərbaycanı ələ keçirmək üçün hücumu
Nəticəsi Ağqoyunluların qələbəsi
Ərazi dəyişikliyi Azərbaycanınİranın bir hissəsinin Ağqoyunlular tərəfindən ələ keçirilməsi
Münaqişə tərəfləri

1468 Xoy Döyüşü Ağqoyunlular

1468 Xoy Döyüşü Qaraqoyunlular

Komandan(lar)

1468 Xoy Döyüşü Uzun Həsən

1468 Xoy Döyüşü Həsənəli mirzə

Tərəflərin qüvvəsi

20.000

80.000

Tarixi

1467-ci ilin 11 noyabr gecəsi cüzi qüvvə ilə Çəpəkcur yaxınlığında Səncəq adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 minlik qoşununun hücumuna məruz qalmış, Qaraqoyunlular məğlub olmuş və Cahanşah öldürülmüşdü. Bu məğlubiyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail oldu və Uzun Həsənin ordusunun qarşısını almağa hazırlaşdı.

Hər iki ordu Xoy yaxınlığında düşərgə saldılar və elçi mübadiləsi başlandı. Lakin elçilər heç cürə tərəflər arasında sülhə nail ola bilmədilər. Həsənəlinin əmri ilə 30 nəfər Ağqoyunlu elçisini öldürüldü. Həsənəlinin Xoydan tədricən Mərənd tərəfə çəkilməyə başlamasından istifadə edən Uzun Həsən kiçik dəstələrlə pusqular yaratdı və Qaraqoyunlu ordusuna zərbə vurdu. Həsənəli qüvvələrinin çox olmasına baxmayaraq Uzun Həsəndən çəkindiyi üçün ordugahının ətrafına xəndək çəkdirərək bir müddət müdafiə olunmaq niyyətində idi. Qaraqoyunlu ordusun uzun müddət yerini dəyişməməsi və istilər səbəbindən orduda xəstəliklər yaranmağa başladı. Uzun Həsən geri çəkilmək adı ilə taktiki hiylə tətbiq etməyə çalışsa da bu da heçbir nəticə vermədi. Beləki, Həsənəli ordusunu yerindən tərpətmirdi. Getdikcə zəifləyən Qaraqoyunlu ordusunun vəziyyətini çox gözəl anlayan sərkərdələr Uzun Həsənin tərəfinə keçdilər, ordunun qalan hissəsi isə dağılmağa başlamışdı. Bundan istifadə edən Uzun Həsən həlledici hücuma keçdi və Qaraqoyunlu ordusu darmadağın edildi.

Həsənəli BərdəyəQaramanlı tayfasına sığındı, oradan Ərdəbilə getdi. Uzun Həsən oğlu Uğurlu Məhəmmədi onun üstünə göndərməsi ilə 1469-cu ilin iyul-avqust aylarında Həmədanda ələ keçirildi və öldürüldü.

İstinadlar

Ədəbiyyat

  • Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
  • Nəcəfli T. H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. — 198 s.
  • Nuriyeva İradə Tofiq qızı. "Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək)". – Bakı: Mütərcim, 2015. – 336 səh.
  • "Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı: "Azərbaycan" nəşriyyatı. 1993–48 s.

Həmçinin bax

Xarici keçidlər

Qaraqoyunlu Həsənəli

Dillər

    Bu səhifə başqa dillərdə mövcud deyil.

    ⚠️ Disclaimer: Content from Wikipedia Azərbaycanca language website. Text is available under the Creative Commons Attribution-Share Alike License; additional terms may apply.
    Wikipedia does not encourage the violation of any laws, and cannot be responsible for any violations of such laws, should you link to this domain, or use, reproduce, or republish the information contained herein.

    Notices:
    • - A few of these subjects are frequently censored by educational, governmental, corporate, parental and other filtering schemes.
    • - Some articles may contain names, images, artworks or descriptions of events that some cultures restrict access to
    • - Please note: Wiki does not give you opinion about the law, or advice about medical. If you need specific advice (for example, medical, legal, financial or risk management), please seek a professional who is licensed or knowledgeable in that area.
    • - Readers should not judge the importance of topics based on their coverage on Wiki, nor think a topic is important just because it is the subject of a Wiki article.