Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridir.
Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilir.
Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır.
Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər.
Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.
Xoruz döyüşlərinin nəticəsində sadəcə bir xoruz sağ-salamat qalır, elə qalib də o seçilir. Döyüş meydanında yatan və döyüşdən qaçan xoruz uduzmuş sayılır. Uduzan xoruz qalib xoruzun yiyəsinə verilir. Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, o zaman bərabərlik elan olunur. Yəni yarış başa çatır və xoruzların arasında sülh bağlanır.
Bir çox ölkələrdə heyvan döyüşdürülməsi qadağan olunasa da, bu adət-ənənə hələ də yaşamaqdadır.
Belə ki, bu döyüşlər Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda və İndoneziyada keçirilir. Amma bu döyüşlərin keçirilməsi qanunla qadağandır. Hətta Sovet dövründə də Azərbaycanda bu yarışın keçirilməsi qadağan olunmuşdu. Amma insanlar bu yarışı gizlində də olsa keçirirdilər.
This article uses material from the Wikipedia Azərbaycanca article Xoruz döyüşü, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.