Ön dörd maddə — Birinci Dünya müharibəsinə son qoymaq üçün sülh danışıqları üçün istifadə edilməli olan sülh prinsipləri haqqında bəyanat.
Prinsiplər prezident Vudro Vilsonun ABŞ Konqresində müharibə məqsədləri və sülh şərtləri ilə bağlı 8 yanvar 1918-ci il tarixli çıxışında qeyd edilmişdir. Bununla belə, onun əsas müttəfiq həmkarları (Fransada Corc Klemenso, Böyük Britaniyadan Devid Lloyd Corc və İtaliyadan Vittorio Emanuele Orlando) Vilson idealizminin tətbiqinə şübhə ilə yanaşırdılar.
ABŞ 6 aprel 1917-ci ildə İttifaq dövlətlərinə qarşı mübarizədə Antantaya qoşulmuşdu. Onun müharibəyə girməsi qismən Almaniyanın Fransa və İngiltərəyə gedən ticarət gəmilərinə qarşı sualtı müharibəni bərpa etməsi və həmçinin Zimmermanın teleqramı ilə bağlı idi. Bununla belə, Vilson Avropada böyük güclər arasında uzun müddətdir davam edən gərginlikdə ABŞ-ın iştirakından yayınmaq istəyirdi. O həmçinin Amerikanın müharibədə iştirakını millətçi mübahisələrdən və ya ambisiyalardan ayırmağa çalışmaq istəyirdi. Rusiya hökumətinin süqutundan sonra bolşeviklər müttəfiqlər arasında bağlanmış gizli müqavilələri ifşa etdikdə mənəvi məqsədlərə ehtiyac daha da aktuallaşdı. Vilsonun çıxışı həmçinin 1917-ci il Oktyabr inqilabından dərhal sonra Vladimir Leninin 1917-ci il noyabr Sülh haqqında fərmanına cavab verirdi.
Vilsonun çıxışı bir çox daxili mütərəqqi ideyaları götürdü və onları xarici siyasətə (azad ticarət, açıq razılaşmalar, demokratiya və öz müqəddəratını təyin etmə) çevirdi. Üç gün əvvəl Böyük Britaniyanın Baş Naziri Lloyd Corc, Vilsonun çıxışı ilə müəyyən oxşarlıqlar daşıyan, lakin təzminatların mərkəzi güclər tərəfindən ödənilməsini təklif edən və Osmanlı imperiyasının türk olmayan vətəndaşlarına verdiyi vədlərdə daha qeyri-müəyyən olan Böyük Britaniyanın müharibə məqsədlərindən bəhs edən çıxış etdi. Çıxışdakı On dörd maddə xarici siyasət müşaviri Edvard Hausun başçılıq etdiyi təxminən 150 məsləhətçidən ibarət "Inquiry" qrupunun gözlənilən sülh konfransında ortaya çıxa biləcək mövzularla bağlı araşdırmasına əsaslanırdı.
This article uses material from the Wikipedia Azərbaycanca article Vudro Vilsonun 14 maddəsi, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.