Zimmermanın Teleqramı

Zimmermanın teleqramı — 1917-ci ilin yanvarında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilən və ABŞ Almaniyaya qarşı Birinci Dünya müharibəsinə girdiyi təqdirdə Almaniya imperiyası ilə Meksika arasında hərbi ittifaq təklif edən gizli diplomatik teleqram.

Almaniyanın köməyi ilə Meksika Texas, ArizonaNyu-Meksiko ştatlarını ələ keçirəcəkdi. Teleqram Britaniya kəşfiyyatı tərəfindən ələ keçirilib.

Zimmermanın Teleqramı
Zimmerman teleqramı Vaşinqtondan Almaniyanın Meksikadakı səfiri Henrix von Ekadrta göndərilib.
Zimmermanın Teleqramı
1916-cı ildə Meksika (tünd yaşıl rəngdə); Zimmerman teleqramında Meksikaya vəd edilmiş ərazi (açıq yaşıl rəngdə); 1836-cı ildən əvvəlki orijinal Meksika ərazisi (qırmızı xətt)

Məzmunun üzə çıxması amerikalıları xüsusən Almaniyanın Xarici İşlər üzrə Dövlət katibi Artur Zimmerman martın 3-də teleqramın həqiqi olduğunu açıq şəkildə etiraf etdikdən sonra qəzəbləndirdi. Bu, 1917-ci ilin aprelində ABŞ-nin Almaniyaya müharibə elan etməsinə dəstək yaratmağa kömək etdi.

Şifrənin açılması Birinci Dünya müharibəsi zamanı Britaniya üçün ən əhəmiyyətli kəşfiyyat zəfəri kimi təsvir edilmişdir və bu elektron kəşfiyyatın dünyaya təsir göstərdiyi ən erkən hadisələrdən biri kimi qeyd olunub.

Məzmunu

Mesaj 1917-ci il yanvarın 17-də Almaniya imperiyasının Xarici İşlər Nazirliyinin dövlət katibi Artur Zimmermann tərəfindən göndərilmiş şifrəli teleqram şəklində gəlmişdi. Mesaj Almaniyanın Meksikadakı səfiri Henrix von Ekkardta göndərilirdi. Zimmerman bu teleqramı Almaniyanın fevralın 1-də sərhədsiz sualtı müharibəsinin bərpası ərəfəsində göndərdi, Almaniya hökuməti bunun ABŞ ilə müharibəyə səbəb olacağını güman edirdi. Teleqramda Ekkarda göstəriş verilirdi ki, əgər ABŞ müharibəyə girəcəyinə əmin olsa, o, Almaniyadan maliyyələşəcək hərbi ittifaq təklifi ilə Meksika hökumətinə müraciət etməlidir. Deşifrə olunmuş teleqram aşağıdakı kimi idi:

Tərcümə olunmuş versiyası:

Biz 1 fevraldan sualtı döyüşlərə başlamaq niyyətindəyik. Əsas məqsədlərimizdən biri ABŞ-ın tərəfsiz qalmağını təmin etməkdir. Buna nail ola bilməsək, aşağıdakı şərtlərlə Meksikaya müttəfiqlik təklif edirik: birlikdə müharibə, birlikdə sülh, maliyyə dəstəyi, Meksikanın Texas, Nyu Meksiko və Arizonadakı itirilmiş ərazilərini yenidən geri almağını dəstəkləmək. Razılaşmanın detalları sizə bağlıdır. ABŞ müharibəyə başlamağa qərar verən kimi, yuxarıda yazılanlar haqqında prezidentə gizli formada məlumat verin. Eyni zamanda belə bir təklif də əlavə edin ki, prezident öz təşəbbüsü ilə Yaponiyanı tabe olmağa çağırsın, bununla Yaponiya və bizim aramızda vasitəçilik etmiş olar. Xahiş edirəm, prezidentin nəzərinə çatdırın ki, inkişaf edən sualtı döyüş bacarıqlarımız bir neçə ay sonra İngiltərəni sülh bağlamağa məcbur edəcək. İmza: Zimmerman.

Orijinalı (almanca):

Wir beabsichtigen, am ersten Februar uneingeschränkten U-Boot-Krieg zu beginnen. Es wird versucht werden, Amerika trotzdem neutral zu halten. Für den Fall, dass dies nicht gelingen sollte, schlagen wir Mexiko auf folgender Grundlage Bündnis vor. Gemeinsame Kriegführung. Gemeinsamer Friedensschluss. Reichlich finanzielle Unterstützung und Einverständnis unsererseits, dass Mexiko in Texas, Neu Mexiko, Arizona früher verlorenes Gebiet zurückerobert. Regelung im einzelnen Euer Hochwohlgeborenen überlassen. Euer Hochwohlgeborenen wollen Vorstehendes Präsidenten streng geheim eröffnen, sobald Kriegsausbruch mit Vereinigten Staaten feststeht, und Anregung hinzufügen, Japan von sich aus zu sofortigem Beitritt einzuladen und gleichzeitig zwischen uns und Japan zu vermitteln. Bitte Präsidenten darauf hinweisen, dass rücksichtslose Anwendung unserer U-Boote jetzt Aussicht bietet, England in wenigen Monaten zum Frieden zu zwingen. Empfang bestätigen. Zimmermann

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Tags:

Zimmermanın Teleqramı MəzmunuZimmermanın Teleqramı İstinadlarZimmermanın Teleqramı Əlavə ədəbiyyatZimmermanın Teleqramı Xarici keçidlərZimmermanın TeleqramıAlmaniya imperiyasıAmerika Birləşmiş ŞtatlarıArizonaBirinci Dünya müharibəsiMeksikaNyu-MeksikoTexas

🔥 Trending searches on Wiki Azərbaycanca:

Tağı ƏhmədovƏlincə qalasıRövşən LənkəranskiXəmsəQədim Gəncə qalasıZoğalOrucAyasofiyaPambıq (bitki)İkinci Dünya müharibəsiXətti tənliklər sistemiMeşəZərifə ƏliyevaBronxitQafqaz AlbaniyasıŞəki xan sarayıXaçmaz rayonuBənzətməRusiya imperiyasıAvropa ölkələrinin siyahısıBakı metrosuAmin RamazanovAyAğciyər iltihabıXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Tahir GözəlBanqladeş–Türkiyə münasibətləriPanamaAntonimBrakonyerlikCəbrayıl rayonuXəzər dəniziEmil BalayevXristianlıqQubadlıTarAzərbaycan şirkətlərinin siyahısıXorvatiyaEgey dəniziİsaak NyutonMübariz İbrahimovİsmin hallanmasıTəzyiqQay FoksSəməndər RzayevVidadi Əliyev (aktyor)Triqonometriyanın əsas düsturlarıPielonefritToxumaTəhminə (film, 1993)ÇörəkArıDəstəmazDüzbucaqlıPeyğəmbərEpizodSəudiyyə ƏrəbistanıŞəddadilərQuran surələrinin siyahısıDilarə Əliyeva (ədəbiyyatşünas)Qızılca (xəstəlik)Üzeyir HacıbəyovÇaldıran döyüşüƏncirTermodinamik potensialÇay (coğrafiya)BalıqYerAlmaniyaTünzalə ƏliyevaKondensator (elektrik)Əbdürrəhim bəy HaqverdiyevBabasilNadir şah ƏfşarDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)CəbəllüttariqBumeranqOrxan SultanovQədim Misir🡆 More