Videotelefoniya

Videotelefoniya, həmçinin videozəng — real vaxtlı kommunikasiya məqsədilə müxtəlif yerlərdə insanlar tərəfindən audio və video siqnalların ikitərəfli və ya çoxnöqtəli qəbulu və ötürülməsi.

Videotelefon eyni vaxtda video və audio əlaqə qura bilən videokamera və videodispleyli telefondur. Videokonfrans bu texnologiyanın fərdi şəxslər üçün deyil, qrup və ya təşkilati görüş üçün istifadəsini nəzərdə tutur. Teleiştirak dedikdə yüksək keyfiyyətli videotelefoniya sistemi və ya görüş texnologiyası nəzərdə tutulur. Bu videodan kənarda robototexnikaya tətbiq edilir. Videokonfrans həm də vizual əməkdaşlıq adlanır və kollaborativ proqram təminatının bir növüdür.

Videotelefoniya
Teleiştirak sistemi. 2007-ci il.

Videokonfrans anlayışının inkişafı XIX əsrin sonlarında başlamışdır, lakin bu texnologiya yalnız 1930-cu illərdən etibarən ictimaiyyətə təqdim edilmişdir. Bu ilkin layihələr poçt şöbələrindəki kabinlərdə quraşdırılmış və müxtəlif dünya ekspozisiyalarında nümayiş etdirilmişdir. 1970-ci ildə AT&T ilk həqiqi videokonfrans sistemini işə salmışdır. Bununla hər kəs xidmətə abunə ola, evində və ya ofisində texnologiyaya sahib ola bilərdi. Videotelefoniya həmçinin, adi köhnə telefon xidməti (POTS) xətləri üzərindən bir neçə saniyədən bir vahidlər arasında hərəkətsiz şəkillər mübadiləsi aparan görüntü telefonlarını da əhatə edirdi və mahiyyətcə yavaş skan edən televiziya ilə eyni idi. 1990-cı illərin axırlarında qabaqcıl video kodeklər, daha güclü mikroprosessorlar və yüksək bant genişliyinə malik internet xidməti inkişaf etmişdir. Nəticədə videotelefonlar istifadəçilər arasında internetin mövcud olduğu istənilən yerində yüksək keyfiyyətli və ucuz rəngli xidmət göstərməyə başlamışdır.

Faydalı tətbiqlərə eşitmə və nitq qüsuru olan insanlar üçün jest dilinin ötürülməsi, distant təhsil, teletibb və mobillik problemlərinin aradan qaldırılması daxildir. Bu, görüşləri və konfransları asanlaşdırmaq üçün kommersiya və korporativ şəraitdə də istifadə olunur. Xəbər media təşkilatları mobil telefon şəbəkəsindən daha yüksək keyfiyyətli audio təmin etmək üçün "Skype" kimi masa üstü texnologiyalarından istifadə etməyə başlamışdılar. Beləliklə onlar video bağlantıları peşəkar avadanlıq göndərmədən və ya peşəkar studiyadan istifadə etmədən daha ucuza həyata keçirə bilirdilər. Daha populyar videotelefoniya texnologiyaları ənənəvi stasionar telefon şəbəkəsindən daha çox internetdən istifadə edir. Buna baxmayaraq, müasir telefon şəbəkələri rəqəmsal paket protokollarından istifadə edir və videotelefoniya proqramı adətən rəqəmsal radiotelefoniya şəbəkələri üzərindən smartfonlarda tətbiq olunur.

Həmçinin bax

Mənbə

İstinadlar

Ədəbiyyat

  • Mulbach, Lothar; Bocker, Martin; Prussog, Angela. "Telepresence in Videocommunications: A Study on Stereoscopy and Individual Eye Contact". Human Factors. 37 (2). 1995: 290–305. doi:10.1518/001872095779064582. ISSN 0018-7208. PMID 7642183.

Əlavə ədəbiyyat

Xarici keçidlər

Tags:

Videotelefoniya Həmçinin baxVideotelefoniya MənbəVideotelefoniya Əlavə ədəbiyyatVideotelefoniya Xarici keçidlərVideotelefoniyaRobototexnikaSəsVideoVideokameraVideokonfrans

🔥 Trending searches on Wiki Azərbaycanca:

NorveçDmitri Donskoy (roman)Polad HəşimovRövşən NəcəfNazpəri DostəliyevaAminturşularİnsultVüqar BiləcəriSahibkarlıqXurşidbanu NatəvanQanİnteqralAppleAzərbaycan himniTolerantlıqKitabi-Dədə QorqudPilotsuz uçuş aparatıAntonimMir CəlalFatihə surəsiFüzuli rayonuŞuşa rayonuƏshabi-Kəhf (mağara)Albert Mustafayevİslam peyğəmbərləriMəhəmmədhüseyn ŞəhriyarAzıx mağarasıHacı ŞahinZaur BaxşəliyevRöya AyxanBanqladeşAzərbaycan Kommunist PartiyasıAzərbaycan İkinci Dünya müharibəsindəElm və Təhsil Nazirliyi (Azərbaycan)Azərbaycanın Milli Qəhrəmanlarının siyahısıMüdafiə Nazirliyi (Azərbaycan)Köməkçi nitq hissələriPeyvəndReal Madrid FKÇilov adasıCəlilabad rayonuBronxitAy təqvimiQız qalasıƏfqanıstanHeydər Əliyev adına Hərbi İnstitutMemar Əcəmi metrostansiyasıSovet Sosialist Respublikaları İttifaqıHikmət HacıyevNatural ədədlərAprel döyüşləriTamamlıqSeks (dəqiqləşdirmə)Avtomobilİslamda tanrının adlarıRus əlifbasıTəbiətUnitar dövlətQazaxıstanDərinin xoşxassəli törəmələriSayAra sözlərXocalı soyqırımıHindistanLəzgilərMonarxiyaKəmalə HüseynovaMayTəbii zonalarYeni Müsavat (qəzet)MeşəTriqonometriyanın əsas düsturlarıİsmayıllı rayonuBabasilAğciyərƏrəb xilafəti🡆 More