Ağır Atlet, 1994 Valentin Xristov

Valentin Xristov (tam adı: Valentin Snejov oğlu Xristov, bolq.

2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb, elə həmin ildəcə "Tərəqqi" medalı ilə təltif edilib. 2018-ci ilin 22 dekabrında Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti Valentin Xristovdan 2012-ci il Olimpiadası zamanı götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıb. Sidik analizləri nəticəsində atletin orqanizmindən dehidroxlorometiltestosteron aşkarlanıb. Buna görə də o, XXX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.

Valentin Xristov
Ağır Atlet, 1994 Valentin Xristov
Şəxsi məlumatlar
Tam adı Valentin Snejov oğlu Xristov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (30 yaş)
Doğum yeri
Boyu 156 sm
Çəkisi 62 kq
İdman növü Ağır Atlet, 1994 Valentin Xristov Ağır atletika

Karyerası ərzində Valentin Xristov Dünya Çempionatlarında 2 gümüş, 6 bürünc medal qazansada, yalnızca 2 bürünc medal istisna olmağla, bütün medallardan, dopinq qəbul etdiyi üçün məhrum edilib. Avropa Çempionatlarında isə 9 qızıl medala sahib olan Valentin Xristov 2013-cü ildə Albaniyanın paytaxtı Tirana şəhəridə baş tutan yarışda qazandığı 3 qızıl medaldan məhrum edilib.

2015-ci il 4 dekabrda Beynəlxalq Ağır atletika Federasiyasının (IWF) qərarına əsasən, qadağa olunan preparatlardan istifadə ietdiyi üçün 8 il müddətinə beynəlxalq yarışlardan uzaqlaşdırıldı. Onun, cəzası 4 dekabr 2023-cü ildə başa çatır.

Həyatı

Valentin Xristov 1994-cü il 30 martda Bolqarıstanın Şumen şəhərində anadan olub. 2005-ci ildən idmanla məşğul olan Valentin Xristovun birinci məşqçisi İvan Leçev idi. 2008-ci ilə qədər isə o, Zlatan Vanevin rəhbərliyi altında məşq etdi.

Valentin Xristov Azərbaycan vətəndaşı Nərgiz Paşayeva ilə ailəlidir, 14 yanvar 2014-cü il doğumlu Viktoriya adında qız övladı var.

Karyerası

Bolqarıstan yığması

Valentin Xristov birinci beynəlxalq yarışına 2009-cu ilin may ayında Tailandın Çianqmay şəhərində qatıldı. Bolqarıstanlı gənc atlet, 15 yaşlı Valentin Xristov 50 kiloqram çəki dərəcəsində gənclər arasında Dünya Çempionatında mübarizə apardı. O, birdən qaldırmada, ardıcıl olaraq 83, 88 və 90 kiloqramlıq ştanqları qaldırdı və 4-cü yeri tutdu. Təkanla qaldırmada isə Valentin Xristov 103 kiloqram nəticə göstərdi və ümumi yekunda 193 kiloqram nəticə ilə 24 idmançı sırasında 5-ci yeri tutdu.

Elə həmin ilin sentyabr ayında Valentin Xristov İsrailin Eylat şəhəri baş tutan gənclər arasında Avropa Çempionatı qüvvəsini sınadı. Yenə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Valentin Xristov birdən qaldırmada 90 kiloqram, təkanla qaldırmada isə 103 kiloqramlıq nəticə göstərdi. Ümumi yekunda 193 kiloqram nəticə ilə Valentin Xristov yalnızca həmyerlisi Stefan Matsarovdan geri qaldı və gənclər arasında Avropa Çempionatının gümüş medalını qazandı.

Daha sonra, Bolqarıstan yığmasının məşqçisi Zlatan Vanev Azərbaycan Ağır atletika Federasiyası (AAAF) tərəfindən Azərbaycan yığmasına dəvət olundu. O, isə bu dəvəti qəbul etdi və Azərbaycan yığmasının məşqçisi oldu. Zlatan Vanev öz növbəsində yığmaya, birgə çalışdığı Bolqarıstan atletlərini gətirdi. Həmin atletlər sırasında Boyanka Kostova, Silviya Anqelova və Valentin Xristovda var idi.

Azərbaycan yığması

Valentin Xristov Azərbaycan yığmasının heyətində birinci yarışına 2011-ci ildə Rusiyanın Kazan şəhərində qatıldı. Valentin Xristov 56 kiloqram çəki dərəcəsində Avropa Çempionatında mübarizə apardı. O, birdən qaldırmada 115 kiloqram, təkanla qaldırmada isə 147 kiloqram nəticə göstərdi və ümumi yekunda 262 kiloqramlıq nəticə ilə yeni Avropa rekordunu müəyyən etdi. Bu göstərici ilə Valentin Xristov Avropa Çempionatının qızıl medalını qazanmalı idi. Amma, Valentin Xristov ilə eyni 262 kiloqramlıq nəticə göstərən Moldovalı Oleq Sirqinin, şəxsi çəkisi onunla, müqayisədə çox olduğundan, məhz qızıl medalı Oleq Sirqi qazandı. Valentin Xristova isə gümüş medalda qismət olmadı. Onun, Azərbaycan yığmasının heyətində beynəlxalq yarışlara qatılmağa hüququ olmadığı üçün, yarışlarda göstərdiyi nəticələri ləğv edildi.

Xristov 2013-cü ildə orqanizmindən dehidrometiltestestoron maddəsi aşkarlandığı üçün 2 il, 2015-ci ildə isə nandrolon tapılması səbəbindən 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristov 2013-cü il Avropa çempionatının qızıl, 2015-ci il dünya çempionatının bürünc medalından məhrum edilib.

Dekabr 2018-ci ildə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra Valentin Xristovun sidik analizlərində qadağan olunmuş dehidroxlorometiltestosteron (Dehydrochloromethyltestosterone) maddəsi aşkarlanıb və o, oyunlardan müvəqqəti kənarlaşdırılıb. Olimpiya tarixində Azərbaycanın ağır atletika üzrə qazandığı yeganə medalın əlindən alınması gündəmə gəlib.

Uğurları
Sıra İl Yarış Şəhər Birdən qaldırma Təkanla qaldırma Cəmi Yer
1 2 3 Yer 1 2 3 Yer
1. 2009 Gənclərin Dünya Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Çianmay 83 88 90 4. 103 108 108 8. 193 5.
2. Gənclərin Avropa Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Eylat 85 90 90 2. 103 111 111 1. 193 2.
3. 2011 Avropa Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Kazan 262 1.
4. Gənclərin Azərbaycan Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Bakı 1.
5. Dünya Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Paris 122 122 122 5. 150 154 157 3. 276 3.
6. 2012 Avropa Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Antalya 117 122 125 1. 145 150 155 1. 280 1.
7. Olimpiya Oyunları Ağır Atlet, 1994 Valentin Xristov  London 123 127 130 3. 154 158 159 3. 286 DQF
8. "Qran-Pri" beynəlxalq turniri Ağır Atlet, 1994 Valentin Xristov  Bakı 127 132 135 1. 155 165 170 1. 302 1.
9. 2013 Avropa Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Albaniya 133 137 140 1. 170 175 1. 312 1.
10. Yeniyetmələrin Dünya Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Lima 130 135 138 1. 166 178 178 1. 316 1.
11. Dünya Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Vrotslav 136 139 141 3. 170 176 176 3. 311 3.
12. "Qran-Pri" beynəlxalq turniri Ağır Atlet, 1994 Valentin Xristov  Bakı 127 127 135 1. 155 160 165 1. 292 1.
13. 2014 Azərbaycan Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Bakı 1.
14. 2015 Avropa Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Tbilisi 133 135 142 1. 160 1. 295 1.
15. Dünya Kuboku Ağır Atlet, 1994 Valentin Xristov  Astara 315 2.
16. Dünya Çempionatı Ağır Atlet, 1994 Valentin Xristov  Hyuston 137 141 143 2. 171 176 181 2. 317 3.
Dövlət təltifləri
Fərdi mükafatları

İstinadlar

Xarici keçidlər

Tags:

Ağır Atlet, 1994 Valentin Xristov HəyatıAğır Atlet, 1994 Valentin Xristov KaryerasıAğır Atlet, 1994 Valentin Xristov İstinadlarAğır Atlet, 1994 Valentin Xristov Xarici keçidlərAğır Atlet, 1994 Valentin Xristov19942012 Yay Olimpiya Oyunları30 martAtletikaAzərbaycanBolqar diliBolqarıstanBöyük BritaniyaLondond:Q181830

🔥 Trending searches on Wiki Azərbaycanca:

İnsanın tənəffüs sistemiAzərbaycanın Qırmızı kitabına düşən quşlarMaliyyəƏli Nağıyev (general)AğciyərQızılcaTeymurilərin Azərbaycana yürüşləriFatiməXəmsəAzərbaycanda təhsilBakı metrosuİrəvan xanlığıTürkdilli dövlətlərUnitar dövlətMüxtəsər vurma düsturlarıKimyəvi elementƏdatİnformasiya təhlükəsizliyiQafqaz AlbaniyasıBakı Konqres MərkəziNadir şahPerimetrLəzgilərƏli ƏhmədovLeyli və Məcnun (Füzuli)Uzunluq (fizika)AnarSabirabad rayonuƏrəb xilafətiZəngəzur26 aprelPiramida (həndəsə)KanadaAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Latın diliSual cümləsiİsaak NyutonƏtraf mühitCavanşirSaitTəsirlik halLeykozFutbolSınıqlarAlternativ enerjiI TəhmasibAmerika Birləşmiş ŞtatlarıAran xalçalarıKürAzərbaycanın təbii sərvətləriƏfqanıstanCənubi KoreyaPənahəli xanMehdi HüseynzadəXəttatXərçəng xəstəliyiAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıTalışlarİnformasiya texnologiyalarıİbtidai insan sürüsüİşıqforAlbert EynşteynBöyrəkAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıƏbdürrəhim bəy HaqverdiyevBirinci Qarabağ müharibəsiGöygöl (göl)Osmanlı sultanlarının siyahısıAzərbaycan meşələriKosmosAvropa İttifaqıPaleolitFonetik təhlilAzərbaycan İkinci Dünya müharibəsindəUlduzSəbuhi MəmmədovBronxitÜnsiyyət🡆 More