Vg247: Veb-sayt, kompüter oyunları və video oyun sənayesi üzrə ixtisaslaşmış

VG247 (VG24/7 kimi üslublaşdırılıb) — 2008-ci ilin fevral ayında Patrik Qarratt tərəfindən Böyük Britaniyada təsis edilən videooyunlar üzrə ixtisaslaşmış bloq.

CNET bloqu olan Crave saytı dünyanın ən yaxşı üçüncü videooyun bloqu hesab etmişdir.

VG247
Loqonun şəkli
Vg247: Tarix, Mükafatlar, İstinadlar
URL vg247.com
Kommersiya Yox
Tipi Videooyun
Qeydiyyat Yox
Dilləri İngilis dili
İtalyan dili
Polyak dili
Türk dili
Sahibi videogaming247 Ltd.
Müəllif (lər) Patrik Qarratt
Redaktor Mett Martin (baş redaktor)
Açılma tarixi 14 fevral 2008 (16 il əvvəl) (2008-02-14)
Alexa reytinqi 3,869 (15 dekabr 2018)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Jurnalist Patrik Qarratt tərəfindən "Eurogamer Network" şirkətinin dəstəyi ilə 2008-ci ilin fevral ayında videogaming247.com adı altında təsis edilən "VG247" Böyük Britaniyadakı ilk videooyun bloqu olmuşdur. Fəaliyyətinin ilk dövrlərində "VG247" videooyunları gözdən keçirmirdi və sadəcə xəbərlər, müsahibələr və öncədənbaxışlara diqqət ayırmışdı. O dövrdə Qarratt saytın redaktor heyətinin yeganə üzvü idi.

2009-cu ilin əvvəllərində sayt "VG247" adı ilə yenidən fəaliyyətə başlamışdır. Saytın url keçidi dəyişdirilmiş, dizaynı yenidən işlənmişdi.

2012-ci ildə "VG247" orijinal video məzmunlar hazırlamağa başlamışdır. 2014-cü ildə Mett Martin saytın yeni baş redaktoru olmuş, Patrik Qarratt isə nəşrçi olmuşdur. Bu dövrdə sayt ikinci dəfə dizaynını dəyişdirmişdir. Həmin ilin mart ayında "VG247" bloqunun italyan dilindəki saytı fəaliyyətə başlamışdır.

2015-ci ilin oktyabr ayında "VG247" "Uncharted 4: A Thief's End" videooyunu üçün olan gözdən keçirmələrini ləğv etmiş və ictimai şəkildə üzr istəmişdir. Buna səbəb "Sony" şirkətinin mütəxəssislərə "Uncharted 4" yerinə "Uncharted 2: Among Thieves" videooyununun yenidən nəşrini gözdən keçirdiklərini bildirməsi idi.

Mükafatlar

"VG247" Oyun KİV Mükafatlarında iki dəfə (2008, 2009) ən yaxşı veb-sayt və ən yaxşı onlayn bloq mükafatlarına nominasiya olmuşdur. 2008-ci ildəki nominasiyalarında heç bir mükafata layiq görülməsə də, sayt 2009-cu ildə ən yaxşı onlayn bloq mükafatına layiq görülmüşdür. Həmin il, Qarratt ən yaxşı onlayn mütəxəssis yazıçı mükafatına layiq görülmüşdür.

2010-cu il və 2011-ci ildə Oyun KİV Mükafatlarında sayt yenidən ən yaxşı onlayn bloq mükafatına nominasiya olmuşdur.

İstinadlar

Xarici keçidlər

Tags:

Vg247 TarixVg247 MükafatlarVg247 İstinadlarVg247 Xarici keçidlərVg247BloqBöyük BritaniyaCNETVideooyun

🔥 Trending searches on Wiki Azərbaycanca:

ÇobanyastığıŞirvanşahlar dövlətiABŞ-nin ştatlarıİsmin hallanmasıNəqliyyatFövqəladə Hallar Nazirliyi (Azərbaycan)AlmaniyaQondarma Dağlıq Qarabağ RespublikasıƏsas nitq hissələriRum rəqəmləriSual cümləsiHeydər Əliyev adına Hərbi İnstitutArTabeli mürəkkəb cümləŞamaxıSöhbətül-əsmarSəbinə ƏliyevaƏlcəzairGüc (fizika)Yüzillik müharibəDolça (astrologiya)Vüsal Kazımov (baş leytenant)Bakı kəndlərinin siyahısıAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliSəhiyyə Nazirliyi (Azərbaycan)MenecmentCavanşir Məmmədov (general)Səs gücləndiricisiEyyub YaqubovRövşən LənkəranskiYunanıstanAzərbaycan Silahlı QüvvələriUzunluq (fizika)ŞahmatQaraqoyunlularXəmsəKəlmeyi-şəhadətKimyəvi silahNəsrin CavadzadəAzərbaycan əlifbasıCəfər CabbarlıYarasalarPsoriazVergiBeyləqan rayonuPolad HəşimovMiqrasiyaFatihə surəsiAzərbaycan mətbəxiİnvestisiyaDünya ölkələrinin siyahısıAzərbaycan Quru QoşunlarıƏhalisinə görə ölkələrin siyahısıİyulAnemiyaÖlçü vahidləriGöygöl rayonuAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıAzərbaycan Beynəlxalq BankıTerminologiyaDünya okeanıİnformatikaNəqli cümləAzərbaycan Hərbi Dəniz QüvvələriƏliSahə (ölçü parametri)Daun sindromuİslamQarabağ FKHalikarnas mavzoleyiİnsan penisiƏbülfəz ElçibəyZaqatala rayonuSeks yelləncəyiKompüter qurğularıQəbələ🡆 More