Uti: Qafqaz Albaniyasından günümüzə gəlib çıxmış toponim

Uti və ya Utik (Qədim yunan mənbələrində Οτένα, Qədim erməni dilli mənbələrdə Ուտիք) — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət.

Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının TavuşGeğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi.

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı.

Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın BizansSasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır.

551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir.

Yerləşməsi və adı

Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir. Uti əyalətinin tərkibinə antik və erkən orta əsr mənbələrində tez-tez qeyd edilən Sakasena əyaləti (qədim erməni dilli mənbələrdə "Շակաշէն") də daxil idi və beləliklə Uti vilayətinin ərazisi Kür çayının orta axın ərazisini təşkil edirdi. Erməni tarixçi Suren Yeremyanın təxmini hesablamalarına görə Uti vilayətinin ərazisi 11315 km²-ə bərabər olmuşdur.

Tarixi mənbələrdə Uti vilayəti ilə bağlı müxtəlif məlumatlar saxlanmışdır:

Strabon — e.ə. I əsr - b.e. I əsri:

Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar  Ermənistanın özündə çoxlu sayda elə dağlıq və yaylaq əraziləri var ki, üzüm tənəkləri belə orada çətinliklə yetişir; orada həm də çoxlu düzənliklər var, onlardan bəzisi məhsuldarlığı ilə seçilmir, bəziləri isə yüksək məhsuldarlığa malikdir, məsələn, Araks çayının Albaniya sərhəddinə kimi axıb Kaspi dənizinə töküldüyü Araks vadisi. Bu vadinin arxasında AlbaniyaKir çayı ilə sərhədlənən Sakasena yerləşir; daha sonra isə Qoqarena gəlir. Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar 

Ptolemey — B.e. I-II əsrlər:

Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar  Ermənistan əyalətləri Evfrat, Kiros və Araks arasında yerləşməklə aşağıdakılardır: Mosx dağlarında, Boxay adlanan yerin arxasında Kotarzena, Kiros çayı boyunca Tosarena və Otena, Araks çayı boyunca Koltene, aşağıda Sodukena... Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar 

Movses Xorenatsi — B.e. V-VI əsrlər:

Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar  Bunun ardınca o, böyük və əzəmətli, əhalisi çox olan şimal-şərq diyarında, geniş düzənliyi kəsən Kür adlı böyük çay boyunca ərazilərə hökmdar təyin edir, müdriklik və ağıl işlərində birinci olan Aranı hakim elan edir. Lakin, Sisak insanları haqqında da bil, çünki, biz bu böyük və adlı-sanlı tayfanı birinci kitabda qeyd etməyi unutmuşuq - onlara Alvan düzənliyi - dağlara dağru uzanan, Erasx çayından Xnarakert adlandırılan qalaya kimi - miras qalmışdır. Ölkə isə onun "Alvaniya" adlandırıldı, çünki onu, xoş xasiyyətinə görə "alu" adlandırırdılar. Onun varislərindən biri, görkəmli və cənur Draya parfiyalı Valarşak tərəfindən hakim-on minbaşı təyin edildi. Deyirlər ki, utilər, Qardman knyazlığı sakinləri, savdeylər və qarqarlar onun nəslindən gələnlərdir. Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar 

Moisey Kalankatlı — B.e. VII əsr:

Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar  Artaşes Yervanda hücum edəndə, sonuncu Aluank ərazisində, Uti havarında idi. Ordusunu orda tərk edən Artaşes öz şəhərinə qayıtdı. Oraya çatdıqdan sonra Aluank ordusu ilə birləşdi və Gelam gölü sahilinə çıxdı... Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar 

Ananiya Şirakatsi — B.e. VII əsr:

Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar  Uti Araksdan qərbdə, Artsak və Kür çayı arasında yerləşir və albanların hakim olduğu 7 əyalətə bölünür: Aranrot, Tri, Rotpaçian, Aque, Tuçkatak, Qardman, Şikaşen, Partav şəhərinin yerləşdiyi Uti əyaləti. Uti: Yerləşməsi və adı, Tarixi, İstinadlar 

Tarixi

Uti əyaləti haqqında ən qədim məlumat onun Qafqazda skif çarlığı - İşkuzanın tərkibində olduğunu göstərir. Cənubi Qafqazda skiflərin məskunlaşdığı ərazilər cənub-şərqdə Midiya, cənubda Manna dövləti, qərbdə Urartu dövləti, şimalda isə, qədim mənbələrdə Çola kimi qeyd edilən, həmçinin qədim dövrlərdən "Qafqazın Qapısı" və ya Masqutlar ölkəsi adlandırılan ərazi ilə sərhədlənirdi. Tədqiqatçıların ortaq fikrinə görə İşkuza ərazisi cənubda Urmiya gölünün şimalından başlamış, şimalda kür çayına kimi uzanmış, ehtimal ki, Mil düzünü də əhatə etmişdir.

R. Hyusenin fikrincə Uti əyalətinin yerli sakinləri Hind-Avropa ailəsindən olmayan tayfalar - utilər və başqaları olmuşlar. E.ə. I əsrin sonları - b.e. I əsrin əvvəllərində əraziyə sakların axını baş verir. Bu haqqda məlumat verən Strabon qeyd edir ki, "Saklar da kimmerlər və trerlər kimi yürüş etdirlər...Beləliklə onlar Baktriyaya sahib oldular və Ermənistanın ən gözəl torpaqlarını ələ keçirərək özlərindən ad saxladılar - Sakasena." Əksər tarixçilərin fikrinə görə Böyük Ermənistanın şərq sərhədləri e.ə. II əsrdə hökmdar I Artaşesin yürüşləri zamanı Kür çayına qədər genişləndirilmişdir. Bu zaman I Artaşes Araz sahillərində ermənilərin yaşadığı ərqazilər, həmçinin Kür sahillərində albanlar, utilər, qarqarlar, savdeylər, saklar və digər tayfaların yaşadığı əraziləri ələ keçirmişdir. Bəzi tədqiqatçılar qeyd edirlər ki, bu yürüşlərin həyata keçirildiyi zaman mərkəzləşdirilmiş alban dövləti mövcud deyildi və alban dövlətinin mərkəzləşdirilməsi e.ə. II əsrin sonları və ya e.ə. I əsrin ortalarına aid edilir.

IV əsrin 50-ci illərində Hökmdar Urnayrın rəhbərliyi ilə albanlar Kür çayının sağ sahilində bir sıra vilayətlərdə hakimiyyəti yenidən özlərinə qaytarırlar. Bu zaman Uti hakimi də Ermənistan ilə əlaqəsini kəsərək, könüllü şəkildə Albaniya hökmdarına tabe olur. V əsrdə yaşamış erməni tarixçi Favstos Buzandın verdiyi məlumata görə, qısa müddət sonra Böyük Ermənistan sparapeti Muşeq Mamikonyan qaytarılmış yürüş edərək yenidən bu əraziləri Böytük Ermənistan hökmdarına tabe edir və "Kür çayını əvvəl olduğu kimi Albaniya və Ermənistan arasında sərhəd edir."

387-ci ildə Ermənistanın Sasanilər və Bizans imperiyaları arasında bölünməsi zamanı Uti və Arsak əyalətləri Sasanilərdən vassal asılılığında olan Qafqaz Albaniyasının tərkibinə qatılır. VII əsrə aid Aşxaratsuyts adlı erməni mənbəsində yazılır: "...albanlar ermənilərdən bu əyalətləri aldılar: Şikaşen, Qardman, Kolt, Zave və bunlardan başqa Araksın Kürə töküldüyü yerə qədər 20 əyalət".

Təxminən 462-ci ildə Sasani şahənşahı I Firuzun göstərişi ilə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən Uti əyalətinin Uti-Ərəncək vilayəti ərazisində sonradan Qafqaz Albaniyasının paytaxtı olmuş Partav şəhərinin əsası qoyulmuşdur. Həmin dövrdən etibarən Qafqaz Albaniyasının siyasi, dini və mədəni mərkəzi Kür çayının sağ sahilinə - Uti əyalətinə köçür. VI əsrin II yarısında Uti əyalətinin Qardman vilayətində parf mənşəli Mehranilər sülaləsi məskunlaşır və VIII əsrin ortalarına kimi bu sülalənin nümayəndələri Qafqaz Albaniyası taxtında otururlar.

VIII əsrin ortalarında macar mənşəli Sevordik nəsli peçeneqlər tərəfindən sıxışdırıldıqlarına görə köç edərək Qafqaz Albaniyasının Uti əyalətində - müasir Tovuz rayonu ərazisində məskunlaşır. V. Minorski onların xristianlığı qəbul edərək erməniləşdiklərini düşünür. X əsr ərəb tarixçisi Məsudi onları "ermənilərin bir qolu olan Siyavurdiya" kimi qeyd edir.

X əsrin əvvəllərindən etibarən güclənmiş Ani çarlığı hökmdarları Uti və Arsakın yerli xristian hakimlərini tabe etməyə çalışırlar. 921-ci ildə Konstantinopola səfər edərək Bizans imperatoru ilə müttəfiqlik müqaviləsi imzalayan Ani çarlığının Baqratilər sülaləsindən olan hökmdarı II Aşot imperatorun verdiyi ordunun müşayəti ilə Aniyə qayıdır və qonşu ərazilər hesabına çarlığın ərazisini genişləndirməyə çalışaraq Samşvilde, Girdman və Uti hakimlərini özünə tabe etdikdən sonra 922-ci ildə Krallar Kralı titulu qəbul edir. Həmin dövrdə Girdman knyazı olan Arranşahlar sülalaləsindən Saak Sevada qızını II Aşota ərə verərək ondan vassal asılılığını qəbul edir. Onun bu hərəkəti utili Movses adlı ordu rəhbərinin başçılığı ilə bütün Uti ərazisində üsyanın qalxmasına səbəb olur. X əsr erməni tarixçisi Hovannes Drasxanakertçi bu hadisələri təsvir edərkən qeyd edir ki, "Çar qılıncı ilə Movsesin dəmir dəbilqəsinə zərbə endirərək onu iki yerə parçaladı. Bundan sonra isə yerə yıxılmış Movsesin gözlərini yandıraraq işığa həsrət qoydu."

Bu hadisədən sonra, 987-ci ildə Saak Sevadanın digər qızı Şahanduxtun həyat yoldaşı, Sünik sülaləsindən olan hökmdar I Smbat II Aşota qarşı çıxaraq Sünik knyazlığının müstəqilliyini elan edir. Bu zaman Girdman və Parisos hakimi olan Saak Sevada da I Smbatın tərəfini tutaraq Rəvvadi Əbülhicanın dəstəyi ilə II Aşota qarşı çıxır. Lakin, döyüş zamanı II Aşot Saak Sevada və onun oğlu Qriqoru əsir alaraq gözlərini çıxartdırır. Bundan sonra onun oğlu (başqa bir məlumata görə nəvəsi) Hovannes Sənəkərim Uti əyalətinin dağlıq hissəsində Parisos çarlığını yaratmışdır.

X-XI əsrlərdə Utinin düzən hissəsində - Bərdə şəhəri və ətraflarında hələ də alban dili işlədilməkdə idi. Ərəb mənbələrində bu dil "Arran dili", Qafqaz Albaniyası ərazisi isə Arran adlandırılır. XI-XII əsrlərdə Uti vilayətinin düzən ərazilərində əhalinin türkləşməsi prosesi gedir, dağlıq ərazidə yaşayan əhali isə Erməni Qriqoryan Kilsəsinin təsiri altına düşür.

İstinadlar

Ədəbiyyat

  • Diakonoff, I. M. Media // Gershevitch, Ilya (redaktor ). The Cambridge History of Iran: Volume. 2. Kembric: Cambridge University Press. 1985. ISBN 978-0-521-20091-2.
  • К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — 389 с.
  • Мамедова, Фарида. Политическая история и историческая география Кавказской Албании: (III в. до н. э.—VIII в. н. э.). Баку: Элм. 1986.
  • Мамедова, Фарида. Кавказская Албания и албаны. Баку: Центр Исследований Кавказской Албании. 2005.
  • Кемал Алиев. Античная Кавказская Албания. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1992. — 238 с.
  • З. И. Ямпольский. Вопросы истории Кавказской Албании. Сборник статей. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1962.

Həmçinin bax

Tags:

Uti Yerləşməsi və adıUti TarixiUti İstinadlarUti ƏdəbiyyatUti Həmçinin baxUtiAzərbaycan RespublikasıCənubi QafqazGeğarkunik mərziOrta əsrlərQarabağQazaxQədim yunan diliTavuş mərziTovuzŞəmkir

🔥 Trending searches on Wiki Azərbaycanca:

Cəmiyyət9 (ədəd)Yusif MustafayevNüvə silahıƏhəmənilər dövlətiFinlandiyaBalaəliAzərişıqZərflikMəsdərKəbəDubayAvstraliyaLənkəranXBT-10 sinfinin siyahısıBakı metrostansiyalarının siyahısıAbşeron rayonuAllergiyaOral seksBakıMuğamAzərbaycanın quşlarıÇinAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıI İsmayılAlbert EynşteynMədəaltı vəziAzərbaycan memarlığıTərəqqi medalıRamazan bayramıQara daşların sakinləri (film, 1991)Azərbaycan PrezidentiBəylər EyyubovAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıTacikistanDədə QorqudAzərbaycan Respublikasının Milli MəclisiQan dövranıSinqapurEksponatKubaNaxçıvanViktoriya AzarenkoDinŞiəlikSifilisTək və cüt ədədlərAğdərə rayonuVeysəloğluAmoksisillinÜçbucaqEgey dəniziAzərbaycanın telefon kodlarıAygün KazımovaYazıİtaliyaİnsan penisiÇərşənbə (mifologiya)ÇobanyastığıFransaTürkmənçay müqaviləsiFərid ƏhmədovBronxitNidaQod NisanovUşaqlıq (anatomiya)İnsanUzunluq (fizika)Triqonometriyanın əsas düsturlarıİqtisadiyyatİlham ƏliyevDairəLeyla ƏliyevaMəhəmməd peyğəmbərin evlilikləriOxatan (astrologiya)Ağ atlı oğlan (film)🡆 More