Uefa Avro 2032

UEFA Avro 2032 və ya sadəcə Avro 2032 kimi adlandırılan 2032 UEFA Futbol Çempionatı UEFA tərəfindən üzv assosiasiyaların böyük kişilərdən ibarət milli komandaları üçün təşkil edilən 19-cu UEFA Avropa Çempionatı olacaq.

Turnirin 2032-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Ev sahibinin 2023-cü ilin sonunda seçiləcəyi gözlənilir və turnirdəki iştirakcı komandaların sayı 32 komandaya qədər artırıla bilər.

UEFA Avro 2032
Yarış məlumatları
Ev sahibi
Tarix 2032-ci ilin iyun iyul aylarında keçiriləcəyi ehtimal edilir.
Komanda sayı Bəlli deyil
2028
2036 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turnirə İtaliya və ya Türkiyədən birinin ev sahibliyi edəcəyi gözlənilir.

Seçim prosesi

Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir.

Seçim mərhələləri

16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi. Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər.

Seçim mərhələsi aşağıdakı kimidir:

  • 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir
  • 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix
  • 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir
  • 5 aprel 2022: İddiaçıların elanı
  • 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı
  • 16 noyabr 2022: İlkin tender sənədlərinin təqdim edilməsi
  • 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi
  • sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı

Təsdiqlənmiş təkliflər

Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir.

İtaliya – 2019-cu ilin fevral ayında İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Sky Sport Italia"ya federasiyanın təklifi nəzərdən keçirdiyini söylədi. Təklif İtaliyanın Avro 2020-də qalib gəlməsindən bir neçə gün sonra Qravina tərəfindən yenidən təklif edildi. İtaliya daha əvvəl 1968 və 1980-ci illərdə turnirə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin dörd oyunu Romada keçirilib. 2022-ci ilin fevralında İtaliya federasiyası, yarışın keçiriləcəyi obyektlərin qurulması üçun daha çox vaxr lazım olduğu üçun 2028-ci il əvəzinə Avro 2032-yə namizəd olacağını açıqladı. Həmçinin martın 23-də İtaliyanın təklifi rəsmi olaraq təsdiqləndi.

2022-ci ilin noyabrında İtaliya yarışların keçirilməli olduğu on bir şəhərlə ilkin sənədlərini təqdim etdi: Roma, Milan, Neapol, Turin, Palermo, Genuya, Boloniya, Florensiya, Bari, Kalyari və Verona.

Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.

Rədd edilmiş təklif

Rusiya – Martın 23-də də, ölkəsinin Ukraynanı işğal etməsi səbəbindən UEFA-nın Rusiya klublarının və Rusiya milli komandasının iştirakına qadağa qoymasına baxmayaraq, Rusiya öz təklifini elan edir. 2 may 2022-ci ildə UEFA Rusiyanın 2028 və 2032-ci illər üçün təklifləri qeyri-məqbul elan etdi.

İstinadlar

Tags:

Uefa Avro 2032 Seçim prosesiUefa Avro 2032 İstinadlarUefa Avro 2032

🔥 Trending searches on Wiki Azərbaycanca:

Atəşgah (Bakı)Şəki rayonuDaun sindromuKadi (futbolçu)The SmithsKəbəOrucSinqapurAzərbaycan dövlət başçılarının siyahısıƏliLipopolisaxaridDərman bitkiləriAzərbaycan şirkətlərinin siyahısıMəsdərNiyaməddin MusayevAzərbaycan gerbiAzərbaycanın quşlarıRamil UsubovTağı ƏhmədovKənd təsərrüfatıAzərbaycanRəhim QocayevBTSTəbrizAzərbaycan tarixiBöyrəkAbdullah ZubirƏnvər MəmmədxanlıFonetikaMehriban ZəkiTülküBeynəlxalq Qadınlar GünüNitq hissəsiDövlət bayraqlarının siyahısıXorvatiyaSıxlıqAlbert EynşteynYuxu kimi (teleserial, 2019)Əliağa ŞıxlinskiİranKimyəvi elementOqtay Əliyev (rejissor)Əmr cümləsiGöbələklərAğqoyunlularƏbdürrəhim bəy HaqverdiyevAzərbaycan meşələriMüstəqil Dövlətlər BirliyiQara QarayevZərflikCavanşir Məmmədov (general)Dövlət idarəetmə formalarıPortuqaliyaİspaniyaƏməliyyat mənfəətiDüzbucaqlı paralelepipedMir CəlalAdi badamƏsr namazıSüleyman Sani AxundovHəmcins üzvlərMisirQubadlıHüseyn MəhəmmədoğluNəqli cümləÜzümLeyliLəzgilərAlmaniyaÇilov adasıBitkilərŞirvanşahlar sarayıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)SacilərArif PaşayevEksponat🡆 More