Türkçülük

Türkçülük, Türkizm və ya Pantürkizm — bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını məqsəd görən siyasi düşüncədir.

Türkçülük
Türkçülərin amacı olan ölkənin bayrağı

1880-ci illərdə Rusiya imperiyasının türk ziyalıları arasında yaranmış və türk xalqlarının mədəni və siyasi birliyini məqsəd görən ictimai-siyasi hərəkat.

Tarix

Türkçülük 
2009. İstanbul. Türkçülərin mərasimi

1804-cü ildə tatar əsilli ilahiyyatçı Kursavi İslam dinində müasirləşmə iddiasını irəli sürən bir traktat yazmışdır. Kursavi eyni zamanda Cədidçilik (ərəb. 'cədid' – 'yeni') dini təfəkkürünün əsasını qoymuşdur ki, bu düşüncə etirassız loyallıq əvəzində tənqidi təfəkkürü təşfiq etmişdir. Cədidçilik müsəlmanlar üçün təhsili, cins bərabərliyini, fərqli dinlərə qarşı tolerantlığı, türk mədəni birliyini və Avropa mədəni dəyərlərinə bağlılığı təbliğ etmişdir. 1843-cü ildə Kazan şəhərində Cədid hərəkatının əsası qoyulmuşdur. Hərəkat, yarı-dünyəvi müasirləşdirməni və təhsildə islahatları özünə məqsəd götürdüyü halda, tarxidə ilk dəfə dindən müstəqil Türk milli kimliyini irəli sürmüşdür.

Türkçülük 
Türklərin yaşadığı ərazilər

Görkəmli Krım tatar yazıçısı və ictimai xadimi, İsmayıl Qaspiralı, 1883-cü ildən dərc etdiyi "Tərcüman" qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında birləşməsini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu. İsmayıl Qaspiralı həmçinin vahid türk dilinin unitifikasiyasında ilk addım atıb. O vahid türk dilini, orada olan fars və ərəb mənşəli sözlərdən təmizləməsi ilə başlayıb. Onun fikrincə bu dil bütün dünyada türk xalqlarının dili olmalı idi. Türk xalqlarının konsolidasiyası yolunda sonrakı addım 1902-ci ildə Qahirədə buraxılan "Türk" jurnalı oldu. Jurnalın səhifələrində Pantürkizm ideologiyasının, digər iki Qərbləşmə və İslamlaşma fikirlərinə alternativ kimi göstərilirdi. Bunun ən mükəmməl seçim olduğu duyulurdu. Pantürkizm haqda ən birinci elmi-teorotik fikir Yusuf Akçurunun 1904-cü ildə işıq üzü görən "Üç Tərzi Siyasət" məqaləsidir. Bu Pantürkizmin ideoloji və elmi cəhətdən mükəmməl olduğu haqdadır. Dörd il sonra 1908-ci ildə azərbaycanlı filosof Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Zamanlaşmaq" əsərində bu ideologiyanın davamlı təzahüri hiss olunur. Bir İdeologiya kimi Pantürkizm XIX əsrdə Panislamizm və Panqərbləşməyə güclü alternativ olaraq formalaşmışdır. Və məhz Osmanlı İmperiyasının "gənctürk" adlandırılan hökumətinin Pantürkizm siyasəti nəticəsində 1917–20-ci illərdə Azərbaycan türklərinə Türkiyə türkləri böyük yardımlar ediblər.

İstinadlar

Tags:

DövlətMüstəqillikTürk xalqları

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan PrezidentiCümlənin ikinci dərəcəli üzvləriElektrik müqaviməti25 aprelArtemida məbədiMisir ehramlarıMarsBeyinİlham Əliyevİnkişaf etmiş ölkəMehdi HüseynzadəOktyabrMonqol imperiyasıXumar QədimovaNidaDağFonetik təhlilBronxial astmaArif PaşayevMəhdud məsuliyyətli cəmiyyətOSIİnflyasiyaMarafon döyüşüGənc türklərAzərbaycan təbiətiBakı kəndlərinin siyahısıAprel döyüşləriASAN xidmətKompüter oyunuAlbert EynşteynKomedixanaGöygöl rayonuKöməkçi nitq hissələriSəfəvilərDünya ölkələrinin siyahısıDaxili qurğular (kompüter)Böyük Səlcuq imperiyasıSeks yelləncəyiƏbdürrəhim bəy HaqverdiyevKvadrat metrAzərbaycanda yayılmış balıqların siyahısıSahibkarlıqKimyəvi silahƏdliyyə Nazirliyi (Azərbaycan)Ana səhifəQırğızıstan PrezidentiTrapesiyaTriqonometriyanın əsas düsturlarıBakı Dövlət UniversitetiƏlifbaSüni intellektAllergiyaFatihə surəsiAzərbaycan toy adətləriÖmər ibn XəttabOrqazmAzərbaycan memarlığıİspaniyaFormula 1Real Madrid FKAğciyər xərçəngiQədim YunanıstanTəbiətAzərbaycan Respublikası yol nişanlarıAlbert AqarunovMonarxiyaİtaliyaHikmət MirzəyevAvstraliyaDelimitasiyaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)DəvəquşuAzərbaycan mədəniyyətiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiMultikulturalizmBaykal–Amur magistralıYaşar Əliyev (siyasətçi, 1948)🡆 More