Surxay Tağızadə

Surxay İmran oğlu Tağızadə (8 aprel 1932, Gəncə – 18 oktyabr 2022) — ictimai və dövlət xadimi, Kirovabad (indiki Gəncə) şəhər komsomol komitəsi bürosunun, komsomolun Gəncə Vilayət və Respublika komitələrinin üzvü, yerli sovetlərin deputatı (1952 – 1962), Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin üzvü (1982 – 1987), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1985 – 1990), Azərbaycan KP MK-nın üzvü (1986 – 1991).

Surxay Tağızadə
Surxay Tağızadə
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1932(1932-04-08)
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 2022(2022-10-18) (90 yaşında)
Fəaliyyəti dövlət xadimi

Təltifləri Surxay Tağızadə
Surxay Tağızadə Surxay Tağızadə Surxay Tağızadə Surxay Tağızadə Surxay Tağızadə Surxay Tağızadə

Həyatı və fəaliyyəti

Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir.

Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir.

Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur.

Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.

S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin Dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945-ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır.

S. Tağızadə 2010-cu ilin 24 – 26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir.

S. Tağızadə 2013-cü ildə Respublika Veteranlar Təşkilatının V Qurultayında Təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Azərbaycan Baytar Həkimləri Assosiasiyasının fəxri sədri və "Baytarlıq" jurnalı redaksiya heyətinin üzvü kimi ictimai fəaliyyətini davam etdirmişdir.

Surxay Tağızadənin həyat yoldaşı Əmir bəy Ağayevin qızı Solmaz xanım Tağızadədir. Onların Namiq, İmran, Aytən adlı üç övladı, 5 nəvəsi və 4 nəticəsi var. Surxay Tağızadənin oğlu Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin əsasını qoymuş və şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İmran Tağızadə də hüquqşünasdır, öz ixtisası üzrə işləyir. Aytən Tağızadə isə musiqi müəllimidir, mayestro Niyazi haqqında tədqiqat əsərinin müəllifidir.

Bəzi məqalələri

  • Rəhbər böyüklüyü, rəhbər qayğısı. "Heydər Əliyev mənim həyatımda" rubrikası ilə. "Azərbaycan" qəzeti, 23 dekabr 2004-cü il
  • Böyük müəllim, alim, gözəl insan. səh.171–173. Z. Abbasov, İ. Əbilov, R. Ağabəyli. Ağaxan Ağabəyli — 100. Bakı, Elm, 2004
  • Görkəmli dövlət xadimi Möhsün Poladov haqqında xatirələr. səh. 81–84. B. Bayramov. Əvəzsiz şəxsiyyət. Bakı, Adiloğlu, 2005
  • Görkəmli alim, gözəl insan (Nəriman Şirinovu xatırlayarkən). (Akademik Musa Musayevlə müştərək). "Respublika" qəzeti, 9 avqust 2006-cı il.
  • Dəyərli insan (Akademik İmam Mustafayev haqqında xatirələr). səh. 219–222. S. Murtuzayev. Elin böyük oğlu. Bakı, 2009
  • Əsldən, kökdən gələn zəhmətsevərlik və maarifçilik. səh. 130–134. E. Məmmədov. Kamillik zirvəsi (ADAU-nun professoru Sabir Tağıyev haqqında). Bakı, "MBM", 2011
  • Ürəklərdə, bir də qoyub getdiyi izlərdə yaşayan general. səh. 144–146. Abdulla Qurbani. Ölməzlik (Görkəmli hərbi, ictimai-siyasi xadim Mustafa Nəsirova həsr edilmiş xatirələr toplusu). I kitab. Bakı, 2012
  • Mustafa Nəsirov haqqında. səh. 28–30. Abdulla Qurbani. General Mustafa Nəsirov xatirələrdə. II kitab. Bakı, 2012
  • Yaxşıların yaxşısı (tanınmış dövlət xadimi və ictimai xadim Rəşid Mahmudov haqqında). "Respublika" qəzeti, 15 iyul 2015-ci il

Mükafatları

Dövlət təltifləri

  • İki "Qırmızı Əmək Bayrağı "ordeni,
  • "Xalqlar dostluğu" ordeni,
  • Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri Fərmanı",
  • 6 medal

Nazirlik, İdarə və təşkilatların mükafatları

  • "Veteranların qayğıkeşi" diplomu,
  • üç " Fəxri Fərman",
  • 9 medal.

İstinadlar

Tags:

Surxay Tağızadə Həyatı və fəaliyyətiSurxay Tağızadə Bəzi məqalələriSurxay Tağızadə MükafatlarıSurxay Tağızadə İstinadlarSurxay Tağızadə18 oktyabr193220228 aprelGəncə

🔥 Trending searches on Wiki Azərbaycanca:

TropicosSözün həqiqi mənasıACMHemoqlobinMüxtəsər vurma düsturlarıBabilDaun sindromuQalatasaray FKHacı NuranAdolf HitlerZəkatŞəki xan sarayıAzərbaycan banklarının siyahısıEmin Mahmudov (futbolçu)Oqtay Əliyev (rejissor)NiderlandZərifə ƏliyevaAvropaİnsan hüquqlarıAktyorAzərbaycan Qırmızı KitabıNişastaBananXankəndiHeydərbabaya salamİkinci Dünya müharibəsiMaşa və Ayı (cizgi filmi)Hüseyn MəhəmmədoğluPerimetrSeimone AugustusSifət (nitq hissəsi)Seyid Əzim ŞirvaniNamiq QaraçuxurluLimonTalassemiyaRövnəq AbdullayevBronxitSiyavuş NovruzovBraziliyaZeynəb XanlarovaTəbiətElçin ƏlibəyliFərhad ƏhmədovZəfər Günü (Azərbaycan)Lotu QuliHybe CorporationAna səhifəƏhalisinə görə ölkələrin siyahısıNaxçıvan Muxtar RespublikasıCavad xanİsaSəadət SarayıFillərRusiyaSintaktik əlaqələrƏfqanıstanQubaYeraltı sularHacı ŞahinUşaqlıq yolu (anatomiya)Elxanilər dövlətiSuAzərbaycan mədəniyyətiMirzə Ələkbər SabirQubernatorİstanbulFonetikaƏliağa ŞıxlinskiCənubi KoreyaLütfi ZadəİslamMasturbasiyaAvestaMübariz TağıyevKomedixana (veriliş, 2020)Amin RamazanovInternational Relations and Security NetworkToyuqAzərbaycan-İsveç futbol matçlarının siyahısı🡆 More