Steyli–Teylor planı (ing.
Plan 1961-ci ilin may ayında nəşr olunmuş və ona iki layihə müəllifinin adı verilmişdir. Bunlar Stenford Tədqiqat İnstitutunun iqtisadçısı Yucin Steyli və Vyetnamda yerləşdirilmiş ABŞ ordusunun komandanı general Maksvell Teylordur. Plana görə, proses 1961–1965-ci illərdə həyata keçirilməli idi. Onun məqsədi 18 ay ərzində "Cənubi Vyetnamı sakitləşdirmək" və bununla da Vyetnam Respublikası Ordusunun cənubda döyüş meydanında fəal mövqe tutmasını təmin etmək idi.