Sivriburun Kefal: Heyvan növü

Sivriburun kefal (lat.

Sivriburun kefal
Sivriburun Kefal: Yayılması, Morfoloji əlamətləri, Yaşayış yeri və həyat tərzi
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Ranqsız:
Ovalentaria
Fəsilə:
Cins:
Növ:
Sivriburun kefal
Beynəlxalq elmi adı

Yayılması

Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır.

Morfoloji əlamətləri

D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır. Uzunluğu 40 sm-ə, kütləsi 0,8 kq-a çatır, 11 ilə qədər yaşayır. İki bel üzgəci vardır. Döş üzgəcləri hündürdə, qarın üzgəcləri onlara yaxın yerləşmişdir.

Yaşayış yeri və həyat tərzi

Dəniz balığıdır, sürü ilə yaşayır. Şirin suya heç girmir, pelagik həyat keçirir. Qidasını detrit, bioloji yığın, xırda molyuskalar, qurdlar və xərçəngkimilər təşkil edir. Ən çox xırda körfəzlərdə və gəmi dayanacaq larında, külək tutmayan yerlərdə toplanaraq orada da qışlayırlar. Erkən yazda kefal körpələri yemlənmək üçün böyük sürülərlə qışlama sahələrindən suyun temperaturu 13- 14°C-dən yüksəyə qalxdıqda, bütün körfəz ərazisində, xüsusilə cənubi Xəzərin 3-5 m dərinliklərində daha çox rast gəlinir. Xəzərin sahilboyu bütün dayazlıqlarında, ən şimal hissələrdən başqa, çox böyük ərazidə qidalanıb çəkilərini artırırlar.

Çoxalması

3-6 yaşında cinsi yetişkənliyə çatır. İyun-iyul aylarında Cənubi və Orta Xəzərin sahilindən 5-7 mil aralı ərazinin hər yerində, 5-700 m dərinlikdə kürü tokür. Kütləvi kürü tökmə suyun səthində temperatur 25-29°C olduqda məhsuldarlığı qızılı kefalda olduğu kimi yüksəkdir. Uzunluğu 25- 39 sm olan balığın verdiyi kürünün miqdarı 450-600 min ədədə çatır. Avqust-sentyabr aylarında kefalın körpələri sahilə miqrasiya edir və dayaz (1 m-ə qədər) zonada yemlənirlər. Kürüdən yenicə çıxmış sürfənin uzunluğu 1,7 mm-ə qədər olur.

Təsərrüfat əhəmiyyəti

Kefal Xəzərin qiymətli vətəgə balıqları sırasındadır. Bütün il boyu,daha çox isə yaz və yay aylarında tutulur. Müxtəlif illərdə Azərbaycanda 209-1226 sentner kefal ovlanmışdır. Kefal ən çox yaz-yay aylarında ovlanır. Xəzərdə kefalın sənaye ovu 1937-ci ildən aparıldığına baxmayaraq, xüsusi ov alətləri olmadığından mövcud ehtiyatından tam istifadə olunmur. Buna baxmayaraq İranda ildə 2,4-5,1 min tonadək kefal ovlanır.

Mühafizə tədbirləri

Ovunun tənzim olunması barədə qanun qəbul edilmişdir. Xəzərin çirklənməsinə və ovlama işinə qarşı nəzarətin gücləndirilməsi vacibdir.

İstinadlar

Həmçinin bax

Tags:

Sivriburun Kefal YayılmasıSivriburun Kefal Morfoloji əlamətləriSivriburun Kefal Yaşayış yeri və həyat tərziSivriburun Kefal ÇoxalmasıSivriburun Kefal Təsərrüfat əhəmiyyətiSivriburun Kefal Mühafizə tədbirləriSivriburun Kefal İstinadlarSivriburun Kefal Həmçinin baxSivriburun KefalActinopterygiiAnimaliaChordataLatın diliLiza (fish)MugilidaeMugiliformes

🔥 Trending searches on Wiki Azərbaycanca:

CanavarYazıİsmayıllı rayonuKarles PuçdemonPişikNatiq Qasımov (əsgər)PrizmaTerminologiyaAdrianƏməliyyat sistemiEkoloji problemlərAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıUlduzLitrTalıb TaleAzərbaycan Dövlət İqtisad UniversitetiTəbiətAbşeron rayonuElxanilər dövlətiToğrul NərimanbəyovGöygöl rayonuŞahmatLayihəAmoksisillinKöməkçi nitq hissələriƏrəb xilafətiƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiCümə məscidi (Ağdam)ÇoxluqlarPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Nəsib QuliyevI TəhmasibDairəCümləBeşinci nəsil qırıcıDəstəmazMehriban ƏliyevaSinqapurAprel işğalıƏli ƏhmədovQızdırmaEv pişiyiQızılcaGöygöl (göl)DelimitasiyaUşaqlıq (anatomiya)Mikayıl MüşfiqFevralAzərbaycanın inzibati bölgüsüVenera (planet)LəzgilərPeyvəndAzərbaycan İkinci Dünya müharibəsindəAzərbaycanNeftçi PFK0AtomAnemiyaDron hücumuDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Qrafik redaktorlarMayQırğızıstanTransformatorAzərbaycan xalq musiqisiKompüter oyunuNadir şahKanadaTriqonometriyanın əsas düsturlarıCəbrƏliQaranquşlarSay (qrammatika)Jalə ƏhmədovaÖlçü vahidləriTürkmənistan🡆 More