Report İnformasiya Agentliyi

Report İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

"Report" İnformasiya Agentliyi
«Report-İA» MMC loqotipi
«Report-İA» MMC loqotipi
Ümumi məlumatlar
Tipi İnformasiya Agentliyi
Sənaye Media
Məhsulu Report Media Məktəbi
Təsis tarixi 27 oktyabr 2014
Baş qərargahın yeri
Rəhbərlik
Rəhbərlik

Fuad Hüseynəliyev (Direktor)

Murad Əliyev (Baş Redaktor)
www.report.az

Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir.

Tarixi

"Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır.

Haqqında

"Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir.

"Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.

Agentliyin Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

“Report” İnformasiya Agentliyinin bölgələrdə 9 bürosu fəaliyyət göstərir: Qərb, Şimal-qərb, Cənub, Yuxarı Şirvan, Şimal, Muğan, Aran, Qarabağ və Naxçıvan.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

Report.az mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

İlham Əliyevin Azərbaycan Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı Sərəncamla "Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə "Tərəqqi" medalına layiq görülüb.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Report İnformasiya Agentliyi TarixiReport İnformasiya Agentliyi HaqqındaReport İnformasiya Agentliyi Həmçinin baxReport İnformasiya Agentliyi İstinadlarReport İnformasiya Agentliyi Xarici keçidlərReport İnformasiya AgentliyiAzərbaycan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bakı xanlığıOsmanlı sultanlarının siyahısıİşa namazıVaqiə surəsiNaxçıvanAzərbaycan florasıQırğızıstanAzərbaycan Xalq Cümhuriyyətinin Milli OrdusuAnarSünnilikYol nişanlarıDövlət bayraqlarının siyahısıAzərbaycan mətbuatıNaftalanYassin BenziaXocalı soyqırımıSalatın ƏsgərovaƏkinçi (qəzet)Cazibə qüvvəsiİsrailPiramidaHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı ilə təltif edilənlərin siyahısıQarabağ xanlığıHepatit BSəfəvilərFonetik təhlilAbbasqulu ağa BakıxanovCəmşid Naxçıvanski adına hərbi liseyİranTerminologiyaAzərbaycan kinosuTərəzi (astrologiya)RamazanNizami GəncəviSəhraYazNeftQara daşların sakinləri (film, 1991)QitəYunanıstanAğdamın işğalıAğcabədi rayonuAllahMuğamAğqoyunlularHacı Zeynalabdin TağıyevYerAdəmŞahmar Hüseynov (mühəndis)EkologiyaAzərbaycan Daxili QoşunlarıRamazan bayramıNəriman NərimanovİqlimAzərbaycan xanlıqlarıİngiltərəMasturbasiyaNamiq AbbasovKubRum rəqəmləriLimfa düyünləriMark TvenAzərbaycan şairlərinin siyahısıQissəADA UniversitetiƏdədi silsiləİspaniyaTürk xalqlarıKriştiano RonaldoRamiz MehdiyevLeyla ƏliyevaCavanşirlərQadın reproduktiv sistemləriİngiltərə tarixiUzun HəsənRamil UsubovAğciyər tromboemboliyası🡆 More