Qarrinça

Qarrinça (port.

Yarımmüdafiəçi mövqeyində çıxış edib. O, XX əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tutur.

Qarrinça
Qarrinça
Ümumi məlumatlar
Tam adı Manuel Fransisko dos Santos
Doğum tarixi
Doğum yeri Pau-Qrandi, Braziliya
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Rio-de-Janeyro, Braziliya
Dəfn yeri
Vətəndaşlığı Braziliya Braziliya
Boyu 169 sm
Çəkisi 72 kq
Mövqeyi Yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1948–1952 Braziliya "Pau-Qrandi"
Klub karyerası
1953–1965 Braziliya "Botafoqo" 614 (245)
1966 Braziliya "Korintians" 13 (10)
1967 Braziliya "Portuqeza" 33 (7)
1968 Kolumbiya "Atletiko Xunior" 1 (3)
1968–1969 Braziliya "Flamenqo" 24 (4)
1972 Braziliya "Olariya" 7 (7)
1953—1972 Cəmi 692 (276)
Milli yığma
1955–1966 Braziliya Braziliya 50 (12)
Təltif və medalları
Dünya çempionatları
Qızıl İsveç 1958
Qızıl Çili 1962

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qarrinça 28 oktyabr 1933-cü ildə Rio-de-Janeyro yaxınlığındakı Pau-Qrandi kəndində kasıb bir ailədə anadan olub.

Qarrinça anadan olduğu zaman çox zəif idi; həmçinin qıçlarında anatomik pozuqlar olub. Sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi. Həmçinin sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi. Ailəsinin kiçik Qarrinçanı müalicə etdirmək imkanı yox idi.

14 yaşındaykən doğulduğu şəhərdə tekstil fabrikində işə başlayır.

Şəxsi həyatı

Qarrinçanın ilk evliliyini 18 yaşında olarkən baş tutub. Nair adlı qadınla evlililiyindən Qarrinçanın 8 uşağı dünyaya gəlmişdir. Amma Qarrinçanın uşaq sahibi olduğu tək qadın Nair deyildi. Rio-de-Janeyrodakı sevgilisindən 2, Dünya Kuboku üçün getdiyi İsveçdə tanış olduğu sevgilisindən də 1 uşağı var. Onun sonuncu sevgilisi isə Braziliyanın məşhur sambacılarından Elza Soaresdir. Ümumilikdə 4 müxtəlif qadınlardan 13 uşağın atası Qarrinçanın övladlarından 10-u qız, 3-ü oğlandır.

Karyerası

Klub karyerası

Fabrikdə işlədiyi dövrdə o, futbol qabiliyyətini də sərgiləyirdi. Bir çox klubda baxışdan keçir. Amma buna baxmayaraq uzun müddət peşəkar futbola addım ata bilmir. İlk peşəkar müqaviləsini Gentil Kardosonun tövsiyəsiylə "Botafoqo" klubu ilə bağlayır. 19 iyul 1953-cü ildə "Botafoqo" formasıyla çıxdığı ilk matçda 3 qol vurur və bundan sonra 1966-ci ilə qədər klubun formasını geyinir.

Qarrinçanın karyerası "Botafoqo" klubunda parlamağa başlamışdır. O, burada 614 oyuna 245 qol vurub. "Botafoqo"da ciddi zədələnəndən sonra klub onu satır. Amma Qarrinça "Botafoqo"dan sonra heç bir klubda uzun zaman qala bilmirdi.

Karyerası ərzində 6 müxtəlif klubda forma geyinən Qarrinça 1972-ci ildə Rio-de-Janeyronun kiçik komandası olan "Olariya"da karyerasını bitirir.

Milli karyerası

1955-ci ildən 1966-cı ilə kimi Qarrinça Braziliya yığmasında oynamış və Dünya Kubokun ikiqat qalibi olmuşdur. 1958 və 1962-ci illərdə Dünya Kubokunda 4 top ilə ən yaxşı bombardir olmuşdur.

Statistika

Klub

Mövsüm Klub Liqa Liqa Kubok Qitə Digər Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
1953 "Botafoqo" KL 26 20 0 0 26 20
1954 KL 26 7 9 1 35 8
1955 KL 19 3 9 2 28 5
1956 KL 20 5 0 0 20 5
1957 KL 21 6 9 2 30 8
1958 KL 26 10 9 1 35 11
1959 KL 23 9 5 3 28 12
1960 KL 21 8 9 1 30 9
1961 KL 21 6 11 2 32 8
1962 KL 21 8 3 0 7 2 31 10
1963 KL 3 1 1 0 2 0 1 0 7 1
1964 KL 4 0 7 3 11 3
1965 KL 5 2 7 0 12 2
"Botafoqo"da ümumi 236 85 4 0 2 0 83 17 325 102
1966 "Korintians" PL 4 0 6 1 10 1
1968 "Atletiko Xunior" 1 0 1 0
1968 "Flamenqo" KL 0 0 0 0
1969 KL 4 0 4 0
1972 "Olariya" KL 8 0 8 0
Yekun 253 85 4 0 2 0 89 18 348 103

Milli

Qarrinça 
Qarrinça (solda) FİFA Dünya Kuboku 1962-də

Mənbə: Rsssf.com

Braziliya milli futbol komandası
İl Oyun Qol
1955 1 0
1956 0 0
1957 6 0
1958 5 0
1959 4 0
1960 5 2
1961 4 1
1962 12 6
1963 0 0
1964 0 0
1965 6 0
1966 7 3
Yekun 50 12

Vəfatı

Qarrinça 19 yanvar 1983-cü ildə spirtli içkinin yaratdığı xəstəlik ucbatından komaya düşür. Xəstəxanaya qaldırılsa da komadan çıxa bilmir. Nəticədə 1983-cü ildə, yanvarın 20-də saat 06:00 radələrində Rio-de-Janeyroda vəfat edir. Ölüm səbəbi serroz olaraq qeyd edilir.

Onun qəbri öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Pau-Qrandi kəndindədir. Məzar daşında bu sətirlər yazılıb:

Qarrinça  O çox şirin bir uşaq idi
Quşlarla danışardı.
Qarrinça 

Xatirəsi

Qarrinça 
Marakana stadionunda Qarrinçanın büstü
  • Onun haqqında "Qarrinça, xalqın fəxri" adlı film çəkilmişdir.
  • Braziliya Milli Stadionu və doğma Pau-Qrandidəki stadion onun adını daşıyır.
Qarrinça 
Mane Qarrinça adına Braziliya Milli Stadionu.

Biblioqrafiya

  • Ruy Castro. Garrincha – The triumph and tragedy of Brazil's forgotten footballing hero. Yellow Jersey Press, London. 2005. ISBN 0-224-06433-9. Original in Portuguese: Estrela Solitária (Lonely Star), 1995
  • Bellos, Alex. Futebol: The Brazilian Way of Life. Bloomsbury. 2002. ISBN 0-7475-6179-6.
  • Antezana, Luis H. Un pajarillo llamado "Mané". Plural Editores. 1998. ISBN 84-89891-29-X.

İstinadlar

Xarici keçidlər

Tags:

Qarrinça HəyatıQarrinça Şəxsi həyatıQarrinça KaryerasıQarrinça StatistikaQarrinça VəfatıQarrinça XatirəsiQarrinça BiblioqrafiyaQarrinça İstinadlarQarrinça Xarici keçidlərQarrinça1933198320 yanvar28 oktyabrBraziliyaCənubi AmerikaFutbolçuPortuqal diliRio-de-JaneyroXX əsrYarımmüdafiəçi (futbol)d:Q180642

🔥 Trending searches on Wiki Azərbaycanca:

Oman tarixiAlmaniyaŞir (astrologiya)PulDinSistitXəzər dəniziŞuşa rayonuQan təzyiqiSöz birləşməsiNanə AğamalıyevaPənahəli xanAntonimAygün KazımovaD vitaminiQod NisanovAzərbaycan şirkətlərinin siyahısıZakir Həsənovİnsan penisiSkarlatinAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAzərbaycandakı ən yüksək dağ zirvələriFuad NəcəfliBronxial astmaNaxçıvanAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıAtropatenaHicri təqvimNadir şahHektarMübariz İbrahimovDOST AgentliyiMixail QorbaçovAzərbaycan meşələriDəstəmazAvtomobilin tarixiBakı Dövlət UniversitetiMilli Müdafiə Universiteti (Azərbaycan)AdəmSaitBizans imperiyasıAvtomobilÜnsiyyətTabeli mürəkkəb cümləQabarıq çoxbucaqlıDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)EkologiyaSürücülük vəsiqəsiTriqonometriyanın əsas düsturlarıİstanbulQarabağ FKOrxan SultanovKitabi-Dədə QorqudAzərbaycan Daxili QoşunlarıMəhəmməd Əmin RəsulzadəDurğu işarələriTürbəGözEkoloji problemlərŞəki rayonuEsseƏhalisinə görə ölkələrin siyahısıMehriban ƏliyevaZərf (qrammatika)TerminologiyaQırğızıstanDaun sindromuYazMoskvaTəşəhhüdMasturbasiyaİnkişaf etmiş ölkəAfrikaFövqəladə vəziyyətFonetika🡆 More