Qaradağlılar

Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar.

Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədirlər və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar. Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir. 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir. Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır.

Qaradağlılar
Ümumi sayı
75 000-80 000
Yaşadığı ərazilər
Qaradağlılar Azərbaycan
Qaradağlılar İran
Türkiyə Türkiyə
Dini

Şiə (İslam)

Mənşəyi
Türk
Qohum xalqlar

Türk xalqları

Haqqında

Qaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır.

Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir. Onun yazdıqlarına görə, tarixi qaynaqlarda həm də Qaradağ sufiləri adlandırılan tayfa hələ Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Qaradağlı elinin oymaqları Səfəvilər dönəmində ölkənin bir çox ərazisinə yayıldılar. Qaradağlılar 1628-ci ildə də əsas Qızılbaş tayfalarından biri kimi göstərilmişdir. Tarixçi Oqtay Əfəndiyev yazır:

Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir.

Mədəniyyətləri

Qaradağlıların yaşadığı Qaradağ bölgəsi dağlıqdır. Buranın şimal-şərqi şahsevənlərin köç yerlərindən biridir. Coğrafi vəziyyətin əlverişliliyinə görə köhnə feodal həyat tərzi müəyyən qədər qorunub saxlanmışdır. Hal-hazırda qaradağlılar əsasən oturaq həyat yaşamaqdadırlar və çaylar, dərələr boyunca yerləşib əkinçiliklə məşğul olurlar. Meyvəçilik və ipəkçilik inkşaf etmişdir.

Qaradağlıların yaşam tərzləri Azərbaycan türklərinin bir digər tayfalarından olan şahsevənlərlə çox oxşarlıq təşkil etməkdədir. Qaradağda danışılan Azərbaycan türkcəsi ən saf türkcə hesab edilməkdədir. Pəhləvi sülaləsi dövründə onlara məcburi şəkildə fars dili öyrədilmişdir.

Məşhur simaları

Mənbə

  • Altay dilləri.Bakı,1996, səh.23.
  • Народы Передней Азии. Москва,1957.
  • Современный Иран. Москва,1975.
  • Брук С.И. Население мира. Москва,1986.
  • Народы мира.Москва,1988.
  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax

İstinadlar

  • Ş. Savalan. "Qaradağ mahalının tayfaları:Tarixdə və günümüzdə". strateq.az. 21 fevral 2017. 17 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
  • Ənvər Çingizoğlu. "Qaradağ elləri: beloğludan eloğluya qədər". reyting.az. 24 iyul 2021. 3 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
  • Abbaslı, 2007. səh. 149
  • Əfəndiyev, 1993. səh. 39
  • Bosnalı, 2007). səh. 36
  • Özkan, 1966. səh. 77
  • Güzel, 2002. səh. 169
  • Mənbə

    Xarici keçidlər

    This article uses material from the Wikipedia Azərbaycanca article Qaradağlılar, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
    ®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

    Tags:

    Qaradağlılar HaqqındaQaradağlılar MədəniyyətləriQaradağlılar Məşhur simalarıQaradağlılar MənbəQaradağlılar Həmçinin baxQaradağlılar İstinadlarQaradağlılar MənbəQaradağlılar Xarici keçidlərQaradağlılarAzərbaycan diliAzərbaycanlılarCənubi QafqazQacarlar (sülalə)RusiyaSəfəvi imperiyası

    🔥 Trending searches on Wiki Azərbaycanca:

    İkinci Dünya müharibəsiİtaliyaAzərbaycanın iqtisadi rayonlarıMicrosoft WordHepatit BƏbdürrəhim bəy HaqverdiyevCərəyan şiddətiŞuşanın azad edilməsiQaçışİslamTovuz rayonuTeymurilərin Azərbaycana yürüşləriXəzər dəniziÜzeyir HacıbəyovMuğamReal Madrid FKKürəkçay müqaviləsiSadır JaparovAzərbaycan banklarının siyahısıPsoriazXarici Kəşfiyyat Xidməti (Azərbaycan)BakteriyalarİsimGöyçə mahalıAzərbaycan gerbiCənubi AmerikaQədim YunanıstanHindistanEzopKoroğlu dastanıAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiBakı kəndlərinin siyahısıTriqonometriyaKütlə vahidləriAzərbaycandakı çayların siyahısıNəriman NərimanovŞiəlikƏl-XarəzmiTəbii fəlakətQız qalasıİngilis diliSahələrinə görə ölkələrin və ərazilərin siyahısıAzərbaycan diliAzərbaycanda təhsilOrqazmPakistanİspaniyaQırğızıstanNyuton qanunlarıİnsan hüquqlarıGünəş sistemiArif PaşayevKimyəvi silahUkraynaAzərbaycan muzeylərinin siyahısıSinqapurAzərbaycan əlifbasıTürk Dövlətləri TəşkilatıPolşaDünya ölkələrinin siyahısıİmadəddin NəsimiƏlifbaJalə ƏhmədovaTaktikaBöyük Hun imperiyasıFüzuli rayonuÜçbucaqHikmət MirzəyevSiyavuş NovruzovAzərbaycan Hərbi Dəniz QüvvələriTəzyiqŞəkiCümləFələstin DövlətiBaykal–Amur magistralıQafqaz AlbaniyasıABŞ-nin ştatlarıQədim Yunanıstan mədəniyyətiEpitet🡆 More