Sülalə Qacarlar

Qacarlar sülaləsi (az-əbcəd.

قاجارلار‎ və ya قَجَرلَر, fars. سلسله قاجاریه‎) — Azərbaycanindiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə.

Qacarlar sülaləsi
قاجاریان
Sülalə Qacarlar
Ölkə
Banisi Ağa Məhəmməd şah Qacar
Sonuncu hökmdar Sultan Əhməd şah Qacar
Hazırkı rəhbər Babək mirzə Qacar
Əsası qoyulub 1789
Soyun kəsilməsi 1925
Milliyyət türk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sülalənin mənşəyi

Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycandaİranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycandaİranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur.

Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb. Səfəvilər İran sərhədlərini özbəklərdən qorumaq üçün bunları Astrabada köçürüblər. Bu köçürülmə və seçim onu göstərir ki, el döyüşkən olub. Qacar eli Səfəviyyə şahlarına həmişə vəfalı qalıb. Qacar eli tərəfindən heç vaxt Səfəvi şahlarına qarşı etiraz, üsyan, yağılıq olmayıb. Səfəvi dövrünün bütün əhmiyyətli savaşlarında, qərbdə, şərqdə baş verən osmanlı və özbəklərə qarşı müharibələrdə Qacar elinin başçıları və döyüşçüləri iştirak ediblər. O elin səfəvilərə bağlılığının iki səbəbi vardı. Birincisi yazdığımız kimi qohumluq əlaqələri, ikincisi elin arasında olan ikitirəlik idi. Hər tirə özünü dövlətə yaxın göstərmək istədiyindən savaşlarda can-başla iştirak edirdi. Qacar eli İranın şərq hissəsində yerləşəndən sonra, heyvandarlıqla məşğul olduğundan Gürgan və Ətrək çaylarının sahillərini seçdi. Bu yer onların sabiq yurdlarına çox bənzəyirdi. Orda otlaqlar bol idi. Bu çayların kənarında hansı tarixdən yaşadıqları dəqiq deyil, amma belə məlum olur ki, Qacar elinin qrupları arasında ixtilaflar baş verib. Bu ixtilafların ilkin səbəbi yerləşmə üstündə əmələ gəlmişdi. Onlar Gürgan çayının aşağı və yuxarı başına əyləşmişdilər. Yuxarı başda əyləşənlərə yuxarıbaşlılar, aşağı başda əyləşənlərə aşağıbaşlılar deyiblər. Türklər arasında yuxarıbaşlılar dəvəli, aşağıbaşlılar qoyunlu adlanıblar"..

Tarixçi Nasir Nəcmi kitabında qacarların Qarabağ bölgəsindən, Araz kənarından köçürülməsi haqqında yazır: "Türk irqinin bir qolu kimi sayılan Qacar tayfası tarixi hadisələrin və şahların siyasəti nəticəsində bir yerdən başqa yerə köçürülmüşdür. Səfəviyyə şahları zamanında Qacar tayfası birdəfəlik Araz çayının ətrafından Gürgan çayı dərəsinə köçürülmüş orada Iran hüdudlarını, sərhəd şəhərlərini qorumaq işilə məşğul olmuşdu. Get-gedə tayfa içərisində ixtilaf törənmiş, bu isə tayfanın iki hissəyə parçalanmasına səbəb olmuşdur. Beləliklə, tayfanın bir hissəsi Qoyunlu, yaxud "Aşağıbaş" qacarları, ikinci hissəsi isə "Yuxarıbaş" qacarları adını almışdır"..

I Şah Abbas Qarabağ qacarlarının bir hissəsini, əsasən Qovanlı, Dəvəli, Şambayatı, Ziyadlı oymaqlarını Astrabada köçürmüşdü. Onlar Gürgançay boyunca məskunlaşmışdılar. Bu oymaqlar yerləşdikləri əraziyə görə, iki qola ayrılırdı. Yuxarıbaşlı və Aşağıbaşlı qruplarına. Ayrıldılar:

Yuxarıbaşlı qolu: dəvəli, köhnəli, xəzinədarlı, qıyaxlı, kürlü, sepanlı.

Aşağıbaşlı qolu: qovanlı, izzətdinli, şambayatı, ziyadlı, qaradonlu, qaramusanlı, daşlı.

Petruşevski qeyd edir ki, Qacar elinin soy-kökündə dayanan tayfalardan biri də Cəlairdir. Biz bilirik ki, Cəlair ulusu Azərbaycana monqol-tatarların fütuhatı dönəmində gəlmişdir. Cəlair ulusunun cadaran, cat, orlat, tukaraun, karavun və başqa oymaqları vardı. Cadaran oymağının Kumun kovan, Mukali kovan, Buğa kovan, Boqol kovan adlı noyonları Çingiz xanın silahdaşları, özləri isə ata-bala, qohum əqraba idilər. Monqol qurumunda kovan ünvan, rütbə sayılırdı. Ola bilsin ki, Qovanlı oymağı öz adını bu ünvandan alıb.

Qaçar ağa Sərtaq ağanın oğlu, Sapa ağanın nəvəsi idi. Onun noyon ünvanı, rütbəsi yoxudu. Cəlair ulusunun Karavun oymağından idi. Qacarların Yuxarıbaşlı qrupunda Sapanlı adlı oymağı ola bilsin ki, öz adını Sapa ağadan alıb. Tarixçi Ələskər Şəmim yazır: "Tarixdə qoyunlu adı ilə tanınan aşağıbaşlılar Səfəvi şahlarına xidmət etdikləri üçün çox gücləniblər və nüfuz sahibi olublar. Səfəvi şahları Qacar elinin arasında olan ixtilaflardan istifadə edirdilər. Onların birləşməyinə mane olurdular. Bilirdilər ki, birləşib güclənən el mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıracaq. Beləliklə, hər qrup öz arasında canfəşanlıqla, şahlara vəfadarlıqla çalışdığından onların xətrini əziz tuturdular.

Aşağıbaşlılar Şah Süleyman Səfəvi zamanında İranın şimal hissəsindəki ellərin içində çox nüfuz qazandıqlarından hakimiyyətin hörmətinə səbəb olmuşdular. Elin bəzi başçıları həm məqam-mənsəb sahibi, həm də Gürgan və Dəşt ətrafında tiyul-soyurqal yiyəsi oldular. Bu şan-şöhrət yuxarıbaşlıların kin-küdurətinə səbəb oldu. Sonralar nifaın qızışmasına görə, tayfa-tirələrin arasında qanlı döyüşlər baş verdi"..

Oğuz türklərinin boyu
Bayat boyu
Qacarlar
Qovanlı oymağı
Qacarlar sülaləsinin şəcərəsi
Qacarlar sülaləsi

Qacarlar sülaləsindən olan hökmdarlar

Şəkli Adı Atası Hökmranlığı Qeydlər
Astrabad və ətraf ərazilərdə yerli əmirlik dövrü (XVIII əsrin əvvəlləri-1747)
Fətəli xan Qovanlı-Qacar Şahqulu xan XVIII əsrin əvvəlləri-1726 Astrabaddakı Mübarəkabad qalasının hakimi (XVIII əsrin əvvəlləri-1722), Astrabad və ətraf ərazilərin bəylərbəyi (1722–1726), Səfəvi İmperiyasının baş vəziri (1722–1726) olmuşdur.
Sülalə Qacarlar  Məhəmmədhəsən xan Qovanlı-Qacar Fətəli xan Qacar 1726–1747 Astrabad və ətraf ərazilərdə yaşayan Aşağıbaş (Qovanlı) qacarlarının başçısı olmuşdur
Müstəqil xanlıq dövrü dövrü (1747–1759; 1770–1777; 1779–1789)
Sülalə Qacarlar  Məhəmmədhəsən xan Qovanlı-Qacar Fətəli xan Qacar 1747–1759 1747-ci ildıə mərkəzi Astrabad olan ilk müstəqil Qacar dövlətini qurmuşdur.
Hüseynqulu xan Qacar (Cahansuz şah) Məhəmmədhəsən xan Qovanlı-Qacar 1770–1777 1770-ci ildə Zəndlərdən ayrılaraq Astrabadda Qacarların müstəqilliyini bərpa etmiş, "Cahansuz şah"adı ilə tanınmışdır
Sülalə Qacarlar  Ağa Məhəmməd xan Məhəmmədhəsən xan Qovanlı-Qacar 1779–1789 1779-cu ildə Astrabadda yenidən Qacarların müstəqilliyini bərpa etmiş, 1785-ci ildə Tehran və Qumu, 1786-cı ildə İsfahanı ələ keçirmiş, 1786-cı ildə paytaxtı Tehrana köçürmüşdür
Qacarlar dövləti (şahlıq dövrü) (1789–1925)
Sülalə Qacarlar  Ağa Məhəmməd şah Məhəmmədhəsən xan Qovanlı-Qacar 1789–1797 Tacqoyması mart 1796
Sülalə Qacarlar  Fətəli şah Hüseynqulu xan Qovanlı-Qacar 1797–1834
Sülalə Qacarlar  Məhəmməd şah Abbas mirzə Qovanlı-Qacar 1834–1848
Sülalə Qacarlar  Nasirəddin şah Məhəmməd şah 1848–1896
Sülalə Qacarlar  Müzəffərəddin şah Nasirəddin şah 1896–1907
Sülalə Qacarlar  Məhəmmədəli şah Müzəffərəddin şah 1907–1909
Sülalə Qacarlar  Sultan Əhməd şah Qacar Məhəmmədəli şah 1909–1925

Qacar imperator ailəsi

Sürgündəki Qacar İmperator Ailəsinə hal-hazırda Məhəmməd Əli Şahın ən böyük nəsli Sultan Məhəmməd Əli Mirzə Qacar rəhbərlik edir, Qacar taxt-tacının varisi Məhəmməd Həsən Mirzənin nəvəsi, Sultan Əhməd Şahın qardaşı və II Məhəmməd Həsən Mirzədir.

Məhəmməd Həsən Mirzə 1943-cü ildə İngiltərədə vəfat etdi, Fransada qardaşının ölümündən sonra 1930-cu ildə sürgündə özünü şah elan etdi.

Başlıqlar və üslublar

Şah və onun həyat yoldaşı, İmperator Əlahəzrət adlanırdılar. Ən böyük oğlan şaqları Əlahəzrət adlanırdı. Uşaqların hamısı Şahzadə və ya Şahzadə Xanum titulu daşıyırdı.

1925-ci ildən bəri Qacar sülaləsi

Qacar İmperator Ailəsinin başçıları

İmperator Ailəsinin rəhbərliyi Məhəmməd Əli Şahın ən böyük kişi nəslindən miras qalmışdır.

Qacar xanədanının varisləri

Şəcərəsi

Fətəli xan Qacar
 
 
 
Əminə bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmmədhəsən xan Qacar
(1747-59)
 
 
 
Ceyran xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağa Məhəmməd şah Qacar
(1779-97)
 
Hüseynqulu xan Qacar -
Cahansuz şah (1771-77)
 
 
 
Ağabacı xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fətəli şah
(1797-1834)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Abbas Mirzə Qacar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmməd Şah
(1834-48)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəsrəddin Şah
(1848-96)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müzəffərəddin Şah
(1896-1907)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmmədəli Şah
(1907-09)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan Əhməd Şah
(1909-25)


İstinadlar

Tags:

Sülalə Qacarlar Sülalənin mənşəyiSülalə Qacarlar Qacarlar sülaləsindən olan hökmdarlarSülalə Qacarlar Qacar imperator ailəsiSülalə Qacarlar ŞəcərəsiSülalə Qacarlar İstinadlarSülalə QacarlarAzərbaycanAzərbaycanlıFars diliTürk xalqlarıİranƏrəb qrafikalı Azərbaycan əlifbası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rusiyaİbn SinaÇoxluqlarHicri təqvimİnsanın tənəffüs sistemiKöməkçi nitq hissələriFeilİnsan İnkişafı İndeksiQubaMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Səhhət və MərəzCərəyan şiddətiVeysəl MusibovGünəşİmadəddin NəsimiADA UniversitetiQəzetAzərbaycan gölləriQazax rayonuHeyvanlarİlyas Əfəndiyev100 manatlıq əsginasDurğu işarələriSüjetAzərbaycan Respublikası Mərkəzi BankıAzərbaycan PrezidentiİndoneziyaAzərbaycan təbiətiAzərbaycan Dövlət Pedaqoji UniversitetiMəhəmməd HadiDinMannaMetyu BrayzaNigar CamalBirləşmiş Millətlər TəşkilatıAbdulla ŞaiqEkoloji problemlərİlk tibbi yardımGöygölGülağa MəmmədovXəbər (qrammatika)MüxbirQara QarayevBərdəUnitar dövlətRəqsanəElektrik müqavimətiFransaQədim Yunanıstan mədəniyyəti2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıHalikarnas mavzoleyiQədim Roma təqvimiMarketinqŞuşa qalasıHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıGəncəCənubi AzərbaycanBrilliant DadaşovaAzərbaycan xanlıqlarıRoma imperiyasıÖmər EldarovÇingiz MustafayevTerminologiyaZəncirotuSuda-quruda yaşayanlarLotu QuliQoşa qala qapılarıMir CəlalƏliağa ŞıxlinskiFuad Ələsgərov (siyasətçi)Mədə xərçəngiXürrəmilər hərəkatıBöyrəkAzərbaycanda neft sənayesiJalə ƏhmədovaBərpa olunan enerjiAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıRöya Ayxan🡆 More