Qırtıckimilər

Qırtıckimilər (lat.

Qırtıckimilər
Qırtıckimilər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Commelinids
Klad:
Graminid clade
Fəsilə:
Qırtıckimilər
Beynəlxalq elmi adı

Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir. Yumurtalıq üst vəziyyətdədir. Bir yuvalı və bir intequmentli bir yumurtacığa malikdir. Ağızcıqlar oturaq olub, 2 ədəddir. Meyvə dən, nadir hallarda (bambuklarda) çəyirdək və ya giləmeyvədir. Toxum endospermlidir.

Bu qrup bitkiləri A.A.Qrossheym (1939), V.D.Aleksandrovna (1941), İ.V.Larin (1950), Y.M.İsayev və b. (1965), Ə.İ.Mayılov (1965), S.H.Musayev (1980), V.S.Xəlilov (1971) və s. tədqiqatçılar öyrənmişlər. Azərbaycan florasında taxılların 306 növü məlumdur. Taxıl fəsiləsinin nümayəndələri yabanı halda səhralarda, yarımsəhralarda, bozqırlarda, meşələrdə, meşə kənarlarında, çəmənlərdə, xüsusilə dağ çəmən fitosenozlarının tərkibinə daxil olmaqla, özlərini fitosenozun komponenti, bəzi növləri isə edifikator olmaqla, fitosenozun formalaşmasında əsas iştirakçılarından sayılırlar. Taxıllar əksəriyyəti mal-qara tərəfindən istər yaş və istərsə də quru halında yaxşı yeyilir. Bu qrup bitkilərin yem əhəmiyyəti, kimyəvi tərkibləri tədqiqatçılar tərəfindən qismən öyrənilmişdir. Vitamin tərkibləri isə, xüsusilə "A""C" vitaminləri, yalnız bəzi mədəni yem bitkilərində öyrənilmişdir.

Sinonimləri

  • Aegilopaceae Martinov
  • Agrostidaceae Bercht. & J.Presl
  • Alopecuraceae Martinov
  • Andropogonaceae Martinov
  • Anomochloaceae Nakai
  • Anthoxanthaceae Link
  • Arundinaceae Döll
  • Arundinellaceae Herter
  • Asperellaceae Link
  • Avenaceae Martinov
  • Bambusaceae Bercht. & J.Presl
  • Cenchrinaceae Link
  • Chaeturaceae Link
  • Chloridaceae Bercht. & J.Presl
  • Coleanthaceae Pfeiff.
  • Cynodontaceae Link
  • Cynosuraceae Link
  • Echinariaceae Link
  • Ehrhartaceae Link
  • Eragrostidaceae Herter
  • Festucaceae Spreng.
  • Glyceriaceae Link
  • Gramineae Juss., nom. cons.
  • Hordeaceae Bercht. & J.Presl
  • Lepturaceae Herter
  • Miliaceae Link
  • Ophiuraceae Link ex Pfeiff., nom. inval.
  • Oryzaceae Bercht. & J.Presl
  • Panicaceae Bercht. & J.Presl
  • Pappophoraceae Herter
  • Parianaceae Nakai
  • Paspalaceae Link
  • Phalaridaceae Link
  • Pharaceae Herter
  • Sporobolaceae Herter, nom. inval.
  • Stipaceae Bercht. & J.Presl
  • Streptochaetaceae Nakai
  • Triticaceae Link
  • Zoysiaceae Link

İstinadlar

Həmçinin bax

Tags:

Latın diliPlantaePoales

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xəbər (qrammatika)Yusif MustafayevMirvariXurşidbanu NatəvanAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıZərf (qrammatika)GöygölOlimpdə Zevsin heykəliMustafa Kamal AtatürkƏhali sıxlığına görə ölkələrin siyahısıHamiləlikHadi RəcəbliƏsas nitq hissələriNəsli kəsilməkdə olan növlərPilotsuz uçuş aparatıI OsmanSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiNəsirəddin TusiUzunluq (fizika)Nida cümləsiSpirtlərAy təqvimiİspaniyaAytən Səfərovaİsmayıllı rayonuEzop26 aprelMöminə Xatun türbəsiAzərbaycan mətbəxiKəmaləddin HeydərovLaçın rayonuFevralAntonimİsrailHeyvanlarXarıbülbül (simvol)Azərbaycanın inzibati bölgüsüPasxaQırğızıstanMayƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiBərdə rayonuAzərbaycan meşələriSaitMəhəmməd peyğəmbərin evlilikləriƏli NurMonarxiyaAzərişıqAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıMəsdərCeyhun CəlilovOlimpiya oyunlarıAvropa İttifaqıMəhəmməd HadiMənsubiyyət (qrammatika)Elxanilər dövlətiArxeoloji abidələrAğdamDaun sindromuASAN xidmətAzərbaycan Sovet Sosialist RespublikasıRövşən LənkəranskiAzərbaycan banklarının siyahısıKamran İmanovÇingiz Aytmatovİzotopİbn SinaXəritəNeft DaşlarıBəxtiyar VahabzadəAzərbaycandakı şəhərlərin siyahısıƏl-XarəzmiQərbi AzərbaycanHicri təqvimJalə Əhmədova🡆 More