Pleystosen – geoloji epoxalardan biridir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Neogenin son epoxası Pliosendən sonra gəlir. Dördüncü dövrün başlanğıc epoxasıdır və 2.58 milyon il əvvəldən 11.7 min il əvvələ – Holosenə qədər olan dövrü əhatə edir.
Dördüncü dövrün bölgüləri | |||
---|---|---|---|
Sistem/ Dövr | Şöbə/ Epoxa | Mərtəbə/ Yaş | Yaş (Milyon illə) |
Dördüncü | Holosen | 0.0117–0 | |
Pleystosen | Üst | 0.126–0.0117 | |
Orta | 0.781–0.126 | ||
Kalabriya | 1.80–0.781 | ||
Qelas | 2.58–1.80 | ||
Neogen | Pliosen | Piasenziya | daha qədim |
Dördüncü dövrün bu bölgüləri Beynəxalq Stratiqafiya Komissiyası tərəfindən 2016-cı ilin aprel ayında qəbul olunmuşdur |
Kiçik Qafqazın relyefinin inkişaf tarixində Dördüncü dövr xüsusi yer tutur. Bu zaman relyefin inkişafı kəskin iqlim dəyişmələri ilə əlaqədar olaraq coğrafi mühitdə ciddi dəyişikliklər baş vermiş və tektonik hərəkətlərin surəti güclənmişdir.
Erkən Bakı (Türkan əsrində) dəniz Azərbaycan ərazisini tərk edir və hər yerdə relyefin inkisafi kontinental şəraitdə gedir. Ümumiyyətlə Pleystosen epoxası dağlıq sahələrin hündürlüyünün artması, terrigen kobud dənəli çöküntülərin toplanması və həmçinin dəniz transqresiyalarinin və reqresiyalarının bir-birini əvəz etməsi ilə səciyyələnir.
Epoxanın Bakı əsrinin ikinci yarısında baş vermiş ən mühüm geomorfoloji proseslərdən biri dağlıq sahələrdə tektonik hərəkətlərin fəallaşması və əsl yüksəkağlıq qurşağın əmələ gəlməsi olmuşdur.
This article uses material from the Wikipedia Azərbaycanca article Pleystosen epoxası, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.